NƏHC-ül-BƏLAĞƏ-50-Cİ XÜTBƏ

Müəllif Rizvan Nəşr edilib . Bölüm NƏHC-ül-BƏLAĞƏ

:

İmam Əli əleyhis-salamın (fitnə-fəsadın səbəblərinin izahı haqqında) xütbələrindəndir.

(Camaat arasında) fitnə-fəsadın mənşəyi nəfsi istəklərə tabe olmaqda və şəriətə zidd çıxarılmış hökmlərdədir. Allahın kitabı (Qurani-Kərim) belə istək və hökmlərin əleyhinə olmuşdur. (Eyni zamanda fitnə-fəsad vasitələrindən biri də budur ki,) camaatın bir hissəsi dinə zidd istək və hökmlərdə başqalarına yardım edir, onların ardınca gedir. (Haqla batili bir-birinə qatdıqlarına görə fitnə-fəsad yaranır.) Deməli, batil haqqa qarışmasaydı haqqın yolu onu istəyənlərə gizli qalmazdı. Haqq batilin içində gizlənməsəydi, düşmənlər (heç vaxt) onun haqqında pis danışa bilməzdilər. Lakin bir hissə haqdan, bir hissə isə batildən qarışdığına görə şeytan öz dostlarına hakim kəsilir.1  Allahın lütfünə şamil olan insanlar isə (şeytanın azğınlığından) xilas olurlar (haqqın batilə qarışmasından şübhəyə düşmürlər.).

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
( و فيه بيان لما يخرب العالم به من الفتن و بيان هذه الفتن)
 إِنَّما بَدْءُ وُقُوعِ الْفِتَنِ أَهْوَاءُ تُتَّبَعُ، وَ أَحْكَامٌ تُبْتَدَعُ، يُخَالَفُ فِيهَا كِتَابُ اللَّهِ، وَ يَتَوَلَّى عَلَيْهَا رِجَالٌ رِجَالاً، عَلَى غَيْرِ دِينِ اللَّهِ، فَلَوْ أَنَّ الْبَاطِلَ خَلَصَ مِنْ مِزَاجِ الْحَقِّ لَمْ يَخْفَ عَلَى الْمُرْتَادِينَ؛ وَ لَوْ أَنَّ الْحَقَّ خَلَصَ مِنْ لَبْسِ الْبَاطِلِ،انْقَطَعَتْ عَنْهُ أَلْسُنُ الْمُعَانِدِينَ؛ وَ لكِنْ يُؤْخَذُ مِنْ هذَا ضِغْثٌ، وَ مِنْ هذَا ضِغْثٌ، فَيُمْزَجَان! فَهُنَا لِكَ يَسْتَوْلِي الشَّيْطَانُ عَلَى أَوْلِيَائِهِ، وَ يَنْجُو الَّذِينَ سَبَقَتْ لَهُمْ مِنَ اللَّهِ الْحُسْنَى.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

51-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

________________________________________________________________

1.       Azğınlıq üçün fürsət qazanaraq batili haqqı istəyənlərin nəzərində gözəl cilvələndirərək din düşmənləri üçün nalayiq söhbətlərə yol açır.

 

Çap