RAMAZAN AYININ 15-Cİ GÜNÜ DUASININ TƏFSİRİ

:

Ayətullah Müctehidi Tehraninin(r) dilindən Ramazan ayının on beşinci gününün duasının təfsiri
Bağışlayan və Mehriban Allahın adı ilə

"İlahi, mənə mütilərin itaətini nəsib et"
Allahdan istəyirik ibadətimiz xaşiilərin, mütilərin namazından olsun. Bəs mütilərin namazı necə olur? Eynilə Ayətullah Behcətin namazı kimi. Şeyx Abbas Quminin oğlu deyir: atam gecə namazlarını qılarkən zar-zar ağlayardı. Ayətullah Burucerdi namaz qılanda bədəninin sümüklərinin səsi eşidilirdi. Ayətullah Nəvai bir dəfə ona iqtida etdi. Sonra bizə deyərdi: ömrümdə hələ belə namaz qılan görməmişdim. Amma bizim namazlar... Ustadım demişkən biz gərək nazlarımıza görə tövbə edək. Oruclarımıza  görə də həmçinin. Çünki, ac qalırıq,amma gözümüz naməhrəmə baxır, dilimiz qeybət edir və s. Halbuki hədis buyurur: oruc odur ki, bütün əzalar oruc olsun. Orucumuz ona bənzəyir ki, həkim xəstəliyin sağalsın deyə dərmanlar yazıb və yanında da pəhriz saxlamağı tapşırıb. Amma sən dərmanları qəbul edib, pəhriz saxlamırsan. Nəticədə dərmanlar təsir etməyəcək. Çünki pəhrizə riayət etməmisən. Sən də,ac qalmaqla yanaşı əzaların oruc deyilsə, Ramazan ayı başlayanda necə idinsə, elə Ramazan ayının sonunda da o cür olacaqsan. Səndə heç bir təsir qoymaz belə oruc. İbadətlərin təsir etməsi üçün gərək Allahın tapşırıqlarına müti olub,yalnız Allaha itaət edəsən. Təkəbbürlük göstərməyəsən. Mütiliyin əksi təkəbbürlükdür. Allahdan istəyək; həm Ramazan ayında həm də sonra itaətlərimiz mütilərin itaətindən olsun. Sonra Allahdan istəyirik ki
"Təvazökar tövbə edənlərin köksünün genişliyindən mənə əta et"
Quranda Musa(ə) Allahdan istəyir ki, onun köksünü genişləndirsin. Yəni onun qəlbinin nigaranlığından xilas eləsin. Bu o mənadadır ki, insan səbirli olsun, darhövsələ olmasın. Hər bir baş verən şeyə görə narahatlıq, nigaranlıq keçirməsin. Təvazökar tövbəkarlar o kəslərdilər ki, gecə-gündüz Allahı xatırlayıb onun hüzurunda olduğunu bilərlər. Buna görə də onlar heç vaxt Allahın xoşuna gəlməyən addım atmazlar. Və sonda deyirik ki, "Aman verməyinə xatir ey Səndən qorxanlara aman bəxş edən"
Həqiqətən Allahdan qorxanlara Allah aman verər. Yəni Allahdan qorxaraq heç bir əksül-əməl görməyənlər Allaın amanında olarlar. Biz də Allahı and veririk onun aman verməyinə xatir ki, bizə mütilərin ibadətini və köksümüzün genişləndirilməsini nəsib etsin.

mojtahedi-tehrani.com - saytına istinadən

Tags: DUA, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!