ƏHD DUASI

:

İmam Sadiq (ə) buyurub ki, hər kəs Əhd duasını 40 sübh oxusa, imam Zamanın köməkçilərindən olar. Əgər o həzrətin zühurundan qabaq ölsə, həzrət zühur edən vaxt Allah-taala onu qəbirdən qaldırar ki, onun hüzurunda olsun. Allah-taala bu duanın hər kəlməsini oxuyan şəxsə min savab yazar və min günahını bağışlayar.

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحيِم

Bağışlayan və mehriban Allahın adı ilə!

اَللّـهُمَّ صَلَّى عَلَى مُحَمَّدٍ وَآلِهِ مُحَمَّدٍ

İlahi, Mühəmməd (s) və onun Əhli-beytinə (ə) salam və salavat göndər!

اَللّـهُمَّ رَبَّ النُّورِ الْعَظيمِ وَرَبَّ الْكُرْسِيِّ الرَّفيعِ وَرَبَّ الْبَحْرِ الْمَسْجُورِ وَمُنْزِلَ التَّوْراةِ وَالْإِنْجيلِ وَالزَّبُورِ وَرَبَّ الظِّلِّ وَالْحَرُورِ وَمُنْزِلَ الْقُرْآنِ الْعَظيمِ وَرَبَّ الْمَلائِكَةِ الْمُقَرَّبينَ وَالْأَنْبِياءِ وَالْمُرْسَلينَ

İlahi, ey əzəmətli nurun rəbbi, ey uca kürsünün rəbbi, ey təlatümlü dəryanın rəbbi, ey “Tövrat”ı, “İncil”i və “Zəbur”u nazil edən, ey kölgənin və yandırıcı küləyin rəbbi, ey əzəmətli Quranı nazil edən, ey müqərrəb mələklərin, peyğəmbərlərin və mürsəllərin rəbbi!

اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِاِسْمِكَ الْكَريمِ وَبِنُورِ وَجْهِكَ الْمُنيرِ وَمُلْكِكَ الْقَديمِ

İlahi, Sənin kərim adına, parlayan vəchinin nuruna, əzəli mülkünə (səltənətinə) sığınaraq dərgahına əl açıram!

يا حَيُّ يا قَيُّومُ اَسْاَلُكَ بِاسْمِكَ الَّذي اَشْرَقَتْ بِهِ السَّماواتُ وَالْأَرَضُونَ وَبِاسْمِكَ الَّذي يَصْلَحُ بِهِ الْأَوَّلُونَ وَالْآخِرُونَ

Ey (həqiqi) “Diri”, ey “Qəyyum”! İlahi, Sənin asimanları və yerlərı işıqlandıran və əvvəldən axıradək ümmətlər içrə (haqq əhlini) islah yoluna yönəldən adlarına sığınaraq dərgahına əl açıram!

يا حَيّاً قَبْلَ كُلِّ حَيٍّ وَيا حَيّاً بَعْدَ كُلِّ حَيٍّ وَيا حَيّاً حينَ لا حَيَّ يا مُحْيِيَ الْمَوْتى وَمُميتَ الْأَحْياءِ يا حَيُّ لا اِلـهَ اِلّا اَنْتَ

Ey hər bir diridən öncə diri olan! Ey hər bir diridən sonra diri qalan! Ey heç diri olmayan vaxt diri olan! Ey ölüləri dirildən və diriləri öldürən! Ey diri ki, Səndən başqa tanrı yoxdur!

اَللّـهُمَّ بَلِّغْ مَوْلانَا الْإِمامَ الْهادِيَ الْمَهْدِيَّ الْقائِمَ بِاَمْرِكَ صَلَواتُ اللهِ عَلَيْهِ و عَلى آبائِهِ الطّاهِرينَ عَنْ جَميعِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ في مَشارِقِ الْأَرْضِ وَمَغارِبِها سَهْلِها وَجَبَلِها وَبَرِّها وَبَحْرِها وَعَنّي وَعَنْ والِدَيَّ مِنَ الصَّلَواتِ زِنَةَ عَرْشِ اللهِ وَمِدادَ كَلِماتِهِ وَما اَحْصاهُ عِلْمُهُ وَاَحاطَ بِهِ كِتابُهُ

İlahi, mövlamıza, bizə hidayətçi və özü hidayət yolunda olan, Sənin əmrlərinin (haqq-ədalətin) bərqərarına hazır duran imama ‒ Sənin salavatın ona və onun məsum ata-babalarına olsun! ‒ yer üzünün şərq və qərbində, dağ və aranında, su və qurusunda olan bütün mömin kişi və qadınlar, eləcə də mənim və valideynlərim tərəfindən elə bir salavat (xeyir-bərəkət) göndər ki, ərşinin kütləsi, kəlmələrinin sayı, elminin tutumu, kitabının əhatəsi qədər olsun!

اَللّـهُمَّ اِنّي اُجَدِّدُ لَهُ في صَبِيحَةِ يَوْمي هذا وَما عِشْتُ مِنْ اَيّامِي عَهْداً وَعَقْداً وَبَيْعَةً لَهُ في عُنُقي لا اَحُولُ عَنْها وَلا اَزُولُ اَبَداً

İlahi, açılan bu sübhdən və keçən ömrümdən belə, yenidən o həzrətlə elə bir əhd-peyman bağlayıram ki, heç vaxt ondan dönməz və heç vaxt onu pozmaram.

اَللّـهُمَّ اجْعَلْني مِنْ اَنْصارِهِ وَاَعْوانِهِ وَالذّابّينَ عَنْهُ وَالْمُسارِعينَ اِلَيْهِ في قَضاءِ حَوائِجِهِ وَالْمُمْتَثِلينَ لاَِوامِرِهِ وَالُْمحامينَ عَنْهُ وَالسّابِقينَ اِلى اِرادَتِهِ وَالْمُسْتَشْهَدينَ بَيْنَ يَدَيْهِ

İlahi, məni o həzrətə yavər, dayaq, onun müdafiəsinə qalxanlardan, amalı uğrunda tələsənlərdən, əmrlərini yerinə yetirənlərdən, himayə edənlərdən, istəklərinə doğru önə düşən və önündə şəhid olanlardan et!

اَللّـهُمَّ اِنْ حالَ بَيْني وَبَيْنَهُ الْمَوْتُ الَّذي جَعَلْتَهُ عَلى عِبادِكَ حَتْماً مَقْضِيّاً فَاَخْرِجْني مِنْ قَبْري مُؤْتَزِراً كَفَنى شاهِراً سَيْفي مُجَرِّداً قَناتي مُلَبِّياً دَعْوَةَ الدّاعي فِي الْحاضِرِ وَالْبادي

İlahi, əgər bəndələrin üçün təyin etdiyin labüd və qaçılmaz ölüm hökmün mənimlə o həzrətin arasında ayrılıq salsa, onda məni (zühurda) kəfənimlə, qılıncımı siyirib, nizəm əlimdə hər zaman dəvətinə (qiyama) “ləbbeyk” (hazıram) deyən halda qəbrimdən çıxart!

اَللّـهُمَّ اَرِنيِ الطَّلْعَةَ الرَّشيدَةَ وَالْغُرَّةَ الْحَميدَةَ وَاكْحُلْ نَاظِري بِنَظْرَةٍ منِّي اِلَيْهِ وَعَجِّلْ فَرَجَهُ وَسَهِّلْ مَخْرَجَهُ وَاَوْسِعْ مَنْهَجَهُ وَاسْلُكْ بي مَحَجَّتَهُ وَاَنْفِذْ اَمْرَهُ وَاشْدُدْ اَزْرَهُ

İlahi, o rəşid simanı (parlaq haqqı), o vüqarlı alını mənə nişan ver və ona düşən nəzərimlə gözlərimə şəfa bəxş et! Onun zühurunu tez yetir, zahir olmağını asanlaşdır, yolunu genişləndir, məni uğrunda yoluna qoş, əmrini yenilməz et, dayağını möhkəmlət!

وَاعْمُرِ اللّـهُمَّ بِهِ بِلادَكَ وَاَحْيِ بِهِ عِبادَكَ فَاِنَّكَ قُلْتَ وَقَوْلُكَ الْحَقُّ: ظَهَرَ الْفَسادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِما كَسَبَتْ اَيْدِي النّاسِ

İlahi, onun gəlişilə diyarlaını abadlaşdır, bəndələrini (mənəviyyatını) dirilt! Çünki nə Sən buyurmusansa, qətidir: (Yəni) “İnsanların əlindən quruda və dəryada fəsad törəndi!”

فَاَظْهِرِ الّلهُمَّ لَنا وَلِيَّكَ وَابْنَ بِنْتِ نَبِيِّكَ الْمُسَمّى بِاسْمِ رَسُولِكَ حَتّى لا يَظْفَرَ بِشَيْء مِنَ الْباطِلِ اِالّا مَزَّقَهُ وَيُحِقَّ الْحَقَّ وَيُحَقِّقَهُ

İlahi, bizə adı Sənin Rəsulunun adı ilə eyni və onun qızının övladı olan Öz vəlini zahir et ki, daha batildən yerlə-yeksan etmədiyi bir şey qalmasın və haqqı dirçəldib bərqərar etsin!

وَاجْعَلْهُ اَللّـهُمَّ مَفْزَعاً لِمَظْلُومِ عِبادِكَ وَناصِراً لِمَنْ لا يَجِدُ لَهُ ناصِراً غَيْرَكَ وَمُجَدِّداً لِما عُطِّلَ مِنْ اَحْكامِ كِتابِكَ وَمُشَيِّداً لِما وَرَدَ مِنْ اَعْلامِ دينِكَ وَسُنَنِ نَبِيِّكَ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ وَاجْعَلْهُ اَللّـهُمَّ مِمَّنْ حَصَّنْتَهُ مِن بَأسِ الْمُعْتَدينَ

İlahi, onunla məzlum bəndələrinə pənah ver, Səndən başqa köməyi olmayanlara yardım yetir, kitabının unutdurulan qanunlarını dirçəlt, Sənin dininin sütunlarını, Rəsulunun ‒ Ona (s) və Əhli-beytinə salam və salavatın olsun! ‒ sünnələrini möhkəmlət və onu İlahi, zalımların təhlükələrindən qoru!

اَللّـهُمَّ وَسُرَّ نَبِيَّكَ مُحَمَّداً صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ بِرُؤْيَتِهِ وَمَنْ تَبِعَهُ عَلى دَعْوَتِهِ وَارْحَمِ اسْتِكانَتَنا بَعْدَهُ

İlahi, onun zühuru ilə Peyğəmbərin Məhəmmədi ‒ Ona (s) və Əhli-beytinə salam və salavatın olsun! ‒ və dəvətinə qoşulanları sevindir və bundan sonra mərhəmətinlə bizə əlac et!

اَللّـهُمَّ اكْشِفْ هذِهِ الْغُمَّةَ عَنْ هذِهِ الْأُمَّةِ بِحُضُورِهِ وَعَجِّلْ لَنا ظُهُورَهُ بِرَحْمَتِـكَ يـا اَرْحَمَ الرّاحِمينَ

İlahi, onun hüzuru ilə bu ümmətin üzərindən dərdi qaldır və bizə onun zühurunu tez yetir! (Öz kibında buyurduğun kimi‒) “Həqiqətdə onlar bunu (zühuru) uzaq, biz isə yaxın görürük.” Sənə and verirəm Öz rəhmətini, ey rəhm edənlərin ən rəhimlisi!

اَلْعَجَلَ الْعَجَلَ يا مَوْلاىَ يا صاحِبَ الزَّمانِ

Tələs, tələs, ey mövlam, ey Sahibəz-Zaman!

اَلْعَجَلَ الْعَجَلَ يا مَوْلاىَ يا صاحِبَ الزَّمانِ

Tələs, tələs, ey mövlam, ey Sahibəz-Zaman!

اَلْعَجَلَ الْعَجَلَ يا مَوْلاىَ يا صاحِبَ الزَّمانِ

Tələs, tələs, ey mövlam, ey Sahibəz-Zaman!

You must have the Adobe Flash Player installed to view this player.

 

ƏHD DUASININ OXUNUŞU

Əllahummə Rəbbən-nuril-əzim, və Rəbbəl-kursiyyir-rəfi`, və Rəbbəl-bəhril-məscur, və munzilət-tovrati vəl-incili vəz-zəbur, və Rəbbəz-zilli vəl-hərur, və munziləl-Qur`anil-əzim, və Rəbbəl-məlaikətil-muqərrəbin, vəl-ənbiyai vəl-mursəlin. Allahummə inni əs`əlukə bivəchikəl-kərim, və binuri vəchikəl-munir, və mulkikəl-qədim, ya Həyyu ya Qəyyum, əs`əlukə bismikəl-ləzi əşrəqət bihis-səmavatu vəl-ərəzun, və bismikəl-ləzi yəsləhu bihil-əvvəlunə vəl-axirun, ya həyyən qəblə kulli həyy, və ya həyyən bə`də kulli həyy, və ya həyyən hinə la həyy, ya muhyiyəl-movta və mumitəl-əhya, ya həyyu la ilahə illa ənt. Allahummə bəlliğ movlanəl-imaməl-Hadiyəl-Məhdiyyəl-Qaimə bi əmrik, sələvatullahi ələyhi və əla abaihit-tahirin, ən cəmiil-mu`mininə vəl-mu`minat, fi məşariqil-ərzi və məğaribiha, səhliha və cəbəliha və bərriha və bəhriha və ənni və ən validəyyə minəs-sələvati zinətə ərşillah, və midadə kəlimatihi və ma əhsahu ilmuh, və əhatə bihi kitabuh. Allahummə inni ucəddidu ləhu fi səbihəti yovmi haza və ma iştu min əyyami əhdən və əqdən və bəy`ətən ləhu fi unuqi, la əhulu ənha və la əzulu əbəda. Allahumməcə`lni min ənsarihi və ə`vanih, vəz-zabbinə ənhu vəl-musariinə iləyhi fi qəzai həvaicih, vəl-mumtəsilinə li əvamirih, vəl-muhaminə ənh, vəs-sabiqinə ila iradətih, vəl-mustəşhədinə bəynə yədəyh. Allahummə in halə bəyni və bəynəhul-movtul-ləzi cəəltəhu əla ibadikə hətmən məqziyya, fəəxricni min qəbri mu`təzirən kəfəni, şahirən səyfi, mucərridən qənati, muləbbiyən də`vətəd-dai` fil-haziri vəl-badi. Əllahummə ərinit-təl`ətər-rəşidətə vəl-ğurrətəl-həmidəh, vəkhul naziri bi nəzrətin minni iləyh, və əccil fərəcəhu və səhhil məxrəcəh, və ovsi` mənhəcəhu vəsluk bi məhəccətəh, və ənfiz əmrəhu vəşdud əzrəh, və`murillahummə bihi biladəkə və əhyi bihi ibadək, fə innəkə qultə və qovlukəl-həqq: “zəhərəl-fəsadu fil-bərri vəl-bəhri bima kəsəbət əydin-nas” fəəzhirillahummə ləna vəliyyəkə vəbnə binti Nəbiyyik, əl-musəmma bismi Rəsulikə hətta la yəzfərə bişəy`in minəl-batili illa məzzəqəhu və yuhiqqəl-həqqə və yuhəqqiqəh, vəc`əlhullahummə məfzəən liməzlumi ibadik, və nasirən limən la yəcidu ləhu nasirən ğəyrək, və mucəddidən lima uttilə min əhkami kitabik, və muşəyyidən lima vərədə min ə`lami dinikə və sunəni Nəbiyyik, səlləllahu ələyhi və alih, vəc`əlhullahummə mimmən həssəntəhu min bə`sil-mu`tədin. Əllahummə və surrə Nəbiyyəkə Muhəmmədən səlləllahu ələyhi və alih, bi ru`yətihi və mən təbiəhu əla də`vətih, vərhəmistikanətəna bə`dəh. Əllahumməkşif hazihil-ğummətə ən hazihil-umməti bi huzurih, və əccil ləna zuhurəh, “innəhum yərovnəhu bəidən və nərahu qəriba”, birəhmətikə ya ərhəmər-rahimin. (Sonra 3 dəfə əlini sağ buduna vurub hər dəfəsində bu sözləri de:) Əl-əcəl, əl-əcəl, ya movlayə, ya Sahibəz-zəman. Əl-əcəl, əl-əcəl ya movlayə, ya Sahibəzzaman, Əl-əcəl, əl-əcəl ya movlayə, ya Sahibəzzaman.”

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!