İMAM RZANIN (Ə) ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

:

Əxlaqi xüsusiyyətlər və insani keyfiyyətlər insanı digər canlılardan fərqləndirən ən böyük amildir. Hansı insanın əxlaq səviyyəsi yüksəkdirsə, o daha çox insani zirvələri fəth etmiş olur.

Biz görürük ki, Allah-taala Qurani-Kərimin "Nur" surəsində öz sevimli Peyğəmbərini "Sən böyük əxlaqa sahibsən" ayəsi ilə tərifləyir. Həzrət Peyğəmbər (s) da hədislərin birində öz peyğəmbərliyinin hədəfini əxlaqi keyfiyyətləri kamilləşdirmək kimi təqdim edir. Biz də imam Rzanın (ə) bu sahədəki özəlliyini araşdırır və o həzrətin nə qədər gözəl xüsusiyyətlərə malik və babası Peyğəmbərin (s) ləyaqətli varisi olduğunu təsdiqləyirik və onun bəzi xüsusiyyətlərini saymaq istəyirik:
Həzrət imam Rza (ə) heç kəsin sözünü kəsməzdi.
Heç kəsin istəyini rədd etməzdi (əlbəttə, din çərçivəsində).
Başqalarının yanında ayaqlarını uzatmaz və heç yerə söykəməzdi.
Öz xidmətçilərinə təhqiramiz söz deməzdi.
Qəh-qəhə çəkməzdi.
İctimai nöqteyi-nəzərdən aşağı təbəqə sayılan şəxslərlə bir süfrədə oturub yemək yeyərdi.
Gecənin çoxunu ibadətlə keçirərdi.
Çox oruc tutardı.
Gizlində sədəqə verərdi.
Camaat qarşısında gözəl və yumşaq geyim, tənhalıqda isə cod və sərt geyim geyər, həsir üstündə oturardı.
Az danışardı və hər üç gündə bir dəfə Quran xətm edərdi.
Əgər o Həzrətin bir nəfərlə işi olsaydı və həmin şəxs yemək yeməyə məşğul olsaydı, İmam (ə) o şəxsin yeməyi bitirməsini gözləyər, sonra öz sözünü buyurardı. İmam (ə) belə buyururdu: "Siz yeməyə məşğul olarkən mən daxil olsam və ya yaxınlaşsam, yerinizdən qalxmayın."
Əgər hər hansı bir sahibkar əvvəlcədən müqavilə bağlamadan bir fəhləni işə götürürdüsə, imam əsəbiləşir və buyururdu: "Əgər siz o fəhlə ilə müqavilə bağladıqdan sonra işin sonunda həmin məbləği ona versəniz, o şad olar ki, siz öz əhdinizə vəfa etmisiniz. Əgər bir az da artıq versəniz, o bir az da çox sevinəcək ki, siz onun muzdundan da artığını vermisiniz. Lakin müqavilə bağlamadığınız təqdirdə hətta onun haqqından üç dəfə artığını da versəniz elə biləcək ki, haqqını düz verməmisiniz."

Kitabın adı: Ziyarətnamələr, müqəddəs ziyarətgahlar

Mətni səsləndirdi: ZÜLFİYYƏ BABAYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Tags: İMAM RZA (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!