RAMAZAN - NƏ DEMƏKDİR?

:

Deməyin budur Ramazan və ya deməyin Ramazan gəldi və Ramazan getdi, çünki “RAMAZAN”...

İmam Baqir (ə) buyurmuşdur: Deməyin budur Ramazan və ya deməyin Ramazan gəldi və Ramazan getdi, çünki “RAMAZAN” Allahın adlarından biridir, Allah isə gəlib-getməz, ona görə ki, fani şeylər gəlib-gedəndir. Siz isə “Ramazan ayı” deyin, “ay” sözünü əlavə edin. Ad Allahın adı və “ay” sözü əlavə etdikdə olur aylardan birinin adı ki, Quran onda nazil olmuşdur ...

Ramazan” (ərəbcə yazılışı RƏMƏZAN-dır) qızmar isti və qumlar üstünə günəşin saçması mənasında “rəməzə” sözündən götürülmüşdür. Şübhəsiz günahları buz kimi əridən bu mübarək ayın belə adlanmısının dərin hikməti vardır. Rəsulullah (s) bu ayın “Ramazan” adlanmasının səbəbini belə izah edir: Bu ay günahları əritdiyi üçün Ramazan adlandırılmışdır.

Peyğəmbərimiz Hz. Məhəmməddən (s) nəql olmuş hədisə görə demək olar ki, fiziki çətinliklərə qatlaşan insanın ruhu Ramazan ayında Tanrıya məhəbbət atəşində seyqəl tapır, günahlardan əmələ gəlmiş qatqılardan təmizlənir və mümkün qədər xalisləşir. Amma qeyd etmək lazımdır ki, Ramazan sözünün kökü “ilk payız yağışı” kimi digər məna da daşıyır. Uzun sürən quraqlıq və isti yay mövsümündən sonra toz-torpağı yatırmaqla təravət gətirən ilk payız yağışı kimi, Ramazan ayında Allahın nazil olan rəhməti günah çirkabında aludə olmuş insan ruhunu yuyub təmizləyir.

Başqa bir rəvayətdə Hz. Məhəmməd (s) peyğəmbərdən nəql olunmuşdur: Ramazan ayı, Allahın ayıdır. O ayda Allah yaxşı əməlləri neçə bərabər qəbul edər, günahları bağışlayar və o bərəkətli aydır.(Vəsail-əş-Şiə, cild 7, 375 səh.)

Allah bu Ramazan ayında bütün möminlərin günahlarını əfv və ibadətlərini qəbul etsin.

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!