NƏHC-ül-BƏLAĞƏ- 57-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Nəhrəvan xəvaricinə) buyurduğu kəlamlarındandır.1
Üzünüzə çınqılları tərpədən küləklər (ölüm tufanı) əssin (İlahi əzaba tuş gəlin), sizlərdən xurma ağacını budayan (ya söz danışan, yaxud tərpənən) bir nəfər belə qalmasın.

(Xülasə, nəsliniz kəsilsin) Allaha iman gətirdikdən, Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birlikdə (döyüşlərdə) cihaddan sonra öz küfrümə, səhvimə şəhadət verim? Belə olan surətdə (öz səhvimi etiraf etməklə) yolumu azaraq, doğru yoldan kənara addım atmış olaram. Qədəm qoyduğunuz ən pis yoldan dönün. (Bu batil yolunuzdan geri dönərək bir daha bu çirkin sözləri dilinizə almayın) və öz ayağınızın yerinə qayıdın (tərk etdiyiniz yola qayıdın və haqqa itaət edin). Bilin ki, məndən az sonra böyük rəzillik və zillətlə üzləşəcək, iti (doğrayan) qılınca tuş gələcəksiniz. Mallarınızı zülmkarlar alaraq, özlərinə çıxacaq, bu işi sizlər arasında öz adətlərinə çevirəcəklər.2
(Seyid Rəzi buyurur:) Həzrətin buyurduğu وَلا بَقِىَ مِنْكُمْ آبِرٌ (və la bəqiyə minkum abirun) sözünü üç cür izah edirlər: Birinci, qeyd etdiyimiz kimi, آبِرٌ (abir) ərəb sözü olub xurma ağacını budayana (rəculun abir) رَجُلٌ آبِرٌ deyilir. İkinci ehtimala görə آثِرٌ (asir –  üç nöqtə “s” ilə) hədis deyən və ya söz danışan şəxs nəzərdə tutulur. Fikrimcə, bu daha düzgün ehtimaldır. Sanki Həzrət «sizlərdən danışan kimsə qalmasın» deyə buyurmuşdur. Üçüncüsü, آبِزٌ (abiz) sıçrayan mənasındadır. آبِزٌ həm də (halik)هالِكُ yəni, məhv olmuş mənasında da işlədilir.

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
(كلم به الخوارج حين اعتزلوا الحكومة و تنادوا: ألا حكم إلا للَّه)
 أَصَابَكُمْ حَاصِبٌ،وَ لاَ بَقِيَ مِنْكُمْ آبِرٌ. أَبَعْدَ إِيمَانِي بِاللَّهِ، وَ جِهَادِي مَعَ رَسُولِ اللَّهِصلى الله عليه وآله وسلم، أَشْهَدُ عَلَى نَفْسِي بِالْكُفْر! لَقَدْ ضَلَلْتُ إِذاً وَ مَا أَنَا مِنَ الْمُهْتَدِينَ! فَأُوبُوا شَرَّ مَآبٍ،وَ ارْجِعُوا عَلَى أَثَرِ الْأَعْقَابِ. أَمَا إِنَّكُمْ سَتَلْقَوْنَ بَعْدِي ذُلاَّ شَامِلاً، وَسَيْفَاً قَاطِعاً، وَ أَثَرَةً يَتَّخِذُهَا الظَّالِمُونَ فِيكُمْ سُنَّةً.

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

58-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Siffeyn döyüşü bitdikdən, hakim təyin etmək müqaviləsi və əhdnamə yazıldıqdan sonra, xəvaric o böyük şəxsiyyətdən uzaqlaşaraq, hər tərəfdən لا حُكْمَ إِلاّ لِلّهِ (yəni, Allahdan başqa qeyrisindən hökm yoxdur) qışqırdılar və dedilər: أَلْحُكْمُ لِلّهِ يا عَلِىُّ لا لَكَ (yəni, hökm, fərman vermək sənə aid deyil, ya Əli, Allaha aiddir. Allahın Müaviyə və tərəfdarları barədə hökmü isə budur ki, onlar fərmanımıza tabe olmalıdırlar. Biz «hakim təyin etmək» məsələsinə razı olmaqla səhvə yol verdik, öz səhvimizi başa düşdükdə tövbə edərək Allaha tərəf qayıtdıq. Sən də bizim kimi səhvinə görə tövbə edərək geri dön. Bəziləri isə deyirlər ki, «hakim təyin etmək» məsələsinə razılaşmaqla kafir olmusan. İndi öz küfrünə şəhadət verdikdən sonra tövbə et ki, sənə itaət edək. Həzrət də cavab olaraq bunları buyurmuşdur.

1. O böyük şəxsiyyətdən sonra, Məhləb ibn Əbu Sufər və başqa zülmkarlar tərəfindən törədilən qətl və qarətlərdən xəbər verilir.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!