OXU (EY MUHƏMMƏD) YARADAN ALLAHIN ADI ILƏ!

Müəllif Rizvan Nəşr edilib . Bölüm İTRƏT

:

OXU (EY MUHƏMMƏD) YARADAN ALLAHIN ADI ILƏ!

“Be’sət” – Terminologiyada Allah tərəfindən “Tanrı elçisi” olaraq seçilmək deməkdir. Hz. Məhəmmədin (s) rəsmi olaraq peyğəmbərliyə seçildiyi gün “məb’əs” adlanır. Müsəlmanlar “məbəs”i böyük bayram hesab edirlər. Şübhəsiz bəşəriyyəti səadətin son pilləsinə ucalda biləcək “İslam” dininin gəlişi bayram kimi qeyd olunmağa layiqdir.

İmam Javaddan (ə) “Besət” ya “məbəs” bayramının əzəmətini təsdiqləyən belə bir rəvayət nəql olmuşdur:

Rəcəb ayında elə bir gecə vardır ki, üzərinə Günəş saçan hər nədən üstündür və o Rəcəbin iyirmi yeddi gecəsidir. O gün Allah Rəsulu (s) sübh çağı peyğəmbərliyə çatmışdır. O gecəyə məxsus bəzi əməllər vardır ki, şiələrimiz onları yerinə yetirsələr altmış il əməlin əcrini qazanmış olarlar. 

Digər rəvayətə əsasən “məbəs” günü tutulan orucun savabı yetmiş il orucun savabına bərabərdir.

Məbəs bayramında qusl etmək, çoxlu salavat demək və Peyğəmbərlə (s) İmam Əliyə (ə) salam göndərmək və möminlərlə birlikdə şadlıq etmək bəyənilən əməllərdəndir.

{mp3remote}http://rizvan.net/images/audio/salavat/Salavat_ala_Muhammad.mp3{/mp3remote}

 

Tags: PEYĞƏMBƏR (s) , TARİX

Çap