HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-14

:

Cənab Ənəs ibn Muəqəl Əsbəhi
Əsbəhi düşmənə belə meydan oxuyurdu: "Mən Ənəs ibn Muəqələm - əlində bir qılınc tutan, meydanda başları yerindən qoparan bir qılınc - Hüseyni (ə) əzəmət və fəzilətlə müdafiə edir – Hüseyn (ə) o şəxsdir ki, bütün Ənbiyaların üstünü əziz İslam Peyğəmbərin (s) övladıdır". Cəsarətli bir döyüşdən sonra Ömər ibn Sədin qoşunundan 20 nəfərdən çoxunu öldürür. Sonra isə digər şəhid yoldaşlarına qoşulur.

Cənab Bəşir ibn Əmir Həzrəmi (Bəşir ibn Abdullah Həzəmi)
Bəşir ibn Əmir ərəb qəbilələrindən olan Kəndə tayfasına məxsus olub və Kufədəki bir çox camaat kimi Yəmən əsilli olmuş və İmam Əlinin (ə) səhabələrindən biri və ona tabe olan və o Həzrətə (ə) yaxşılığı ilə tanınırdı. Övladları da cəsarətli və igid şəxslər idilər və müharibə zamanı göstərdikləri igidlikləri ilə tanınırdılar. Bəşir Kərbəla hadisəsi zamanı Ömər Səədin qoşunu sıralarında idi. "Məhadən" (atəşkəs) zamanı, İmam Hüseyn (ə) Ömər Səd ilə danışıqlar apardığı bir vaxtda fürsətdən istifadə edərək İmam Hüseynin (ə) ordusuna qoşulur.
Müxtəlif tarixi qaynaqlarda nəql olunur ki, Kərbəla döyüşü zamanı ona oğlu Ömərin Rey sərhədində əsir götürüldüyü söyləndikdə, "Mən özümün və onun canının əvəzini canları xəlq edən Allahın öhdəsinə buraxıb, oğlumun əsir düşməsindən sonra yaşayacağımı istəmirəm" cavabını verir. Oğlunun tutulması xəbəri İmama (ə) yetişdikdən sonra, Həzrət (ə) Bəşirə xitab edərək buyurur: "Allah-Talanın rəhmətini qazanasan, beyətim sənin üzərindən götürülmüşdür, get oğlunun azadlığı üçün səy göstər". Bəşir dedi:" Ya əba Abdullah, səhranın vəhşi heyvanları məni diri-diri parçalayıb yesinlər, əgər səndən ayrılaramsa." İmam (ə) bu zaman ona bir neçə qənimət və min dinara başa gələn beş dəst paltar verdi ki, oğlu Məhəmmədi göndərib əsir düşən oğlunu azad etdirsin.
Bəzi tarixi mənbələrdə qeyd edilənlərə əsasən, Bəşir ilk hücum hadisəsi və Aşura günü günortadan qabaq İmam Hüseynin (ə) haqq yolunda şəhid olur. Bəşir  İmam Cavad (ə) tərəfindən salamlanmış və o Həzrət (ə) ziyarətnamədə "Salam olsun Bəşir ibn Həzrəmiyə" buyurmuşdur.
Cənab Bəkir ibn Həyy Teymi
Bəkir ibn Həyy Bəni-Teymi-Allah ibn Sələbə qəbiləsinə məxsus idi. Kərbəlaya Ömər ibn Sədin ordusu ilə birlikdə gəlmiş, lakin ordusunun İmam Hüseyn (ə) ilə müharibə edəcəyini gördükdə, İmamın ordusuna qoşulur. Aşura günü səhər saatlarında Şimr ibn zil-Cövşənin sol cinah tərəfdən İmamın (ə) qoşununa hücum etdiyi zaman, Bəkir ibn Həyy və Abdullah ibn Əmir və Hani ibn Sabit və İmamın (ə) digər səhabələri sərt müqavimət göstərir və nəticədə düşmən sıralarında olan bəziləri ölür və bəziləri yaralanır, qalanları isə geri çəkilməyə məcbur olur. Bu qarşıdurmada Bəkir ayaqlarını itirərək əsirliyə alınır və Aşura hadisəsindən sonra düşmənin işgəncələrindən sonra şəhid edilir.

Hazırladı: Elçin Səfaquliyev.

Tags: İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!