İMAM MƏHDİ (əc) VƏ UZUN ÖMÜRLÜK

:

İMAM ZAMANIN (ƏC) ÖMRÜNÜN UZUNLUĞU - “Kimə uzun ömür versək, onu xilqətcə dəyişib tərsin çevirərik (uşaq kimi olar)” AYƏSİLƏ UZLAŞIRMI?

CAVAB

“Yasin” surəsinin 68-si ayəsində ilahi bir qayda, təbiət qanunu açıqlanılır. Yəni fiziki yetkinliyə çatmış hər bir insan tədricən öz qüvvələrini itirməyə başlayır. Beləcə, o, öz körpəliyindəki zəiflik halına qayıdır. Belə bir qayda bütün canlı aləmə münasibətdə qüvvədədir. Bütün canlıları belə bir aqibət gözləyir. Əvvəlcə, onu qeyd edək ki, təbiət elmlərinə əsasən, Əsrin İmamının (əc) uzun ömrü mümkün sayılmışdır. Bunu da qeyd etməliyik ki, imama məxsus olan ömür istisna bir ömürdür.
Başqa sözlə, elm min illik və daha uzun ömrü mümkün sayır. Bu iş mümkün sayılmasaydı, məşhur təbiətşünas alimlər insan ömrünü uzatmaq üçün ciddi araşdırmalarla məşğul olmazdılar. Onlar insanlara ümid verirlər ki, bir gün uzun ömrün sirri açılacaq. Bunu da inkar etmək olmaz ki, hazırda belə bir ömür istisna sayılmalıdır. Hələ ki, bəşəriyyət uzun ömür yaşamağın sirrini tapmamışdır. Allah seçilmiş bir bəndəsinə ona görə belə uzun ömür vermişdir ki, müəyyən bir məqamda həmin şəxs qiyam etsin və yer üzündə ədalət bərqərar olsun. Qeyd olunan Quran ayəsi isə adi insanlar haqqındadır və müstəsna bir şəxsə aid edilməyə bilər.
Bir sözlə, istisna olaraq bir şəxsə belə uzun ömür verən Allah onu istənilən zəiflikdən də qoruyar. Bu məsələ nəzərdə tutulmuş Quran ayəsinə qətiyyən zidd deyil. Çünki ayə əksər adi insanlara aiddir.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr
Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni
Tәrcümә еdәn: А. Turаn

 

Mətni səsləndirdi: TURAN MƏMMƏDLİ
You must have the Adobe Flash Player installed to view this player.

 

Tags: İMAM ZAMAN (ə), ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!