İKİ NURUN QOVUŞDUĞU GÜN

:

 Bağışlayan və mehriban Allahın adı ilə

Saf eşqin təzahürü və İki dənizin bir-birinə qovuşduğu gün, İmam Əli (ə) ilə Xanım Fatimeyi-Zəhranın (s.ə) izdivac günü münasibəti ilə, başda Zamanın İmamı (əc) olmaqla, bütün ailələri, xüsusən də müsəlman cütlükləri təbrik edirik.

Allah-təala Qurani-kərimdə Rəhman surəsi 19-cu ayəsində, iki dənizin bir-birinə qovuşduğuna işarə edir və Quranı-Kərimin Rəhman surəsi 20 və 22-ci ayələrində o iki dənizin bir-birini üstələmədiyi, onların batinindən inci və mirvari cəvahiratlarının çıxıdığını vurğulayır.

«مَرَجَ الْبَحْرَیْنِ یَلْتَقِیَانِ» «بَیْنَهُمَا بَرْزَخٌ لَّا یَبْغِیَانِ» «یَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ» 

Bir çox rəvayətlərdə və müxtəlif Quranı-kərim təfsirlərində buyrulmuşdur ki, ayədə buyurulan iki dənizdə məqsəd, İmam Əli (ə) və Xanım Zəhra (s.ə)-dır.Həmçinin o iki dəryadan inci və mirvarid çıxdığına işarə edilir və burada məqsəd isə İmam Həsən (ə) və İmam Hüseyn (ə)-dır.
Əziz İslam Peyğəmbəri (s) hər iki ayələnin təfsirində buyurur: "Bir birinə qovuşan iki dəniz". Bu ayədə Əli (ə) ilə Fatimə Zəhra (s.ə)-ya işarə olunmuşdur və daha sonra, Peyğəmbər (s) əlavə edərək buyurur: "O iki dəryanın qovuşması nəticəsində, inci və mirvarinin çıxmasın" da isə məqsəd, Həsən və Hüseyn (ə)-dirlər."Şəvahid Əl-Tənzil", C.2, Səh.209.

از پیامبر اکرم(ص):در باره آیه (مَرَجَ الْبَحْرَیْنِ یَلْتَقِیانِ ) چنین نقل شده است که منظور آیه على(ع) و فاطمه زهرا(س) است سپس مى افزاید، پیامبر اکرم(ص) فرمود: «منظور از (یَخْرُجُ مِنْهُمَا مِنْهُمَا اللُؤْلُؤُ وَالمَرْجانُ )، حسن و حسین است».

İmam Sadiq (ə) ayələrdə işarə olunan, "Bir-birinə qovuşan iki dənizin" təfsrində buyurur: "İmam Əli (ə) və Xanım Fatimə Zəhra (s.ə) dərin bir dəryadılar, "Əli (ə) ilə Fatime Zəhra (s.ə) dərin dərya olduqlarından dolayı, heç bir zaman bir-birlərini üstələməzlər (Məqam, əxlaq, ruhi və fikri bərabərlikəri vardır) və o iki dəryadan inci və mirvari dünyaya gəlməsində isə, İmam Həsən (ə) ilə İmam Hüseyn (ə)-dan digər bir şəxslərin olması qeyri mümkündür""Təfsire Qumi"

امام صادق ‏علیه‌السلام در تفسیر آیه «مرج البحرین یلتقیان» فرمود: «علىّ و فاطمة علیهما‌السلام بحران عمیقان، لایبغى احدهما على صاحبه، یخرج منهما اللؤلؤ و المرجان، الحسن و الحسین‏ علیهما‌السلام» على و فاطمه‏ علیهما‌السلام دو دریاى عمیق‏‌اند که هیچ‏یک بر دیگر تجاوز نمى‏‌کند و از این دو دریا، لؤلؤ و مرجانى چون حسن و حسین‏ علیهما‌السلام خارج مى‏‌شود.

Hər halda qeyd olunan ayələrdə, İmam Əli (ə) ilə həyat yoldaşı və övladlarına işarə olunaraq, onların əzəmtli fəzilətlərinə və misilsiz şənlərini bir daha insanlara çatdırdığından dolayı, onları Allahın əzəmət nişanələri, bərəkət mənbəyi, bütün elmlərin başlanğıc nöqtəsi, səxavət, bariz əxlaq nümunəsi və pak ismətin təzahürü olduqlarından dolayı, onları iki əzəmətli okeana bənzədir və onların övladlarını isə, zahiri və daxili gözəlliyin, elm, təqva, fəzilət, paklıq və ismətin onlarda cəm olmuş və dəryanın batinindən zahir olduqlarını vurğulayır.
İsalm dinində İmam Əli (ə) və övladlarından qeyriləri haqqda Allahın elçisinə (s) laiq canişin olmadığı buyurulub və təsüflər olsun ki, bir çoxları anlamaq istəməyirlər.
 İslam dinində hər bir müsəlman başqaları ilə bərabərdir və bir müsəlmanla ailə quran müsəlman qadın öz şənində olan kişi ilə həyat əhd-peymanı bağlayır. Amma ruhi, mənəvi və fikri nöqteyi-nəzərdən araşdırdıqda, qadınların çoxunun bəzi kişilərin və əksinə, tayı olmadığı aydın olur. Ali, insani və əxlaqi səciyyələrə, həmçinin dərin elmə, biliyə malik olan nəcib, şərafətli müsəlman kişilər ruhi və əxlaqi səciyyələrdə onlara tay, oxşar olan qadınlarla ailə qurmalıdırlar. Bu qanun yüksək əxlaqi fəzilətlərə, dərin düşüncəyə və biliyə malik olan ismətli və təqvalı qadınlara da aiddir. Evlənib ailə qurmaqda məqsəd, həyat boyu ruhi aramlıq, arxayınlıq, rahatlıq bu məsələyə riayət etmədən təmin olunmaz və bu səbəbdən dolayı həyat mühitinə bir növ əxlaqi uyğunluq, ruhi bərabərlik və cazibə hakim olmayınca qurulan ailə lazımi səviyyədə davam etdirilə bilməyəcəkdir. Bu deyilənləri nəzərə almaqla Peyğəmbər (s)-a xitab olunan ilahi kəlamın mahiyyəti aydın olar: "Əgər Əlini yaratmasaydım, yer üzündə sənin qızın Fatiməyə layiq bir adam tapılmazdı."

Aydındır ki, onun şəninə layiq olmaq məqam və ruhi cəhətdəndir.

Hazıirladı: Elçin Səfaquliyev

Mətni səsləndirdi: ELÇİN SAFQULİYEV
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), HƏZRƏT ZƏHRA (s), İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!