AYƏTULLAH ŞEYX İBRAHİM ŞİRVANİ

Müəllif Rizvan Nəşr edilib . Bölüm ALİMLƏR

:

İslami elmlərdə nəzər sahibi olan kamil alim və fəqih Ayətullah Şeyx İbrahim Şirvani hicri-qəməri tarixi ilə on üçüncü əsrin əvvəllərində Şirvan torpağında dünyaya gəlmişdir.

İlk təhsilini öz vətənində aldıqdan sonra təhsilini artırmaq üçün Nəcəfi-Əşrəfə yola düşür. Bu şəhərdə məşhur alimlərdən, o cümlədən Şeyx Məhəmməd Həsən Nəcəfidən (“Cəvahirul-kəlam” kitabının müəllifi) lazımı qədər bəhrələnir və bu müqəddəs diyarda ictihad dərəcəsinə çatır. Alimin əsərlərindən iki cilddə yazılmış “Мəbaniül-fiqh” kitabını qeyd etmək olar. Təxminən 1854-cü ildə dünyasını dəyişir.

Kitabın adı: Azərbaycan alimlərinin həyatı

 

Tags: MƏQALƏLƏR, TARİX

Çap