HƏZRƏT MƏSUMƏDƏN (əs) 2 HƏDİS

:

Elm mənbəyi İmam Kazim (ə) və bilik dəryası İmam Riza(ə)dan təlim almış, İlahi və İslami elmlərə yiyələnmiş, Əhli-beyt(ə)in fəxri, Xanım Məsumə (əs) ömrünün çox az olmasına baxmayaraq digər elmi sahələrlə yanaşı hədis və rəvayətlərin nəqli ilə də məşğul olmuşdur.

İki Nümunə:

1. İmam Riza(ə)nın qızı Fatimə (ə) İmam Musanın (ə) qızları Fatimə (Məsumə), Zeynəb və Ümmü Gülsümdən, onlar İmam Sadiq(ə)in qızı Fatimədən, o, İmam Baqir(ə)in qızı Fatimədən, o, İmam Səccad(ə)ın qızı Fatimədən, o, İmam Hüseyn(ə)in qızları Fatimə və Səkinədən, onlar Fatimeyi-Zəhra(əs)nın qızı Ümmü Gülsümdən (ə) və o da Fatimeyi-Zəhradan (ə) belə nəql edir ki, Həzrət Fatimə (əs) üzünü camaata tutub buyurdu:

"Rəsulullahın (s) Qədir-Xum günü "Kimin mən mövlasıyamsa (rəhbəriyəmsə), Əli də (məndən sonra) onun mövlasıdır (rəhbəridir)" dediyini unutdunuzmu? Unutdunuzmu ki, Peyğəmbər buyurdu: Ya Əli, sənin mənə nisbətin (bağlılığın) Harun(ə)un Musa(ə)ya nisbəti kimidir." (“Əl-Qədir”, c.1, səh.196)

2. Həzrət Fatimeyi-Məsumə (əs) İmam Sadiq(ə)in qızı Fatimədən, o imam Baqir(ə)in qızı Fatimədən, o, İmam Səccad(ə)ın qızı Fatimədən, o, İmam Hüseyn(ə)in qızı Fatimədən, o, Əmirəl-mömininin Əli(ə)nin qızı Zeynəb(əs)dən və o, da Fatimeyi-Zəhra(əs)dan nəql edir:

"Rəsulullah (ə) buyurdu: “Bilin, hər kəs Ali-Mühəmmədin (s) məhəbbəti ilə ölsə, şəhid olmuşdur." (“Əl-lu'lu-ul əs-səminə”, səh.217)

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!