QƏDR GECƏSİNDƏ NƏ ÜÇÜN OYAQ QALIRIQ?

:

Sual: Qədr gecəsində oyaq qalmağın səbəbi, İmam Əlinin (əleyhissalam) şəhadətidir yoxsa, Quranın nazil olması? Əgər ikincidirsə, nəyə görə gecəni oyaq qalmalıyıq?

Cavab: Qədr gecəsi, Qurani-Kərimdə məqamına təkid olunmuş ən mühüm zamanlardan biridir və bu gecənin mənəvi məqamı haqqında çox hədislər vardır. Qurani Kərimdə Qədr surəsində belə bir xüsusi məqamın səbəbinə o cümlədən, Quranın1 və mələklərin2 nazil olması işarə olunur. Quran-Kərimdə bu gecə başdan-başa mənəviyyətlə dolu bir zaman kimi tanıtdırılır.3 Həmçinin, bu gecədə insanların taleyi həll olunur.4
Bu gecədə insanların talehlərinin təyin olunması, xeyir və bərəkətin yer üzünə gəlməsi, mələklərin və Ruhun nazil olmasına xatir bu gecəni oyaq qalıb əhya saxlamağa çox sifariş olunmuşdur. Nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Mübarək Ramazan ayının 23-cü gecəsi ailəsini yuxudan oyadar və yuxuya qalanların üzünə su çilərdi. Həzrəti Fatimənin (salamullahi ələyha) həyatında nəql olunur ki, O, bu gecədə heç kimi yatmağa qoymazdı. Həmin səbəbə görə o gecədən qabaq uşaqlara az yemək verər və əvvəlcədən belə bir gecəyə hazırlıq görərdi. Həmişə buyurardı: “Bu gecənin xeyir və bərəkətindən bəhrələnə bilməyən insan ən məhrum və biçarə şəxsdir.”5
Qədr gecəsinə aid Quran ayələri və rəvayətlərdən belə məlum olur ki, Ruhun və mələklərin nazil olması hər ildə baş verir. Bu gecədə, gələcək bir ildə nələr olacaqsa, İslam Peyğəmbərinin (s) dövründə o həzrətə, ondan sonra isə Həzərtin haqq canişinlərinə, İmam Əliyə (ə) və onun on bir pak övladlarına, hazırkı halda isə İmam Zamana (əc) xəbər verirlər.6
Beləliklə, Əmirəl-möminin Əlinin (əleyhissalam) bu gecədə şəhid olması, bu gecədə baş verməsina baxmayaraq, bu gecə “əhya” saxlamığın əsl səbəbi deyildir. Buna baxmayaraq, bu hadisə Qədr gecəsinin əhəmiyyətini daha da artırır.


1 Qədr surəsi, 1-ci ayə; “Həqiqətən Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!”
2 Qədr surəsi, 4-cü ayə; O gecə mələklər və Ruha Rəbbinin izni ilə hər bir işdən ötür yerə enərlər.
3 Qədr surəsi, 5-ci ayə; O gecə dan yeri sökülənə qədər (büsbütün) salamatlıqdır.
4 Duxan surəsi, 4-cü ayə; Hər bir hikmətli iş, o gecə hökm olunur
5 İbn Həyyyun Niman ibn Muhəmməd Məğribi, Dəaimul-İslam və zikrul-haramu vəl həlal vəl-qəzaya vəl-əhkam. Feyzi Asif, c.1, səh.282; Qum, Alul-Beyt (ə) müəssisəsi, ikinci çap
6 Kuleyni Muhəmməd ibn Yəqub, Kafi, c.1 səh.247

 

Tags: ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!