NÜDBƏ DUASI - II hissə

:

Hər bir eyb və nöqsandan pakdır bizim Rəbbimiz! Şübhəsiz ki, Onun vədləri hökmən yerinə yetiriləcək və Allah heç vaxt Öz vədəsinin əksinə çıxmaz. O, Əziz (izzət, şövkət sahibi) və Həkimdir (hikmət sahibi).

Həzrət Mühəmmədin (s) pak və məsum Əhli-beytinə (s) gərək bütün ağlayanlar ağlasın, bütün ahü-fəqan edənlər yalnız onların halına ahü-fəğan etsinlər. Yalnız onlar kimilərə gərək gözlər yaşı axıtsın, bütün şivən edənlər şivən etsin, bütün nalə edənlər nalə etsinlər, ürəkləri yananlar onların halından ürək yanğısı keçirsinlər. Haradadır Həsən? Haradadır Hüseyn? Haradadır Hüseynin oğlanları? Salehdən sonrakı Saleh, Sadiqdən sonrakı Sadiq haradadır? Düz yoldan sonrakı yol haradadır?

Yaxşı insanlardan sonrakı yaxşı insanlar haradadır? Nur saçan günəşlər haradadır? Nur yayan (verən) aylar haradadır? Haradadır parlaq ulduzlar? Haradadır dinin nişanələri, elmin sutunları? Haradadır Allahın yer üzündə saxladığı «Bəqiyyətullah» (imam Zaman), elə bir şəxs ki, Peyğəmbərin pak Əhli-beytindən kənarda deyil. 

Haradadır zülmkarın kökünü kəsmək üçün saxlanmış şəxs? Haradadır əyrilikləri, nadürüstləri düzəltmək üçün intizarı çəkilən şəxs? Haradadır zülm və düşmənliyi məhv etmək üçün ümid olunan şəxs? Haradadır fərizə və sünnələri yeniləşdirmək üçün ehtiyat edilmiş şəxs? Haradadır din və şəriətin əslinə qaytarmaq üçün ixtiyar verilmiş şəxs? Haradadır Allahın kitabı və Onun həd-hüdudunu diriltmək üçün arzu olunan şəxs? Haradadır din və din əhlinin nişanələrini dirildən şəxs? Haradadır həddini aşanların izzət və şövkətini tar-mar edən? Haradadır şirk və nifaqın bünövrələrini sarsıdıb məhv edən şəxs? Haradadır fisq, üsyan, tüğyan əhlini həlak edən şəxs? Haradadır azğınlıq və ixtilaf şaxələrini kəsən? Haradadır həvayi-nəfsə pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən? Haradadır yalan, iftira zəncirlərini kəsib doğrayan? Haradadır təkəbbürləri, inadkarları məhv edən? Haradadır inad edib zəlalətə salanların və küfr əhlinin kökünü kəsən? Haradadır Allah övliyalarına izzət bəxş edib düşmənlərini zəlil edən? Haradadır təqva kəlmələrini toplayıb cəm edən? Haradadır nemətlərin əta olunduğu Allah qapısı? Haradadır Allah övliyalarının üz çevirdikləri Allah vəchi (vasitəsi)? Haradadır yerlə səma arasındakı əlaqə səbəbi? Haradadır fəth gününün sahibi və hidayət bayrağını yayan? Haradadır peyğəmbərlər və onların övladlarının intiqamını alan? Haradadır Kərbəlada qətlə yetirilənin qanının intiqamını alan? Haradadır o kəs ki, hər kəs ona qarşı çıxsa və iftira desə məğlub olar? Haradadır o müztər (möhtac, naəlac) kəs ki, dua etdiyi halda qəbul olunar? Haradadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi? Haradadır Peyğəmbəri-Mustafanın, Əliyyi-Mürtəzanın, alnı açıq Xədicənin, Fatimeyi-Kübranın oğlu? Atam-anam və özüm sənə fəda, sənə gələn bəlalara sipər olaq. Ey (Allah dərgahına) müqərrəb olan sərvərlərin övladı! Ey (Allah yanında) kəramətli və əziz olan nəciblərin övladı! (Allah tərəfindən) hidayət olunan, yol göstərən rəhbərlərin oğlu, nəfslərini saflaşdırmış (mühəzzəb) xeyirxah insanların övladı? Haradadır ən nəcabətli, səxavətli (kərim)lərin oğlu? Ey mütəhhər, pak-pakizə insanların oğlu! Ey parlaq ayların oğlu! Ey nur saçan çıraqların oğlu! Ey nur saçan səma cismlərinin oğlu! Ey nur verən ulduzların oğlu! Ey aşkar yolların oğlu! Ey aşkar ələmlərin (bayraqların) oğlu? Ey kamil elmlərin oğlu! Ey məşhur sünnə və qayda-qanunların oğlu! Ey zikr olunmuş iman nişanələrinin oğlu! Ey mövcud möcüzələrin oğlu! Ey məşhud dəlillərin oğlu! Ey sirati-müstəqimin oğlu! Ey nəbəil-əzim (böyük xəbər)in oğlu! Ey uca və hikmətli Allah yanında olan “Ümmül-kitab“dakı şəxsin oğlu! Ey ayə və dəlillərin oğlu! Ey aşkar və qalib dəlillərin oğlu! Ey aşkar və qalib bürhanların oğlu! Ey Allahın (xalqa) çatdırılmış höccətlərinin oğlu! Ey Allahın tamamlanmış nemətlərinin oğlu! Ey Taha və «möhkəm ayələri»nin oğlu! Ey Yasin və Zariyatın oğlu! Ey Tur və Adiyatın oğlu! Ey (meracda) Allahın hüzuruna iki ox məsafəsi, yaxud ondan da yaxın məsafəyə qədər yaxınlaşan şəxsin oğlu! Elə bir yaxınlıq ki, Əliyy (uca məqamlı) və Əla (ən uca məqamlı) şəxsin tərəfindən idi. Kaş biləydim ki, harada qəlblər sənin zühurunla aram olacaq! Sən harada məskunlaşmısan? ”Rizvan” (Allahın Behiştində) bir məkandasanmı, yoxsa ayrı yerdə? Yaxud Zi-tuvada məskunlaşmısan? Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma səni görnməyəm və sənin mənə həzin səsin və gizli pıçıltın çatmasın! Mənə çox çətindir ki, mən salamat olduğum halda səni bəlalar (imtahanlar) əhatə etsin və mənim ahü-naləm, şikayətim sənə çatmasın! Canım sənə fəda olsun, sən elə bir gizli həqiqətsən ki, bizdən uzaqda deyilsən!. Canım fəda olsun sənə ey bizdən ayrı olmayan şəxs, həqiqətən də bizdən ayrı deyilsən! Canım fəda olsun sənə, sən mömin və möminələrin arzuladığı şəxssən! Onlar səni yad edib ahu-fəğan edirlər. Canım fəda olsun sənə, sən misli-bərabəri olmayan izzət sahibisən! Canım sənə fəda olsun, misli olmayan əzəmət və alicənablıq sahibisən!Canım fəda olsun sənə, sən Allahin xalis və misilsiz nemətlərindənsən ki, həç nə o nemətlərə çatmaz.! Canım fəda olsun sənə ey o kəs ki, başında şərafət əmmaməsi var və onun tayı-bərabəri yoxdur! Nə vaxta qədər səni axtarmaqda sərgərdan qalacağam, ey mənim mövlam? Və nə vaxta qədər və hansı sözlərlə, münaciatla səni vəsv edim? Mənə çox çətindir ki, sənsiz mənə cavab verilsin və mənə xoş sözlər deyilsin, mənə çox çətindir ki, mən sənin (hicranın) üçün ağlayım, başqaları isə səni tərk etsinlər. Mənə çətindir ki, cərəyan edən hadisələr (uzun müddətli qeybət) sənin üçün baş versin. Bir şəxs varmı mənə ahu-nalə edib ağlamaq səsimi ucaldmağa köməkçi olsun? Bir ahu-nalə edən, fəryad qoparan varmı ki, gizlində onun ahu-fəryadından qüvvə alam? (Qan) Ağlayan göz varmı ki, mənim gözlərim də ona kömək edib zar-zar ağlasın? Ey Əhmədin (yəni Peyğəmbərin (s)) oğlu, görəsən səninlə görüşmək üçün bir yol varmı? Görəsən bir sabah günümüz sənin gününlə birləşəcək və biz səndən bəhrələncəyikmi? Nə vaxt sənin rəhmət çeşmənə (çaylarına) daxil olub sirab olacağıq? Nə vaxt sənin saf və dadlı suyundan (yəni zühurundan faydalanacayıq) içəcəyik? Halbuki, sədamız uzun-uzadı oldu? Nə vaxt olacaq ki, sübh-axşam sənin yanında olacağıq və gözlərimizin yaşı quruyacaq (şad olacağıq).? Nə vaxt sən bizi görəcək və biz də səni görəcəyik? Bir halda ki, sən aşkar görünən bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımların canına qəsd edəcəksən və yer üzünü ədalətlə doldurub, öz düşmənlərinə xarlıq və zilləti dadızdırıb cəzalandıracaqsan? Haqqa təcavüz edənləri, haqq-qarşısında inadkarlıq edənləri və haqqı inkar edənləri həlak edəcəksən? Təkəbbürlü şəxslərin kökünü kəsəcəksən? Zalımların kökünü kəsəcəksən və biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükr olsun. İlahi!, Sən bəlaları, müsibətləri aradan qaldıransan, mən Səndən qəlbimin fəryadına yetməyini istəyirəm, çünki Sən fəryadlara yetişənsən və Sən dünya və axirətin Allahısan! Yalnız Səndən kömək istəyirəm, kömək də yalnız Sənin yanındadır, Onda imtahan olunmuş (bəlalara mübtəla olmuş) bəndənin fəryadına çat! Ey fəryad edənlərin dadına çatan! Ona öz ağasını (aşkar et) göstər! Ey böyük qüdrət və əzəmət sahibi və o həzrətin səbəbi ilə o bəndəndən qəm-qüssəni, kədəri apar və ürək yanğısını sərinləşdir!. Ey ərşə hakim kəsilən! Ey Ona tərəf qayıdacağımız şəxs və Ey (arzularımızın) Ona tərəf olduğu şəxs! İlahi, biz Sənin və Sənin Peyğəmbərini yad edən vəli (imam) və dostunu arzulayan bəndələrik! Sən o vəlini bizə keşikçi və pənahgah yaratdın, onu bizdən olan möminlər üçün imam qərar verdin, belə isə bizdən ona salam göndər. Ey Rəbbim! Onun səbəbi ilə bizə Öz kərəmini artır, onun qərar tutduğu yeri bizim üçün qərar tutulan yer və iqamətgah qərar ver! Onu bizə təqdim etməklə Öz nemətlərini tamamla, ta ki bizi Öz cənnətlərinə daxil edib xalis bəndələrindən olan şəhidlərlə yoldaş edəsən!

İlahi, Peyğəmbərə və onun Əhli-beytinə salavat göndər və salavat göndər imam Zamanın (ə) cəddi və Sənin Rəsulun Mühəmmədə – ən böyük ağamıza və onun (imam Zamanın) atası (Peyğəmbərdən) kiçik olan ağamıza (həzrət Əliyə), nənəsi Siddiqeyi-Kubraya – Fatimə bint Mühəmmədə və onun çox xeyirxah və doğruçu atalarından (sair məsum imamlardan) olan seçdiyin şəxslərə və onun özünə salavat göndər! Özün üçün seçdiyin şəxslərə və bəndələrindən olan xeyirxah insanlara salavatların ən fəzilətlisi, ən kamili, ən tamı, ən davamlısı və ən çoxunu onlar üçün göndər və o həzrətə sayı üçün bir son, ardı üçün bir nəhayət, müddəti üçün bir yoxluq olmayan bir salavat göndər!

İlahi, onun vasitəsi ilə haqqı bərqarar edib batili məhv et! Öz övliyalarını onun vasitəsi ilə qalib, düşmənlərini isə zəlil et və bizimilə onun arasında vüsal bərqarar et! Elə bir vüsal ki, bizi onun sələfləri (imamlar və peyğəmbərlər) ilə yoldaş olmağa aparıb çıxarsın!. Və bizi onun kəmərindən yapışıb onun kölgəsində qərar tutanlardan et! Onun haqlarını onun özünə qaytarmaqda bizə kömək et! Ona itaət etməkdə, çətinlikdə, ona asi olmamaqda bizə kömək et!. Onun bizdən razı olması ilə bizə minnət qoy! Onun mehribanlığını, rəhmətini, dua və xeyir-bərəkətini bizə əta et! Belə ki, biz onun səbəbinə sənin rəhmətinin genişliyinə və səadətə çataq! Namazlarımızı onun xatirinə məqbul, günahlarımızı onun xatirinə əfv et, dualarımızı onun xatirinə müstəcab olunmuş qərar ver! Ruzilərimizi onun xatirinə bol və firavan, qəm-qüssələrimizi onun xatirinə kifayət olunmuş, ehtiyaclarımızı onun xatirinə təmin olunmuş qərar ver! Öz kərim və rəhim (sifətinlə) vəchinlə bizə doğru nəzər et! Sənə doğru təvəssül və yaxınlaşmaq (niyyətimizi) qəbul et! Bizə nəzər et, rəhmət nəzəri ilə! Belə ki, O rəhmət səbəbi ilə Sənin yanından olan (gələn) kəraməti kamil surətdə əldə edək, sonra da o rəhməti Öz ehsanınla heç vaxt bizdən başqa tərəfə çevirmə (bizdən alma)! Onun cəddinin (s) (kövsər) hovuzunda bizi o həzrətin camı və mübarək əli ilə sirab et! O dadlı və şəffaf su ilə elə sirab et ki, ondan sonra heç vaxt susamayaq, ey rəhm edənlərin ən rəhimlisi!

 

You must have the Adobe Flash Player installed to view this player.

دعاء ندبة

اِذْ كانَتِ الاْرْضُ للهِ يُورِثُها مَنْ يَشاءُ مِنْ عِبادِهِ وَالْعاقِبَةُ لِلْمُتَّقينَ، وَسُبْحانَ رَبِّنا اِنْ كانَ وَعْدُ رَبِّنا لَمَفْعُولاً، وَلَنْ يُخْلِفَ اللهُ وَعْدَهُ وَهُوَ الْعَزيزُ الْحَكيمُ، فَعَلَى الاْطائِبِ مِنْ اَهْلِ بَيْتِ مُحَمَّدٍ وَعَلِيٍّ صَلَّى اللهُ عَلَيْهِما وَآلِهِما فَلْيَبْكِ الْباكُونَ، وَاِيّاهُمْ فَلْيَنْدُبِ النّادِبُونَ، وَلِمِثْلِهِمْ فَلْتَذْرِفِ (فَلْتًدرِ) الدُّمُوعُ، وَلْيَصْرُخِ الصّارِخُونَ، وَيَضِجَّ الضّاجُّونَ، وَيَعِـجَّ الْعاجُّوَن، اَيْنَ الْحَسَنُ اَيْنَ الْحُسَيْنُ اَيْنَ اَبْناءُ الْحُسَيْنِ، صالِحٌ بَعْدَ صالِـحٍ، وَصادِقٌ بَعْدَ صادِقٍ، اَيْنَ السَّبيلُ بَعْدَ السَّبيلِ، اَيْنَ الْخِيَرَةُ بَعْدَ الْخِيَرَةِ، اَيْنَ الشُّمُوسُ الطّالِعَةُ، اَيْنَ الاْقْمارُ الْمُنيرَةُ، اَيْنَ الاْنْجُمُ الزّاهِرَةُ، اَيْنَ اَعْلامُ الدّينِ وَقَواعِدُ الْعِلْمِ، اَيْنَ بَقِيَّةُ اللهِ الَّتي لا تَخْلُو مِنَ الْعِتْرَةِ الْهادِيـَةِ، اَيـْنَ الـْمُعَدُّ لِـقَطْعِ دابِرِ الظَّلَمَةِ، اَيْنَ الْمُنْتَظَرُ لاِِقامَةِ الاْمْتِ وَاْلعِوَجِ، اَيْنَ الْمُرْتَجى لاِزالَةِ الْجَوْرِ وَالْعُدْوانِ، اَيْنَ الْمُدَّخَرُ لِتَجْديدِ الْفَرآئِضِ و َالسُّنَنِ، اَيْنَ الْمُتَخَيَّرُ لاِعادَةِ الْمِلَّةِ وَالشَّريعَةِ، اَيْنَ الْمُؤَمَّلُ لاِِحْياءِ الْكِتابِ وَحُدُودِهِ، اَيْنَ مُحْيي مَعالِمِ الدّينِ وَاَهْلِهِ، اَيْنَ قاصِمُ شَوْكَةِ الْمُعْتَدينَ، اَيْنَ هادِمُ اَبْنِيَةِ الشِّرْكِ وَالنِّفاقِ، اَيْنَ مُبيدُ اَهْلِ الْفُسُوقِ وَالْعِصْيانِ وَالطُّغْيانِ، اَيْنَ حاصِدُ فُرُوعِ الْغَيِّ وَالشِّقاقِ (النِفاقِ)، اَيْنَ طامِسُ آثارِ الزَّيْغِ وَالاْهْواء،ِ اَيْنَ قاطِعُ حَبائِلِ الْكِذْبِ (الكَذِبِ) وَالاِْفْتِراءِ، اَيْنَ مُبيدُ الْعُتاةِ وَالْمَرَدَةِ، اَيْنَ مُسْتَأصِلُ اَهْلِ الْعِنادِ وَالتَّضْليلِ وَالاِْلْحادِ، اَيْنَ مُـعِزُّ الاْوْلِياءِ وَمُذِلُّ الاْعْداءِ، اَيْنَ جامِعُ الْكَلِمَةِ (الكَلِمِ)عَلَى التَّقْوى، اَيْنَ بابُ اللهِ الَّذى مِنْهُ يُؤْتى، اَيْنَ وَجْهُ اللهِ الَّذى اِلَيْهِ يَتَوَجَّهُ الاْوْلِياءُ، اَيْنَ السَّبَبُ الْمُتَّصِلُ بَيْنَ الاْرْضِ وَالسَّماءِ، اَيْنَ صاحِبُ يَوْمِ الْفَتْحِ وَناشِرُ رايَةِ الْهُدى، اَيْنَ مُؤَلِّفُ شَمْلِ الصَّلاحِ وَالرِّضا، اَيْنَ الطّالِبُ بِذُحُولِ الاْنْبِياءِ وَاَبْناءِ الاْنْبِياءِ، اَيْنَ الطّالِبُ (المُطالِبُ) بِدَمِ الْمَقْتُولِ بِكَرْبَلاءَ، اَيْنَ الْمَنْصُورُ عَلى مَنِ اعْتَدى عَلَيْهِ وَافْتَرى، اَيْنَ الْمُضْطَرُّ الَّذي يُجابُ اِذا دَعا اَيْنَ صَدْرُ الْخَلائِقِ ذُوالْبِرِّ وَالتَّقْوى، اَيْنَ ابْنُ النَّبِىِّ الْمُصْطَفى، وَابْنُ عَلِيٍّ الْمُرْتَضى، وَابْنُ خَديجَةَ الْغَرّآءِ، وَابْنُ فاطِمَةَ الْكُبْرى، بِاَبي اَنْتَ وَاُمّي وَنَفْسي لَكَ الْوِقاءُ وَالْحِمى، يَا بْنَ السّادَةِ الْمُقَرَّبينَ، يَا بْنَ النُّجَباءِ الاْكْرَمينَ، يَا بْنَ الْهُداةِ الْمَهْدِيّينَ (المُهْتَدينَ)، يَا بْنَ الْخِيَرَةِ الْمُهَذَّبينَ، يَا بْنَ الْغَطارِفَةِ الاْنْجَبينَ، يَا بْنَ الاْطائِبِ الْمُطَهَّرينَ (المُتَطَهْريِنَ)، يَا بْنَ الْخَضارِمَةِ الْمُنْتَجَبينَ، يَا بْنَ الْقَماقِمَةِ الاْكْرَمينَ (الأكْبَرينَ)، يَا بْنَ الْبُدُورِ الْمُنيرَةِ، يَا بْنَ السُّرُجِ الْمُضيئَةِ، يَا بْنَ الشُّهُبِ الثّاقِبَةِ، يَا بْنَ الاْنْجُمِ الزّاهِرَةِ، يَا بْنَ السُّبُلِ الْواضِحَةِ، يَا بْنَ الاْعْلامِ الّلائِحَةِ، يَا بْنَ الْعُلُومِ الْكامِلَةِ، يَا بْنَ السُّنَنِ الْمَشْهُورَةِ، يَا بْنَ الْمَعالِمِ الْمَأثُورَةِ، يَا بْنَ الْمُعْجِزاتِ الْمَوْجُودَةِ، يَا بْنَ الدَّلائِلِ الْمَشْهُودَةِ (المَشْهُورَةِ)، يَا بْنَ الصـِّراطِ الْمُسْتَقيمِ، يَا بْنَ النَّبَأِ الْعَظيمِ، يَا بْنَ مَنْ هُوَ في اُمِّ الْكِتابِ لَدَى اللهِ عَلِيٌّ حَكيمٌ، يَا بْنَ الآياتِ وَالْبَيِّناتِ، يَا بْنَ الدَّلائِلِ الظّاهِراتِ، يَا بْنَ الْبَراهينِ الْواضِحاتِ الْباهِراتِ، يَا بْنَ الْحُجَجِ الْبالِغاتِ، يَا بْنَ النِّعَمِ السّابِغاتِ، يَا بْنَ طه وَالْـمُحْكَماتِ، يَا بْنَ يس وَالذّارِياتِ، يَا بْنَ الطُّورِ وَالْعادِياتِ، يَا بْنَ مَنْ دَنا فَتَدَلّى فَكانَ قابَ قَوْسَيْنِ اَوْ اَدْنى دُنُوّاً وَاقْتِراباً مِنَ الْعَلِيِّ الاْعْلى، لَيْتَ شِعْري اَيْنَ اسْتَقَرَّتْ بِكَ النَّوى، بَلْ اَيُّ اَرْض تُقِلُّكَ اَوْ ثَرى، اَبِرَضْوى اَوْ غَيْرِها اَمْ ذي طُوى، عَزيزٌ عَلَيَّ اَنْ اَرَى الْخَلْقَ وَلا تُرى وَلا اَسْمَعُ لَكَ حَسيساً وَلا نَجْوى، عَزيزٌ عَلَيَّ اَنْ (لا تُحِيطَ بِيَ دُونكَ) تُحيطَ بِكَ دُونِيَ الْبَلْوى وَلا يَنالُكَ مِنّي ضَجيجٌ وَلا شَكْوى، بِنَفْسي اَنْتَ مِنْ مُغَيَّبٍ لَمْ يَخْلُ مِنّا، بِنَفْسي اَنْتَ مِنْ نازِحٍ ما نَزَحَ (يَنْزِحُ) عَنّا، بِنَفْسي اَنْتَ اُمْنِيَّةُ شائِقٍ يَتَمَنّى، مِنْ مُؤْمِن وَمُؤْمِنَةٍ ذَكَرا فَحَنّا، بِنَفْسي اَنْتَ مِنْ عَقيدِ عِزٍّ لايُسامى، بِنَفْسي اَنْتَ مِنْ اَثيلِ مَجْدٍ لا يُجارى، بِنَفْسي اَنْتَ مِنْ تِلادِ نِعَمٍ لا تُضاهى، بِنَفْسي اَنْتَ مِنْ نَصيفِ شَرَف لا يُساوى، اِلى مَتى اَحارُ فيكَ يا مَوْلايَ وَاِلى مَتي، وَاَىَّ خِطابٍ اَصِفُ فيكَ وَاَيَّ نَجْوى، عَزيزٌ عَلَيَّ اَنْ اُجابَ دُونَكَ وَاُناغى، عَزيزٌ عَلَيَّ اَنْ اَبْكِيَكَ وَيَخْذُلَكَ الْوَرى، عَزيزٌ عَلَيَّ اَنْ يَجْرِيَ عَلَيْكَ دُونَهُمْ ما جَرى، هَلْ مِنْ مُعينٍ فَاُطيلَ مَعَهُ الْعَويلَ وَالْبُكاءَ، هَلْ مِنْ جَزُوعٍ فَاُساعِدَ جَزَعَهُ اِذا خَلا، هَلْ قَذِيَتْ عَيْنٌ فَساعَدَتْها عَيْني عَلَى الْقَذى، هَلْ اِلَيْكَ يَا بْنَ اَحْمَدَ سَبيلٌ فَتُلْقى، هَلْ يَتَّصِلُ يَوْمُنا مِنْكَ بِعِدَةٍ فَنَحْظى، مَتى نَرِدُ مَناهِلَكَ الرَّوِيَّةَ فَنَرْوى، مَتى نَنْتَقِعُ مِنْ عَذْبِ مائِكَ فَقَدْ طالَ الصَّدى، مَتى نُغاديكَ وَنُراوِحُكَ فَنُقِرَّ عَيْناً (فَتَقُرُ عًيًوننا)، مَتى تَرانا وَنَراكَ وَقَدْ نَشَرْتَ لِواءَ النَّصْرِ تُرى، اَتَرانا نَحُفُّ بِكَ وَاَنْتَ تَاُمُّ الْمَلاَ وَقَدْ مَلأْتَ الاْرْضَ عَدْلاً وَاَذَقْتَ اَعْداءَكَ هَواناً وَعِقاباً، وَاَبَرْتَ الْعُتاةَ وَجَحَدَةَ الْحَقِّ، وَقَطَعْتَ دابِرَ الْمُتَكَبِّرينَ، وَاجْتَثَثْتَ اُصُولَ الظّالِمينَ، وَنَحْنُ نَقُولُ الْحَمْدُ للهِ رَبِّ الْعالَمينَ، اَللّـهُمَّ اَنْتَ كَشّافُ ْالكُرَبِ وَالْبَلْوى، وَاِلَيْكَ اَسْتَعْدى فَعِنْدَكَ الْعَدْوى، وَاَنْتَ رَبُّ الاْخِرَةِ وَالدُّنْيا (الاُولی)، فَاَغِثْ يا غِياثَ الْمُسْتَغيثينَ عُبَيْدَكَ الْمُبْتَلى، وَاَرِهِ سَيِّدَهُ يا شَديدَ الْقُوى، وَاَزِلْ عَنْهُ بِهِ الاْسى وَالْجَوى، وَبَرِّدْ غَليلَهُ يا مَنْ عَلَى الْعَرْشِ اسْتَوى، وَمَنْ اِلَيْهِ الرُّجْعى وَالْمُنْتَهى، اَللّـهُمَّ وَنَحْنُ عَبيدُكَ التّائِقُونَ (الشائقون) اِلى وَلِيِّكَ الْمُذَكِّرِ بِكَ وَبِنَبِيِّكَ، خَلَقْتَهُ لَنا عِصْمَةً وَمَلاذاً، وَاَقَمْتَهُ لَنا قِواماً وَمَعاذاً، وَجَعَلْتَهُ لِلْمُؤْمِنينَ مِنّا اِماماً، فَبَلِّغْهُ مِنّا تَحِيَّةً وَسَلاماً، وَزِدْنا بِذلِكَ يارَبِّ اِكْراماً، وَاجْعَلْ مُسْتَقَرَّهُ لَنا مُسْتَقَرّاً وَمُقاماً، وَاَتْمِمْ نِعْمَتَكَ بِتَقْديمِكَ اِيّاهُ اَمامَنا حَتّى تُورِدَنا جِنانَكَ (جَنّاتِكَ) وَمُرافَقَةَ الشُّهَداءِ مِنْ خُلَصائِكَ، اَللّـهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَصَلِّ عَلى مُحَمَّدٍ جَدِّهِ وَرَسُولِكَ السَّيِّدِ الاَكْبَرِ، وَعَلى اَبيهِ السَّيِّدِ الاَصْغَرِ، وَجَدَّتِهِ الصِّدّيقَةِ الْكُبْرى فاطِمَةَ بِنْتِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ، وَعَلى مَنِ اصْطَفَيْتَ مِنْ آبائِهِ الْبَرَرَةِ، وَعَلَيْهِ اَفْضَلَ وَاَكْمَلَ وَاَتَمَّ وَاَدْوَمَ وَاَكْثَرَ وَاَوْفَرَ ما صَلَّيْتَ عَلى اَحَدٍ مِنْ اَصْفِيائِكَ وَخِيَرَتِكَ مِنْ خَلْقِكَ، وَصَلِّ عَلَيْهِ صَلاةً لا غايَةَ لِعَدَدِها وَلا نِهايَةَ لِمَدَدِها وَلا نَفادَ لاَِمَدِها، اَللّـهُمَّ وَاَقِمْ بِهِ الْحَقَّ وَاَدْحِضْ بِهِ الْباطِلَ وَاَدِلْ بِهِ اَوْلِياءَكَ وَاَذْلِلْ بِهِ اَعْداءَكَ وَصِلِ اللّهُمَّ بَيْنَنا وَبَيْنَهُ وُصْلَةً تُؤَدّى اِلى مُرافَقَةِ سَلَفِهِ، وَاجْعَلْنا مِمَّنْ يَأخُذُ بِحُجْزَتِهِمْ، وَيَمْكُثُ في ظِلِّهِمْ، وَاَعِنّا عَلى تَأدِيَةِ حُقُوقِهِ اِلَيْهِ، وَالاْجْتِهادِ في طاعَتِهِ، وَاجْتِنابِ مَعْصِيَتِهِ، وَامْنُنْ عَلَيْنا بِرِضاهُ، وَهَبْ لَنا رَأَفَتَهُ وَرَحْمَتَهُ وَدُعاءَهُ وَخَيْرَهُ مانَنالُ بِهِ سَعَةً مِنْ رَحْمَتِكَ وَفَوْزاً عِنْدَكَ، وَاجْعَلْ صَلاتَنا بِهِ مَقبُولَةً، وَذُنُوبَنا بِهِ مَغْفُورَةً، وَدُعاءَنا بِهِ مُسْتَجاباً وَاجْعَلْ اَرْزاقَنا بِهِ مَبْسُوطَةً، وَهُمُومَنا بِهِ مَكْفِيَّةً، وَحَوآئِجَنا بِهِ مَقْضِيَّةً، وَاَقْبِلْ اِلَيْنا بِوَجْهِكَ الْكَريمِ وَاقْبَلْ تَقَرُّبَنا اِلَيْكَ، وَانْظُرْ اِلَيْنا نَظْرَةً رَحيمَةً نَسْتَكْمِلُ بِهَا الْكَرامَةَ عِنْدَكَ، ثُمَّ لا تَصْرِفْها عَنّا بِجُودِكَ، وَاسْقِنا مِنْ حَوْضِ جَدِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ بِكَأسِهِ وَبِيَدِهِ رَيّاً رَوِيّاً هَنيئاً سائِغاً لا ظَمَاَ بَعْدَهُ يا اَرْحَمَ الرّاحِمينَ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!