HƏZRƏT İMAM RIZA (Ə.S)IN ELMİ MƏQAMI

:

İmam Musa Kazimin (ə) oğlu imam Musər-Riza (ə); Hicri 148-ci ildə anadan olub, 203-cü ildə isə vəfat etmişdir.

İmam Musa Kazimin (ə) oğlu imam Әliyyibni Musər-Riza (ə) da elm, təqva və gözəl əxlaq baxımından babaları kimi idi. Atasından sonra o, dini rəhbərlik, yə᾽ni imamlıq məqamını öhdəsinə aldı.
Onun məqamı və xalq içində nüfuzu elə bir yerə çatdı ki, abbasi xəlifəsi Mə᾽mun, özündən sonra onu vəliəhd (canişin) e᾽lan etməyə məcbur qaldı. Halbuki, abbasilərin Әhli-beyt (ə) ilə düşmənçiliklərini hamı bilirdi.
Elm və danışıq məclislərində imam Rza (ə) ilə qarşılaşan alim, fəqih və filosoflar Həzrətin (ə) qarşısında boyun əyməkləri tarixdə məşhurdur. Rical və tarix haqqında yazılmış kitablarda imam Rza (ə)-ın elmi məqamı və üstün səviyyəli təqvası haqqında sübutlar çoxdur. Biz bunlardan bə᾽zilərinə işarə edirik:
Vaqidi demişdir ki:
«O (imam Rza (ə)) siqə (hədisinə e᾽tibar olunan bir şəxs) idi. Iyirmi neçə yaşında idi ki, Peyğəmbərin (s) məclisində oturub fətva verərdi. O, Mədinə əhalisindən olan tabeinlərin (Peyğəmbəri (s) öz gözləri ilə görməyənlərə deyilir.) səkkizinci təbəqəsində idi». [Təzkirətül-xəvass, səh.198 (Ibni Cövzi)].
Bu mətləbi Hafiz Razi «Әl-cərhu vət-tə᾽dil» kitabında imam Rza (ə)-ın atası imam Musa Kazim (ə) barəsində yazdığı məqalədə qeyd etmişdir.
İmam Musa Kazim (ə)-ın özü də oğlu imam Rza (ə)-ın elmi məqamına şəhadət verib, o biri oğlanlarına xitab edərək belə buyurmuşdur:
«Bu qardaşınız Әli ibni Musa Ali-Məhəmmədin alimidir. Dininiz haqqında ondan soruşun və sizə dediyini qəbul edin». [Әl-irşad (Şeyx Müfid)].
İmam Rza(ə.s)dan Əhli-beyt haqqında hədis
Məmun öz xilafəti dövründə böyük məclislər təşkil edib, dövrünün ən görkəmli, dəyərli və tanınmış alimlərini oraya yığar, imam Rza (ə) -ı da bu məclisə dəvət edərdi. Belə məclislərin birində, mübahisələr zamanı Məmum İmam Rza (ə) -dan soruşdu:
-Peyğəmbərin itrəti kimdir? Peyğəmbərin ümməti deməkdir, yoxsa bunlar ayrı-ayrı şeylərdir? Həzrət buyurdu:
-Bəli, bunlar ayrı-ayrı məsələlərdir. Ümmət başqa, Əhli-beyt başqadır. Məmun dedi:
-Hədislərin birində var ki, mənim ümmətim həm də Əhli-beytimdir. Bu barədə nə deyə bilərsən?
İmam gördü ki, burada hədis desə, o başa düşməyəcək. Bu səbəbdən də başqa bir üsuldan istifadə etdi. O, üzünü Məmuna və məclis əhlinə tutub soruşdu:
-Peyğəmbərin Əhli-beytinə sədəqə vermək olarmı? Onlar dedilər:
-Xeyr. Həzrət buyurdu:
-Quranda buyurulur ki, Peyğəmbər ümməti içində olanlara sədəqə verin! O, hansı ümmətidir? Dedilər:
-Müsəlmanlardır. Həzrət buyurdu:
-Əgər Quran buyurursa sədəqə verin və Əhli-beytə də sədəqə haramdırsa, deməli Əhli-beyt də Ümmət də başqa-başqa şeylərdir.
Bu sözü eşitdikdən sonra hamısı susdu. Daha heç bir söz soruşmadılar. Çünki, gördülər ki, Quran bir tərəfdən deyir ki, ümmətə sədəqə verin, digər bir tərəfdən isə sədəqə Əhli-beytə haramdır. Məsələnin əsas mahiyyətini başa düşdülər. Bu zaman İmam onlara baxıb soruşdu:
-Siz Yasin surəsini oxumusunuzmu? Dedilər:
Bəli. İmam üzünü alimlərə tutub dedi:
-Yasin kimdir? Onlar hamısı bir ağızdan dedilər:
-Şübhəsiz ki, İslam Peyğəmbəri. Həzrət buyurdu:
-Allah Quranda bəzi peyğəmbərlərin adını çəkir və onlara salam göndərir. «Saffat» surəsinin 79-cu ayəsində Allah Nuha salam deyir. 109-cu ayədə İbrahimə salam deyir. 120-ci ayəsində Musa ilə Haruna salam deyir. Bu düzdürmü? Dedilər:
-Bəli. Həzrət buyurdu:
-Amma İslam Peyğəmbərindən başqa Allah heç bir peyğəmbərin Əhli-beytinə salam demir. Soruşdular:
-Allah İslam Peyğəmbərinin Əhli-beytinə harada salam verib? İmam buyurdu:
-Bəs siz demirsiniz Yasindən məqsəd İslam peyğəmbəridir? Allah «Saffat» surəsinin 130-cu ayəsində buyurur: Salam olsun Ali-Yasinə! Yasin İslam Peyğəmbəridirsə, Allah Ali Peyğəmbərə salam deyir. Siz bu barədə nə deyə bilərsiniz? Orada olanlar heç bir söz deməyib susdular.

Səkkizinci imam Həzrəti Əli ibni Musa (ə.s)ın qarşıdan gələn mövludu münasibətiylə, başda imam Zaman Ağa(ə.f) i olmaqla,bütün Rizvan.Net oxuclarını təbrik edirik, Allah dünya və axirətdə bizləri Əhli-beyt (ə.s)dan ayrı salmasın!

Kitabın adı: Əhli-beyt (ə) (məqamı və yolu)
Müəllif: Əliəkbər Ocaq Nejad
Hazırladı: Rəsul Mahmudov

Tags: İMAM RZA (ə), HƏDİS

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!