MÜBARƏK RAMAZAN AYININ 18-Cİ GÜNÜ

:

18 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 254-cü günüdür.

  • Həzrət Davuda Zəburun nazil olması (İmam Sadiqdən (ə) rəvayətə əsasən)
  • 1 Besət: Qədr gecəsində Quranın nazil olması. (üç gecədə ehtimal olunan günlərdən biri)
  • H.q 1337: Qacarlar dövrünün şiə fəqihi Seyyid Mustafa Kaşaninin vəfatı.
  Ramazan ayının on səkkizinci gününün xüsusi əməlləri və duaları
Namaz
  • Dörd rükət namaz qılınmalıdır.(iki rəkət-iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra iyirmi beş dəfə Kövsər surəsi oxunmalıdır.
Günün duası
اَللّهُمَّ نَبِّهْنِی فِیهِ لِبَرَکاتِ أَسْحَارِهِ وَ نَوِّرْ فِیهِ قَلْبِی بِضِیاءِ أَنْوَارِهِ وَ خُذْ بِکلِّ أَعْضَائِی إِلَی اتِّبَاعِ آثَارِهِ بِنُورِک یا مُنَوِّرَ قُلُوبِ الْعَارِفِینَ

Duanın oxunuşu: Əllahummə nəbbihni fihi libərəkati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih, və xuz bikulli ə`zayi iləttibai asarih, binurikə ya munəvvirə qulubil arifin.

Duanın tərcüməsi: İlahi, Öz nurunla məni bu ayın səhərlərinin bərəkətlərindən agah et, bu gün qəlbimi həmin ayın nuru ilə işıqlandır və bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə məmur et, ey qəlbləri nurlandıran Allah!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.1

  1. http://lib.eshia.ir/71423/1/308

Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə

Tags: DUA, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!