MƏHƏRRƏM AYININ BEŞİNCİ GÜNÜ

:

ƏHLİ-BEYTİN (Ə) AĞIR GÜNLƏRİ DAVAM EDİR VƏ ÇƏTİNLİKLƏR GETDİKCƏ DAHA DA ARTIR

Həmin gün bazar gününə təsadüf edirdi. Übeydullah bir kişini Şəbəs ibn Ribinin yanına göndərib onu saraya çağırdı.
Şəbəs ibn Ribi özünü xəstəliyə vurmuşdu və istəyirdi Übeydullah onu Kərbəlaya göndərməsin. Übeydullah ona bir məktub yazaraq bildirdi ki, Allahın Quranda buyurduğu şəxslərdən olmasın. Halbuki Allah onların haqqında belə buyurub: Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (onları) yalnız ələ salırıq» deyərlər. Sonra ona xatırladaraq bildirdi ki, əgər bizim əmrimizə itaət edir və bizimləsənsə gərək yanımızda hazır olasan. Şəbəs gecə ikən Übeydullahın yanına gəldi. Übeydullah ibn Ziyad da onu öz yanında oturdub dedi: Kərbəlaya gərək gedəsən. Şəbəs də qəbul edəndən sonra Übeydullah onu min nəfərdən ibarət süvari ilə Kərbəlaya yola saldı.
Sonra Übeydullah, Kufəlilərin Kərbalaya getmək üçün istifadə etdiyi Cisr körpüsündə Zəhr ibn Qeys adlı bir nəfəri təyin etdi ki, İmam Hüseynə (ə) köməyə getmək istəyənlərin qarşısını alsın.
Amir ibn Səlamə adında bir kişi İmam Hüseynə (ə) kömək üçün Kərbəlaya gedirdi körpüdən keçmək istəyəndə Zəhr ibn Qeys ona dedi: “Mən sənin hara getdiyindən xəbərdaram. Hüseynə (ə) kömək etmək istəyirsənsə, qayıt!”
Lakin Amir ibn Əbi Səlamə, Zəhr ibn Qeys və onun ordusuna həmlə edərək onların arasından keçdi və kimsə də onun dalıyca getməyə cürət etmədi. Amir özünü Kərbəlaya çatdırıb İmam Hüseynə (ə) qoşulub şəhadətin uca məqamına çatdı. O həmçinin İmam Əlinin (ə) də, sadiq səhabələrindən idi və dəfələrlə Həzrətin (ə) yanında müharibələrdə iştirak etmişdi.

 Kitabın adı: "Qessehaye Kərbəla"
Tərcümə edən: Rəsul Mahmudzadə 

Ardı var...

ALTINCI HİSSƏNİ BURADAN OXUYUN

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!