HEYVAN, YOXSA NƏFSİNİ ÖZÜNƏ TANRI EDƏN İNSAN DAHA ÇOX ZƏLALƏTDƏDİR?

:

CAVAB
“Furqan” surəsinin 44-cü ayəsində nəfsinə itaət edənlər haqqında buyurulur: “Onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalətdədirlər.”

Uyğun mövzuda araşdırma aparan təfsirçilər bu qənaətdədirlər ki, heyvanlar altı cəhətə görə nəfsini özünə tanrı edən insandan üstündürlər:

1. Düşünmə istedadından məhrum olan heyvanların nöqsanlı hərəkətləri bağışlana bilər;
2. Heyvanlara ilahi hökm, kitab nazil olmadığından onlar üçün cəza da yoxdur;
3. Heyvanlar cəmiyyət üçün həmişə faydalıdırlar;
4. Heyvanlar nə qədər vəhşi olsalar da, müharibə törətmək qüdrətində deyillər;
5. İnsan, əqlini nəfsinə qurban verdiyi halda, heyvanlar öz təbii xüsusiyyətlərindən – instinkdən kənara çıxmır;
6. Heyvanlar öz pis işini yaxşı qələmə vermir, necə varsa, elə də görünürlər.

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!