İSLAMIN DAYAĞI XANIM XƏDİCƏNİN (sə) VƏFATI

:

Bismillahir Rəhmanir Rəhim
Salam olsun sənə ey möminlər anası!
Salam olsun sənə ey ilahi elçilər sərvərinin xanımı!
Salam olsun sənə ey İslamın dayağı!
Salam olsun sənə ey iki dünya xanımı Fatimeyi Zəhranın (s) anası!
Salam olsun sənə ey Həsən və Hüseynin anası!
Salam olsun sənə ey ilk iman gətirən xanım!
Salam olsun Allahın, cənab Cəbrail (ə) vasitəsilə salam göndərdiyi xanım.
Salam olsun sənə ey anamız həzrət xanım Xədicə (s)!
Salam olsun sənə ki, bütün var-dövlətini İslamın inkişafı üçün Allahın Rəsuluna (s) fəda etdin.

Həzrət xanım Xadicə (sə), tarix boyu dünyada kamilliyə çatmış dörd xanımdan biridir ki, imamətin on iki ulduzu da o həzrətin vücudundan parlamışdır. O Allahın Rəsulunu (s) öz ruhani vücudi ilə həmişə şad edər və heç vaxt Allahın həbibini incitməzdi. Hətta xanım Xədicədən (sə) sonra Peyğəmbərin (s) xanımlarından heç biri onu kimi Allah Rəsulunu (s) şad edə bilmədi.

Həzrət Xədicə (sə) hicrətdən 68 il öncə dünyaya göz açmışdır və həzrət Peyğəmbər (s) 25 yaşında ikən bu fədakar xanımla evlənmişdi. Məşhur nəzərə əsasən xanım Xədicə (s) evləndiyi zaman 40 yaşı var idi. Kişilər arasında həzrət Əli (ə), Peyğəmbərin (s) dəvətini qəbul edən ilk kişi oduğu kimi, həzrət Xədicə (sə) də qadınlar arasında ilk iman gətirən xanım idi.
Xanm Xədicə (s) ağıllı və uzaqgörən bir xanım idi. O İslamın qədəm açdığı ilk günlərində öz var dövləti və məqamı ilə İslamın inkişafına kömək etdi və elə bu şərafət ona yetər ki, Allahın Peyğəmbərinin (s) xidmətində canı və malı ilə durdu.
Nəhayət hicrətin 10-cu ili Ramazan ayının 10-da həzrət Əbu Talibin vəfatından bir qədər sonra xanım Xədicə (sə) də dünyasını dəyişdi. Həmin ili həzrət Peyğəmbər (s) hüzn ili adlandırdı. Allahın sonsuz salamı, rəhməti və bərəkəti olsun xanım Xədicəyə (sə). Əziz müsəlman bacı və qardaşlar, xanım Xədicənin (s) vəfatı yəni İslam ümmətinin hüzn və ağrılı günü münasibəti ilə

www.Rizvan.net saytının əməkdaşları adından öndə övladı həzrət mövla Sahibəz Zamana (əc), rəhbərimiz cənab Ayətullah Xameneiyə və siz əziz müsəlmanlara başsağlığı deyirik. Allah hamımızı xanım Xədicə (s) kimi İslama malımız və canımızla dayaq olanlardan qərar versin. Amin!

Həzrət Xədicə (sə) haqqında ətraflı məlumatları aşağıdakı məqalələrdən əldə edin!

XANIM XƏDİCƏNİ DAHA YAXŞI TANIYAQ

XANIM XƏDİCƏNİN (sə) İLK HƏYAT YOLDAŞI KİM İDİ?

 

Tags: SƏHABƏ, ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!