ALLAHA İTAƏT EDƏNLƏRİN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

Yeddinci münacat:

ALLAHA İTAƏT EDƏNLƏRİN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

Allahummə əlhimna taətəkə, və cənnibna mə`siyətəkə, və yəssir ləna buluuğə ma nətəmənni minib-tiğai rizvanikə, və əhlilna buhbuhətə cinanikə, vəqşə` ən bəsairina səhabəl irtiyabi, vəkşif ən qulubina əğşiyətəl miryəti vəl hicabi, və əzhəqil batilə ən zəmairina, və əsbitil həqqa fi sərairina, fəinəəş şukuukə vəz-zunuunə ləvqihul fitəni, və mukəddirətun lisafvil mənayihi vəlminən, Allahummə əhmilnə fi sufuni nəcatikə və məti`na biləzizi munacatikə və əvridna hiyazə hubbikə, və əziqna həlalavətə vuddikə və qurbikə, və əc-əl cihadəna fikə, və həmmənə fi taətikə, və əxlis niyyatina fi muamələtikə, fə innə bikə və ləkə vəla vəsilətə ləna iləykə illa Əntə, İlahi ic-əlni minəl mustafəynil əxyari, vəlhiqni bissalihinəl əbrari, əssabiqinə iləl məkrumatil musari-inə iləl xayrati, əl-amilinə lilbaqiyatis salihai, əs-sainə ilə rafi`id dəracəti, innəkə əla kulli şəyin qadirun, və bilicabəti cədirun birahmətikə ya Ərhəmər rahimin.

ALLAHA İTAƏT EDƏNLƏRİN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, Sənə ibadət və itaəti qəlbimizə ilham et, Sənə üsyankarlığı bizdən uzaqlaşdır, Sənin razılığın yolunda arzu etdiklərimizə çatmağı bizə asanlaşdır, bizə əbədi Cənnətində mənzil əta et, bəsirət gözlərimiz və agah qəlbimizdən qara buludlar, şəkk, tərəddüd və zülmət pərdələrini kənarlaşdır, batilə meyilliliyi batinimizdən (ağlımızdan) çıxar və vücudumuzda haqq və həqiqəti sabitqədəm et! Çünki çirkin şəkk, və gümanlar fitnə toxumu səpir, eyş-işrət bizi nemət və əta etdiklərinə qarşı rəğbətsiz edir. İlahi, bizi nicat gəmilərində yerləşdir, münacatının ləzzətindən kam alanlardan et, məhəbbətinin arxlarına daxil edərək Sənə yaxın və dost olmaq məqamının şirinliyini bizə dadızdır və Sənin yolunda çalışqanlığı bizə müyəssər et, iradəmizi sənə itaət etməyə sərf etməkdə yardımçı ol, Səninlə ticarətdə xalis niyyət nəsib et! Bizim varlığımız və sahib olduqlarımız yalnız Səndəndir. Sənə doğru addımlamaqda Səndən başqa, heç bir vasitəmiz yoxdur. İlahi, məni ən yaxşı, seçilmiş və saleh bəndələrinə qovuşdur. Çünki onlar ən ali məqama tərəf sürətlə irəliləyən və yaxşılıqda bir-birilə müsabiqəyə girənlər, digər bəyənilən işləri yerinə yetirməkdə (Sənə itaət və mərifətdə) sabitqədəm olan və uca məqamlara çatmaqda çalışanlardır. Şübhəsiz, Sən hər bir işə qadir və bəndələrin duasını qəbul etməkdə daha layiqsən. Səni and verirəm rəhmətinə, bizim dualarımızı qəbul et, ey mehribanların ən mehribanı!

مناجاة المطیعین

بسم الله الرحمن الرحیم

اَلّلهُمَّ اَلْهِمْنا طاعَتَكَ، وَجَنِّبْنا مَعْصِيَتَكَ، وَيَسِّرْ لَنا بُلُوغَ ما نَتَمَنّى مِنِ ابْتِغاءِ رِضْوانِكَ، وَاَحْلِلْنا بُحْبُوحَةَ جِنانِكَ، وَاقْشَعْ عَنْ بَصائِرِنا سَحابَ الاْرْتِيابِ، وَاكْشِفْ عَنْ قُلُوبِنا اَغْشِيَةَ الْمِرْيَةِ وَالْحِجابِ، وَاَزْهَقِ الْباطِلَ عَنْ ضَمائِرِنا، وَاَثْبِتِ الْحَقَّ في سَرائِرِنا، فَاِنَّ الشُّكُوكَ وَالظُّنُونَ لَواقِحُ الْفِتَنِ، وَمُكَدِّرَةٌ لِصَفْوِ الْمَنايِـحِ وَالْمِنَنِ، اَلّلهُمَّ احْمِلْنا في سُفُنِ نَجاتِكَ وَمَتِّعْنا بِلَذيذِ مُناجاتِكَ، وَاَوْرِدْنا حِياضَ حُبِّكَ، وَاَذِقْنا حَلاوَةَ وُدِّكَ وَقُرْبِكَ، وَاجْعَلْ جِهادَنا فيكَ، و هَمَّنا في طاعَتِكَ، وَاَخْلِصْ نِيّاتِنا في مُعامَلَتِكَ، فَاِنّا بِكَ وَلَكَ وَلا وَسيلَةَ لَنا اِلَيْكَ اِلاّ اَنْتَ، اِلـهي اِجْعَلْني مِنَ الْمُصْطَفَيْنَ الاْخْيارِ، وَاَلْحِقْني بِالصّالِحينَ الاَْبْرارِ، السّابِقينَ اِليَ الْمَكْرُماتِ الْمُسارِعينَ اِلَى الْخَيْراتِ، الْعامِلينَ لِلْباقِياتِ الصّالِحاتِ، السّاعينَ اِلى رَفيعِ الدَّرَجاتِ، اِنَّكَ عَلى كُلِّ شَيْء قَديرٌ، وَبِالاْجابَةِ جَديرٌ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!