SƏHƏR DUASI

:

İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib, Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir.

İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin cəmalının ən gözəl dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin cəmalının bütün dərəcələri gözəldir! İlahi, Sənin cəlalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin cəlalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin cəlalının bütün dərəcələri alidir! İlahi, Sənin cəlalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin əzəmətinin ən böyük dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin əzəmətinin bütün dərəcələri böyükdür! İlahi, Sənin əzəmətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin nurunun ən nurlu dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin rəhmətinin bütün dərəcələri genişdir! İlahi, Sənin rəhmətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin kəlamlarının ən bitkinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün kəlamların bitkindir! İlahi, Sənin kəlamlarının bütün dərəcələrinə and verib Səndən istəyirəm! İlahi, Sənin kamalının ən yüksək dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin kamalının bütün dərəcələri yüksəkdir! İlahi, Sənin kamalının bütün dərəcələrinə and verib Səndən istəyirəm! İlahi, Sənin ən böyük adına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün adların böyükdür! İlahi, Sənin bütün adlarının haqqında and verib Səndən istəyirəm! İlahi, Sənin izzətinin ən yüksək dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin izzətinin bütün dərəcələri yüksəkdir! İlahi, Sənin izzətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin məşiyyətinin ən nüfuzlu dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin məşiyyətinin bütün dərəcələri nüfuzludur! İlahi Sənin məşiyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin hər bir şeyə hakim olan yenilməz qüdrətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin qüdrətinin bütün dərəcələri hər bir şeyə hakimdir! İlahi, Sənin qüdrətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin elminin ən təsirli dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin elminin bütün dərəcələri təsirlidir! İlahi, Sənin elminin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən bəyənilən sözünün haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün sözlərin bəyəniləndir! İlahi, Sənin bütün sözlərinin haqqına and verib Səndən istəyirəm! İlahi, qəbul etdiyin ən sevimli hacətin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin qəbul etdiyin bütün hacətlər sevimlidir! İlahi, Sənin qəbul etdiyin bütün hacətlərin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin şərafətinin ən şərəfli dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin şərafətinin bütün dərəcələri şərəflidir! İlahi, Sənin şərafətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən əbədi səltənətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün səltənətinin əbədidir! İlahi Sənin bütün səltənətinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin mülkünün ən qiymətli dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin mülkünün bütün dərəcələri qiymətlidir! İlahi, Sənin mülkünün bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ucalığının ən yüksək dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin ucalığının bütün dərəcələri yüksəkdir! İlahi, Sənin ucalığının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən qədim nemətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün nemətlərin qədimdir! İlahi, Sənin bütün nemətlərinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən əziz nişanənin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün nişanələrin əzizdir! İlahi, Sənin bütün nişanələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin uca məqam və böyüklüyünə and verib Səndən istəyirəm, Səni and verirəm təklikdə uca məqamına və Səni and verirəm təklikdə böyüklüyünə! İlahi, Səndən istəyir və Səni and verirəm istədiyim zaman mənə cavab verdiklərinə! Belə isə, duamı qəbul et, ey Allah!

Tərcümə edən: R. ŞÜKÜRLÜ

You must have the Adobe Flash Player installed to view this player.

اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ بَهائِكَ بِاَبْهاهُ وَكُلُّ بَهائِكَ بَهِىٌّ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِبَهائِكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ جَمالِكَ بِاَجْمَلِهِ وَكُلُّ جَمالِكَ جَميلٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِجَمالِكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ جَلالِكَ بِاَجَلِّهِ وَكُلُّ جَلالِكَ جَليلٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِجَلالِكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ عَظَمَتِكَ بِاَعْظَمِها وَكُلُّ عَظَمَتِكَ عَظَيمَةٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِعَظَمَتِكَ كُلِّها، اَللّـهُمَّ اِنّي اَسَأَلُكَ مِنْ نُورِكَ بِاَنْوَرِهِ وَكُلُّ نُورِكَ نَيِّرٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِنُورِكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ رَحْمَتِكَ بِاَوْسَعِها وَكُلُّ رَحْمَتِكَ واسِعَةٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِرَحْمَتِكَ كُلِّها، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ كَلِماتِكَ بِاَتَمِّها وَكُلُّ كَلِماتِكَ تامَّةٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِكَلِماتِكَ كُلِّهَا، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ كَمالِكَ بِاَكْمَلِهِ وَكُلُّ كَمالِكَ كامِلٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِكَمالِكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ اَسمائِكَ بِاَكْبَرِها وَكُلُّ اَسْمائِكَ كَبيرَةٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِاَسْمائِكَ كُلِّها، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ عِزَّتِكَ باَعَزِّها وَكُلُّ عِزَّتِكَ عَزيزَةٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِعِزَّتِكَ كُلِّها، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ مَشِيَّتِكَ بِاَمْضاها وَكُلُّ مَشِيَّتِكَ ماضِيَةٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِمَشِيَّتِكَ كُلِّها، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ قُدْرَتِكَ بِالْقُدْرَةِ الَّتي اسْتَطَلْتَ بِها عَلى كُلِّ شَيْء وَكُلُّ قُدْرَتِكَ مُسْتَطيلَةٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِقُدْرَتِكَ كُلِّها، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ عِلْمِكَ بِاَنْفَذِهِ وَكُلُّ عِلْمِكَ نافِذٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِعِلْمِكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ قَوْلِكَ بِاَرْضاهُ وَكُلُّ قَوْلِكَ رَضِيٌّ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِقَوْلِكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ مَسائِلِكَ بِاَحَبِّها اِلَيْكَ وَكُلُّ مَسائِلِكَ اِلَيْكَ حَبيبَةٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِمَسائِلِكَ كُلِّها، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ شَرَفِكَ بِاَشْرَفِهِ وَكُلُّ شَرَفِكَ شَريفٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِشَرَفِكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ سُلْطانِكَ بِاَدْوَمِهِ وَكُلُّ سُلطانِكَ دائِمٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِسُلْطانِكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ مُلْكِكَ بِاَفْخَرِهِ وَكُلُّ مُلْكِكَ فاخِرٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِمُلْكِكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ عُلُوِّكَ بِاَعْلاهُ وَكُلُّ عُلُوِّكَ عال، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِعُلُوِّكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ مَنِّكَ بِاَقْدَمِهِ وَكُلُّ مَنِّكَ قَديمٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِمَنِّكَ كُلِّهِ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ مِنْ اياتِكَ بِاَكْرَمِها وَكُلُّ آياتِكَ كَريمَةٌ، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِآياتِكَ كُلِّها، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِما اَنْتَ فيهِ مِنَ الشَّأنِ وَالْجَبَرُوتِ، وَاَسْاَلُكَ بِكُلِّ شَأْن وَحْدَهُ جَبَرُوت وَحْدَها، اَللّـهُمَّ اِنّي اَسْاَلُكَ بِما تُجيبُني بِهِ حينَ اَسْاَلُكَ فَاَجِبْني يا اَللهُ 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!