İSRAF VƏ TƏBZİRİN FƏRQİ NƏDİR?

:

İsraf ilə təbzirin fərqi aşağıdakı kimidir;

Allah Təala Qurani Kərimdə israf haqqında buyurur:
و الذین اذا انفقوا لم یسرفوا و لم یقتروا و کان بین ذلک قواما
 (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşan, nə də simiclik göstərərək həddən aşağı enən şəxslər (Allahın bəyəndiyi bəndələrdir), (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar. (Furqan 67)
Təbzir haqqında isə Allah Təala belə buyurur:
"ان المبذرین کانوا اخوان الشیاطین"
Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşlarıdır. (İsra 27)
Həm israf edənlər həm də təbzir edənlər Allahın tərəfindən məzəmmət olunur. 
İsraf və təbzir kəlmələri yaxın mənalı sözdür və hər ikisində müştərək məna var. O məna orta həddən çıxmaq mənasıdır ki, həm israf edənlər həddi aşır həm də təbzir edənlər həddi aşırlar. Lakin fərq burdadır ki, təbzir edənlərdə israfdan daha artıq həddi aşırlar və bununla yanaşı üstəlik Allahın nemətlərini də zay edirlər.
Aşağıdakı misala diqqət etsəniz məsələ aydın olar.
Bir nəfər 20 manatlıq özünə bir paltar almaqla öz şəninə uyğun bir paltar ala bilər və bununla keçinə bilər amma 20 manat əvəzinə gedir özünə 120 manatlıq bir paltar alır və öz həddini və orta həddi aşır və şənindən yuxarı bir geyimə artıq pul xərcləyir. Buna israf deyilir.
Lakin bir nəfərin evinə 5 nəfər qonaq gəlir, ev sahibi isə 10  nəfərlik qonağın yeməyini hazırlayır. Qonaq gəlib gedəndən sonra yemək artıq qalır və nəticədə həmin yemək zibilliyə atılır. Burada həddi aşmaqla yanaşı Allahın nemətlərini zay edirlər. Həm orta hədd qorunmur həm də Allahın nemətləri zay olunur. Buna təbzir deyilir.
Ümidvarıq bu iki kəlmənin fərqi bundan sonra sizə aydın oldu. Allah ibadətlərinizi qəbul etsin.

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!