11-Cİ MÜNAZİRƏ - III hissə

:

TÜRKMƏN, XARƏZMİ, ÖZBƏK VƏ ƏFQANLARIN İRANLILARA QARŞI ETDİKLƏRİ ÇİRKİN İŞLƏRƏ BİR BAXIŞ
Dəvətçi: «Yanılırsınız! Belə bir dəyərli məclisdə müsəlman qardaşlarıma dəlilsiz olaraq, yersiz nisbətlər vermədim.

Əhli-sünnə alim və qazılarının, şiənin böyük fəqihlərinə qarşı etdikləri cinayətlərdən, dediyim hadisələrlə əlaqədər tarixə bir nəzər salsaq, türkmənlərin, xarəzmilərin, özbəklərin və əfqanlıların dəfələrlə İrana təcavüz etdiklərini görəcək, sözlərimə haqq qazandıracaq, hətta onların şiə camaatına qarşı etdikləri zülmə görə utanacaqsınız.
İmkan düşdükdə və xarici ölkələrlə olan müharibələr nəticəsində və ya daxili qarşı durmalar üzündən İranın vəziyyətini qarışıq gördükdə, İranın şimal şərqindən hücuma keçmiş, bəzən Xorasan, Nişapur və Səbzivara qədər, hətta bir dəfə Şah Sultan Hüseyn Səfəvinin zamanında İsfahana qədər irələmiş, o şəhərin ətrafına hücum edib talan etmiş, iffət, insaniyyət və İslama zidd olan heç bir əməldən geri qalmamış və zavallı şiələri qətl edərək, mallarını taladıqdan, namuslarına toxunduqdan sonra bir çox insanı əsir edib, kafir əsirləri kimi dünya bazarlarında satmışlar.
Tarixin yazdığına görə, Türkistan şəhərlərində yüz mindən çox şiə satılmış və onlara kafir kölələrə edilən müamilədən daha pis müamilələr edilmişdir. Bu növ əməlləri, alimlərinizin hökm və fitvalarına əsəslanaraq edirdilər».
Hafiz: «Bu müharibə və hücumlar siyasi məqsədlə olmuşdur; bunların əhli-sünnə alimlərinin fitvalarıyla hər hansı bir əlaqəsi yoxdur».

XAN XƏYVƏNİN İRANA HÜCUMLARI VƏ ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN ŞİƏLƏRİN QƏTL VƏ MALLARININ TALANMASI ÜÇÜN VERDİKLƏRİ FİTVALAR
Dəvətçi: «Xeyir, elə deyil. Bu qətillər, talan və namuslara təcavüz, əhli-sünnə alimlərinin fitva və hökmləriylə olmuşdur.
Məsələn, Qacar şahlarından olan Nəsirəddin şahın səltənətinin ilk illərində və onun vəziri Mirzə Təqi xan Əmir Nizamın zamanında, İran ordusunun Xorasan hadisəsi və Salar fitnəsi ilə məşğul ikən, Xarəzmin əmiri olan Özbəkli xan Xəyvə (Xarəzm) deyə məşhur olan Məhəmməd Əmin xan bunu fürsət bilərək, böyük bir orduyla, Xorasan və Mərvə hücum etdi. Dəhşətli qətl və talandan sonra şəhərləri viranə edib, bir çox insanı da əsir apardı.

ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN ŞİƏLƏRİN QƏTLİNƏ VƏ TALAN EDİLMƏSİNƏ DAİR FİTVALARI VƏ ƏBDULLAH XAN ÖZBƏYİN XORASANA HÜCUMU
Abdullah xan Özbək, Xorasanı mühasirəyə aldığı zaman Xorasan alimləri, onun etdiyi cinayət və zalmlərə etiraz edib, «Nə üçün «La ilahə illəllah, Muhəmməd Rəsulullah» deyən və Əhli-beytin yolu ilə gedənləri qətlə yetirirsiniz?! İslam belə bir zülmün, hətta kafirlərə qarşı edilməsinə belə izn verməmişdir» deyə ona uzun bir məktub yazdı.
Abdullah xan da, məşhəd alim və əhalisinin məktublarını, yanında olan sünni alim və qazılarına verərək, onlara cavab yazmalarını söylədi. Sünni alimlər də uzun bir cavablar yazıb, göndərdilər. Məşhəd alimləri də bu cavabların qarşısında bir cavab yazıb göndərdilər. (Bu məktublar «Nəsihul-Təvarih» adlı kitabda cəm olmuşdur.) Özbək olan sünni alimlər məktublarında, «şiələr rafizi və kafirdilər. Onların qanı, malı və namusu müsəlmanlara halaldır» deyə cavab yazmışdılar.

Ardı var...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!