MÖVLUD GÜNÜN MÜBARƏK YA RƏSULƏLLAH!

:

Gecədir, göyün çıraqları sönüb. Məkkə dağlarının zirvəsində bir ulduz zahir olmaq üzrədir. Uzaqdan elə sevinc dolu hay-küy səsi gəlir, göydən yerə elə nur ələnir ki, əgər qəlbin gözü və canın qulağı olsa Firdovs cənnətində olanların yerə endiyi və onların səsində hay-küy yarandığını açıq-aşkar hiss edəcək.

Ey Cənnətin yeni mövludu! Sənin qürub etməyən əzəmətli heybətini tamaşa eməyə yığışmışıq. Səninlə olanda bütün şəkk-şübhə, qəm-qüssə aradan gedir və qara buludlar arxasında kim olursa olsun əgər ixlasla hərəkət edərsə o qara buludları gözəl bir göy qurşağına çevirəcək.
Ey “Məkarimul Əxlaq” (əxlaqi gözəlliklər) sahibi! Dərya dolu mərifətin sahibisən, sənin gəlməyinin şükrünü yerinə yetirmək üçün yer üzünü min dəfə də ləl-cəvahirat ilə zinətləndirsək bu şükrü yerinə yetirməmişik, yer üzündə olan bütün məscidlərin minarələrindən “Əşhədu ənnə Muhəmmədən Rəsulullah” səsini ucaltsaq yenə sənin bizim üçün etdiklərinin çox az bir hissəsini belə ödəyə bilməmişik.
Sən o kəssən ki, biz həmişə sənin adını çəkəndə belə deyirik: - Allahumməc`əl məhyayə məhya Muhəmmədin və Ali Muhəmməd – İlahi mənim yaşayışımı Muhəmməd və onun ailəsinin yaşayışı kimi qərar ver. Sən o kəssən ki, hər bir pak xislətli ananın arzusudur körpəsinin adı sənin adınla bir olsun, sən o kəssən ki, hər bir müsəlman həmişə sənin tək olmaq istəyir. Başım ucadır ki, sənin qədəmlərini öpməyə gəlmişəm.
Əllərimi göyə qaldırıb eşqin yanğısı ilə deyirəm: Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd.
Əziz və hörmətli oxucularımız. “Rizvan.net” saytının əməkdaşlarının adından hamınızı əziz Peyğəmbərimizin (s) və altıncı imamımız İmam Sadiqin (ə)  doğum günü münasibətilə ilk öncə İmam Zamanı (əc) sonra sizləri və bütün müsəlmanları səmimi qəlbdən təbrik edirik.

 

Mətni səsləndirdi: TURANƏ ALLAHVERDİYEVA
You must have the Adobe Flash Player installed to view this player.
 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!