HƏZRƏT PEYĞƏMBƏRİN (S) HƏZRƏT FATİMƏYƏ (S.Ə) TÜKƏNMƏZ MƏHƏBBƏTİ

:

"Behişt şövqü qəlbimə düşəndə Fatimənin boğazından öpürəm"1
Bütün tarix və hədis alimləri Peyğəmbərin (s) qızı Fatiməyə (s.ə) qəribə və tükənməz məhəbbətini yazmişlar. Aydın məsələdir ki, bu məhəbbət təkcə ata-övlad münasibətinə görə olmayıb. Düzdür, heç şübhəsiz ki, bu hiss də o Həzrətin (s) vücudunda dövran edib. Amma qlzı Fatiməyə (s.ə) məhəbbət göstərdiyi zaman işlətdiyi sözlər ortada digər meyarlarln mövcudluğundan xəbər verir: "Bu məhəbbət digər məhəbbətlərdən seçilir. Çünki, Allahın sevimiisini sevmək Allahı sevməkdir!"

 Bu zəmində bizə yetişən çox sayda hədis mövcuddur. Həm sünni və həm də şiə kitablarında varid olmuş bir neçə hədisə işarə etmək istəyirik:
1."Kişilərin içərisində Əli, qadınların içərisində isə Fatimə, Peyğəmbərin (s) ən çox sevdiyi şəxslər idilər."2
 Maraglı burasıdır ki, bu hədisi bir çox şəxs Aişədən nəql etmişdir.
2.«Biriniz digərinizi çağırdığınız kimi, Peyğəmbəri (həmin șəkildə) səsləməyin!»3 ayəsi nazil olanda müsəlmanlar Peyğəmbəri (s) daha "Ya Məhəmməd" kimi deyil, "Ya Rəsulallah" və "Ya Əyyuhən-nəbi" nidaları ilə çağırmağa başladılar.
 Həzrət Fatimə (s.ə) deyir: «Bu ayə nazil olandan sonra mən onu daha «atacan» nidasıyla çağırmağa cürət etmir, yanına gedəndə «Ya Rəsulallah» şəklində müraciət edirdim. Bir-iki dafə bu şəkildə müraciət etdim, gördüm ki, Peyğəmbər (s) bundan narahat oldu və məndən üzünü çevirdi. Üçüncü dəfə üzünü çevirib dedi: "Fatimə! Bu ayə nə sən, nə ailən, nə də nəslin barəsində nazil olub. San məndənsən, mən də səndənəm. Bu ayə Qureyşin ədəbsiz və cəfakar adamlaraı barasində nazil olub."
Sonra bu maraqlı və ruhverən cümləsini buyurdu: "Atacan de! Bu, mənim qəlbimi dirildir və Allahı razı salır"4
Bəli, baharın nəsim yeli agaclarin çiçəklənməsi hansı təsiri göstərirsə, Fatimənin (s.ə) ürəkoxşayan ahənglə söylədiyi atacan nidası da Peygəmbərin (s) ruhunu həmin şəkildə oxşayırdı.
3. Başqa bir hədisdə deyilir: "Peyğəmbər (s) Fatimə (s.ə) elə istəyirdi ki, səfərə gedərkən son vidalaşdığı və səfərdən qayıdarkən görüşünə tələsdiyi ilk şəxs Fatimə idi."5
4.Bu hədisi də bir çox şiə va sünni hədisçiləri nəql etmişlər ki, Peyğəmbər (s) buyurdu: "Kim ona əziyyət edərsə, mənə əziyyət etmişdir; Kim onu qəzəbləndirərsə, məni qəzəbləndirmişdir; Kim onu sevindirərsə, məni sevindirmişdir; Kim onun kədərlənməsinə səbəb olarsa, məni kədərləndirmişdir."
Heç şübhəsiz ki, Fatiməni (s.ə) belə hörmətli edən onun ali şəxsiyyəti, parlaq gələcəyi, irfani məqamı, imanı və ibadəti idi. Çünki İmamların (ə) hamısı onun nəslindəndir, bundan əlavə də O, İslamın ən böyuk ikinci şəxsiyyəti olan əmirəl-möminin Əlinin (ə) həyat yoldaşı idi.
 Amma İslam Peyğəmbəri (s) bu hərəkəti ilə başqa bir həqiqətiti insanlara anlatmaq istəyirdi. O, İslamin gözünü bir zəmində də aydınlatmaq, fikri va mədəni bir inqilab gerçəkləşdirib demək istəyirdi: qız, torpağa diri-diri basdırmaq üçün bir varlıq deyil. Baxın, mən qızımın əlindən öpürəm, onu öz yerimdə əyəlşdirirəm və ona bu bõyüklükdə hörmət qoyuram. Qız da başqa insanlar kimi bir insandır! Allahın nemətlərindəndir və ilahi bir hədiyyədir! Qız da, atası kimi, kamillik zirvələrini fəth edib Allahın ən yaxın həriminə çata bilər!
Bəli, Peyğəmbərin (s) bu qəbildən olan davranışları ilə qadının o mühitdə zədələnmiş şəxsiyyəti bərpa edildi.

Kitabın adı: Fatimə dünyanın ən üstün qadını
Müəllif: Ayətullah Nasir Məkarim Şirazi
Hazırladı: Rəsul Mahmudzadə



1."Fəzailuş-şiə",c:3,səh:127
2. Əhli-sünnə mənbələrində bu məzmunda onlarla hədislər nəql olunmuşdur. Nümunə üçün baxın: «ihqaqul-həqq və ibtalul-batil", Molla Baqir Uskuyi, c: 10, səh: 167.
3."Nur" surəsi, ayə: 63.
4. "Mənaqibi-Ali Əbu Talib" ("Əl-Mənaqib li İbn Şəhri Aşub"), Məhəmmaəd ibn Əli Mazəndərani (İbn Şəhri Aşub),c:3,səh:320.
5. "Fəzailul-xəmsə", c:3,səh:132.

Tags: ƏHLİ-BEYT (ə), HƏZRƏT ZƏHRA (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!