HƏZRƏT FATİMƏYİ-ZƏHRANIN (S.Ə) ELMİ MƏQAMI

:

Allah dostlarının insanlara olan sevgisi sadə bir sevgi deyil, bir sıra amillərdən qaynaqlanır. Onların da ən mühümü elm, iman və təqvadır. Peyğəmbəri-əkrəmin (s) qızı Fatimətuz-Zəhraya (s.ə) qarşı fövqəladə sevgisi, dünyaya nümunə olan bu xanımın həmin imtiyazlara sahib olduğunun göstəricisidir. Bununla yanaşı, əgər Peyğəmbər (s) «Fatimə dünya qadınlarının ən üstünüdür!» və ya «Behişt qadınların en üstünüdür!-deyirsə, bu, o xanımın elm sahəsində də būtün dünya xanımlarından üstün olduğunu göstərir. Yüksək elmi məqamlara çatmamış bir insanın razılığının va qəzəbinin Allahın və Peygəmberin (s) razılq va qəzəbi olması mümkündürmü?!

Bütün bunlarla yanaşı, məşhur islami mənbələrdə bu böyük xanımın yüksək elmi məqamını nümayiş etdirən mühüm hədislər mövcuddur. O cümlədən: Əbu Naim İsfahani Peyğəmbəri-əkrəmdən (s) nəql edir: «Günlərin bir günü üzünü səhabələrinə tutub soruşdu:
«Qadın üçün ən yaxşı şey nədir?»
Səhabələr nə cavab verəcəklərini bilmədilər. Əli (ə) Fatimənin (s.ə) yanına gəlib, bu mətləbi ona xəbər verdi. Fatimə (s.ə) buyurdu: «Bəs niyə demədin ki, qadın üçün ən yaxşı odur ki, nə o kişiləri görsün, nə də kişilər onu?!1 Əli (ə) qayıdıb bu cavabı Peygəmbəri-əkrəmə (s) ərz etdi. Peyğəmbər (s): «Bunu sənə kim dedi?»-deyə soruşdu İmam Əli (ə) bu cavabın Fatiməyə (s.ə) məxsus olduğunu söylədi. Həzrət buyurdu: «O, mənim varlığımın bir parçasıdır.»2 Bu hədis onu göstərir ki, Əlinin (ə) dost və düşmən tərəfdən etiraf olunan yüksək elmi məqam sahibi və Peyğəmbəri əkrəmin (s) elm şəhərinin qapısı olmasına baxmayaraq, bəzən o, həyat yoldaşı Fatimədən (s.ə) elmi mətləblər öyrənirdi.
Fatimənin (s.ə) cavabından sonra Peyğəmbərin (s) «O mənim varlığımın bir parçasıdır!» cümləsi bir həqiqəti isbat etdi: - bəzi hədis təfsirçilərinin də bəyan etdikləri kimi-Fatimə (s.ə) Peyğəmbərin (s) tək cisminin deyil, həm də onun ruhunun, elminin, əxlaqının, iman və fəzilətinin bir parçasıdır; o, həmin günəşin bir şüası, nurun bir şöləsidir.
 Abdullah ibn Əhməd ibn Hənbəlin «Musnəd»ində Ümmü Sələmədən (və ya Ümmü-Səlmi) belə nəql olunur: «Fatimə xəstələnmişdi (həmin xəstəliklə də dünyasını dəyişdi). Mən ona qulluq göstərirdim. Bir gün vəziyyəti xeyli yaxşılaşdı. Əli (ə) bir işin arxasıyca harasa getmişdi. Fatimə (s.ə) mənə dedi: «Su gətir, qüsl edim!»
Su gətirdim və O, heç görmədiyim bir gözəllikdə qüsl etdi. Sonra yatağının evin ortasında salınmasını istədi. Mən onun göstərişinə əməl etdim. 0, üzü qibləyə uzandı, əllərini başının altına qoydu və sonra buyurdu: «Ey Ümmü-Sələmə (və ya Ümmü-Səlmi), mən indi dünyadan köçəcəyəm (və uca mələklər aləminə qovuşacağam). Paklanmışam, kimsə mənim üzümü açmasın.» Bu sözləri deyib gözünü yumdu.»3
Fatimə (s.ə), ölümün nişanələri onda görsənmədiyi halda, ölümünün vaxtını bilirmiş. Bu səbəbdən dünyasını hazırlıqlı halda dəyişdi. Heç kəs Allahın təlimi olmadan özünün ölüm vaxtını bilə bilməz. Bu məntiqdən çıxış edərək deyə bilərik ki, Allah-Təala tərəfindən bu, ona ilham edilmişdi.
Bəli, Onun ruhu qeyb aləmi ilə rabitədə idi, asimanın mələkləri onunla danışırdılar.
Bundan əlavə, əvvəlki səhifələrdə göstərdiyimiz hədislərə əsasən, o, hətta İmranın qızı və həzrət İsanın (ə) anası olan Məryəmdən də üstün idi. Bunun özü də dediklərimizə bir sübutdur. Çünki Quran aydın bir şəkildə bəyan emiştdi ki, Məryəm Allahın mələkləri ilə danışırdı. Bu barədə Quranın «Məryəm» və «Ali-İmran surələrində bir neçə ayə mövcuddur.
Deməli, İslam Peyğəmbərinin (s) möhtərəm qızı Fatimə (s.ə) də asimanın mələkləri ilə həmsöhbət ola bilməlidir və olub da.

Kitabın adı: Fatimə dünyanın ən üstün qadını
Müəllif: Ayətullah Nasir Məkarim Şirazi
Hazırladı: Rəsul Mahmudzadə


1.«Səlnamə», Əbdül-Məlik ibn Əyyub Humeyri ibn Hişam (ö: h.q: 213/218);
2.«Hilyətul-əvliya», c: 2, səh: 40.
3.«Səqifə», Əbu Bəkr Əhmad ibn Əbdül-Əziz Cövhəri;

Tags: HƏZRƏT ZƏHRA (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!