HƏQİQİ DOST VARMI?
CAVAB
Dini dəyərlərin ayaq altına alındığı cəmiyyətlərdə xəyanət, eqoizm kimi çirkin sifətlərin artması tam təbiidir. Məhz belə cəmiyyətlərdə “dost yoxdur”, “dost mənim cibimin pulu” kimi əsassız fikirlər dolaşmaqdadır.
Qurani-Kərimin müxtəlif ayələrində “dost” kəlməsi işlədilir və dostlarla münasibətin necə qurulmasına işarə olunur. “Nur” surəsinin 61-ci ayəsində “müsəlman kimlərin süfrəsində icazə almadan otura bilər” sualına verilən cavabda ata-ana, bacı-qardaşla yanaşı dostlar da xatırladılır.
İmam Sadiq (ə) buyurur: “Müəyyən həddlər və şərtlərə əməl olunmadan dostluq mümkün deyildir. Dostda beş xüsusiyyət olmalıdır:
1. Üzdə və arxada bir olsun;
2. Sənin abrını öz abrı, sənin eyibini öz eyibi bilsin;
3. Vəzifəsi, var-dövləti dəyişəndə sənə münasibəti dəyişməsin;
4. Gücü çatanı sənə müzayiqə etməsin;
5. Çətin günündə səni tək qoymasın.”
Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)
Tags: SUALLARA CAVAB