CƏNABƏT QÜSLUNDAN SONRA DƏSTƏMAZ ALMAQ OLARMI?

:

Sual: Vəzifəsi cənabət qüslü olan şəxs, qüsl verdikdən sonra dəstəmaz da almalıdırmı?

Cavab: Əgər bir nəfər cənabət qüslu veribsə, dəstəmazı və qüslü batil edən şeylər ondan baş verməyibsə həmin qüsulla namazını qıla bilər və dəstmaz almağa ehtiyac yoxdur. Amma, əgər dəstəmazı və ya qüslü batil edən işlər baş vermədən, dəstəmaz alarsa, haram iş görmüş olur. Lakin qüsl və namazı düzgündür. Qüsldan sonra dəstəmazı və qüslu batil edən iş baş verməsə, dəstəmaz alınması haramdır. Amma qüsl və namazı səhihdir1 Əgər dəstəmazı batil edən işlər baş verərsə, namaz üçün dəstəmaz almalıdır. Cənabət qüslu verən şəxs, namaz qılmaq üçün  dəstəmaz almamalıdır. Amma, digər qüsullarla namaz qılmaq olmaz. O qüsullardan sonra namaz qılmaq üçün  dəstəmaz alınmalıdır.2


1. Ürvətul-vüsqa, (Haşiyə), c.1; səh.479; Porseman (sual-cavab) disk proqramına istinad olunur.
2. İmam Xumeyninin Tozihul-Məsaili, c.1; səh.227

Tags: SUALLARA CAVAB, ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!