EVLƏNMƏK İSTƏDİYİMİZ QADINA BAXA BİLƏRİKMİ?

:

CAVAB
Təfsirçilərin fikirincə, evlənmək istəyən şəxs evlənmək istədiyi qadına baxa bilər. İnsan həyatında ən əhəmiyyətli hadisələrdən biri, izdivacdır. İslam dini bütün işlərdə kor-koranə seçimin əleyhinə olduğu kimi, izdivac zamanı da kamil bəsirət tərəfdarıdır.

Gələcəkdə baş verə biləcək peşmançılıqların qarşısını almaq üçün evlənmək istəyən insan, nəzərdə tutduğu qadını şəriət çərçivəsində kamil tanımalıdır.
Həzrət Peyğəmbər (s) evlənmək istəyən yaxın adamlarından birinə buyurur: “Əvvəlcədən ona bax. Bu, aranızdakı məhəbbətin dərinliyinə səbəb olar.”
Əlbəttə ki, şəriət o şəxsə baxmaq icazə verir ki, onun bu qadınla evlənmək fikiri ciddi olsun. Evlənməyə qadın axtarmaq məqsədi ilə baxmaq, caiz deyil. Hətta icazə verildiyi təqdirdə, şəhvətlə baxmaq haramdır.

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!