ALLAHDAN QORXANLARIN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

Üçüncü münacat:
ALLAHDAN QORXANLARIN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

İlahi! Ətərakə bə`dəl imani bikə tuəzzibuni, əm bə`də hubbi iyyakə tubə`iduni, əm məə rəcaii lirahmətikə və safhikə təhrimuni, əm məəs-ticarəti biəfvikə tuslimuni, haşa livəchikəl kərimi ən tuxayyibəni, ləytə şi`ri əliş şiqai və lədətni ummi, əm lilənai rabbətni, fələytəha ləm təlidni və ləm turabbini, vələytəni əlimtu əmin əhlis səadəti cəəltəni və bi qurbikə və civarikə xasəstəni, fətəqirrə bizalikə əyni və tətməinnə ləhu nəfsi, İlahi həl tusəvvidu vucuhən xarrət sacidən liəzəmətikə, əv tuxrisu əlsinətən nətaqat bissənai əla məcdikə və cəlalətikə, əv tətbəu əla qulubin intavət əla məhəbbətikə, əv tusimmu əsmaən tələzzəzət bisəmai zikrikə fi iradətikə, əv təğullun əkuffən rəfə əthəl əmalu iləykə rəcaə rə`fətikə, əv tuaqibu əbdanən əmilət bitaətikə hətta nəhilət fi mucahidətikə, əv tuəzzibu ərculən sə`ət fi ibadətikə, İlahi la tuğliq əla muvəhhidiikə əbvabə rahmətikə, vəla təhcub muştağiikə ənin nəzəri ila cəmiili ru`yətikə, İlahi nəfsun ə`zəztəha bi təvhidikə kəyfə tuzilluha biməhanəti hicranikə, və zəmirun inəqədə əla məvəddətikə kəyfə tuhriquhu bihərarəti niranikə, İlahi əcrini min əlimi ğəzəbikə və əziimi səxatikə ya Hənnanu ya Mənnan, ya Rəhimu ya Rəhman, ya Cəbbaru ya Qəhhar, ya Ğəffaru ya Səttar, nəccini birahmətikə min əzabin nari və fəziihətil ari, izəmtazəl əxyaru minəl əşrari, və halətil əhvalu, və qərubəl muhsinunə və bəidəl musiuunə, və vuffiyət kullun nəfsi ma kəsəbət və hum la yuzləmun.

ALLAHDAN QORXANLARIN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, Sənə iman gətirdikdən sonra mənə əzab verər və Sənə olan məhəbbətimdən sonra məni (dərgahından) uzaqlaşdırarsanmı? Sənin rəhmətinə (məni bağışlamağına) ümid bəslədikdən sonra məni məhrum edərsənmi? Sənin əfvinə sığındıqdan sonra məni cəhənnəm oduna təslim edərsənmi? Xeyr, bunlar (məni naümid və məyus etməyin) Sənin böyük zatından çox-çox uzaqdır. Kaş, anamın məni bədbəxtlik üçünmü dünyaya gətirdiyini, yoxsa məşəqqət üçünmü tərbiyə etdiyini biləydim! Kaş, o, məni doğub-böyütməyəydi! Kaş, Sənin məni səadət əhli və xoşbəxtlərdən edərək Öz dərgahına məxsus etdiyini və bununla ürəyimin şad, qəlbimin aram və gözlərimin aydın olduğunu biləydim.! İlahi, Sənin böyüklüyündən səcdəyə düşüb xar olan üzləri qaraldar və ya Sənin əzəmət və cəlalına həmd-səna ilə tərif deyən dilləri lal edər, yaxud Sənin məhəbbətinlə dolan qəlbləri möhürləyərsənmi? Sənin iradən və istəyinlə zikrini eşitməkdən ləzzət alan qulaqları kar edərsənmi? Mərhəmətinə ümid etdiyi halda, Sənin dərgahına qaldırılan əlləri qıfıllayaraq zəncirləyərsənmi? Sənə itaət yolunda zəhmətlərə qatlaşan və ibadətdə səy edərək arıqlayan (zəifləyən) bədənlərə əzab verərsənmi? Sənə ibadət etməkdə çalışan ayaqlara əzab verərsənmi? İlahi, rəhmət qapılarını Sənə imanlı olan bəndələrinin üzünə bağlama! Sənin camalını (qəlb gözü ilə) müşahidə etmək müştağında olanları Səni görməkdən məhrum etmə! İlahi, tövhid izzəti bəxş etdiyin canları (bədənləri) öz hicranınla bir daha xar və zəlil edərsənmi? İlahi, eşq və məhəbbətinlə ovladığın qəlbi qəzəb alovunun hərarətində (cəhənnəmdə) yandırarsanmı? İlahi, hədsiz dərəcədə şiddətli olan qəzəbindən məni pənahında saxla! Ey bəndələrinə çoxlu ehsan edən və məhəbbət göstərən, ey bağışlayan və mehriban olan, ey çatışmazlıqları aradan qaldıran və qalib, ey bağışlayan və eyibləri örtən! Yaxşılarla pislərin bir-birindən ayrılacağı, məqam və dərəcələrin yetişəcəyi, əzabın aşkar olacağı, yaxşıların (xeyirxahların) sənə yaxın olmaq məqamına yetişəcəyi, pislərin (bədxahların) rəhmət və lütfündən uzaq olacağı, hamının kamil şəkildə etdiyi əməllərin mükafatını alacağı və kimsəyə zərrə qədər zülm olunmayacağı bir gündə mənə rəhmətinə xatir cəhənnəm atəşindən nicat ver və məni rüsvayçılıq və zəlillikdən qoru!

ALLAHDAN QORXANLARIN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة الخائفین
بسم الله الرحمن الرحیم

اِلـهي اَتَراكَ بَعْدَ الاْيمانِ بِكَ تُعَذِّبُني، اَمْ بَعْدَ حُبّي اِيّاكَ تُبَعِّدُني، اَمْ مَعَ رَجائي لِرَحْمَتِكَ وَصَفْحِكَ تَحْرِمُني، اَمْ مَعَ اسْتِجارَتي بِعَفْوِكَ تُسْلِمُني، حاشا لِوَجْهِكَ الْكَريمِ اَنْ تُخَيِّبَني، لَيْتَ شِعْري اَلِلشَّقاءِ وَلَدَتْني اُمّي، اَمْ لِلْعَناءِ رَبَّتْني، فَلَيْتَها لَمْ تَلِدْني وَلَمْ تُرَبِّني، وَلَيْتَني عَلِمْتُ اَمِنْ اَهْلِ السَّعادَةِ جَعَلْتَني وَبِقُرْبِكَ وَجِوارِكَ خَصَصْتَني، فَتَقِرَّ بِذلِكَ عَيْني وَتَطْمَئِنَّ لَهُ نَفْسي، اِلـهي هَلْ تُسَوِّدُ وُجُوهاً خَرَّتْ ساجِدةً لِعَظَمَتِكَ، اَوْ تُخْرِسُ اَلْسِنَةً نَطَقَتْ بِالثَّناءِ عَلى مَجْدِكَ وَجَلالَتِكَ، اَوْ تَطْبَعُ عَلى قُلُوب انْطَوَتْ عَلى مَحَبَّتِكَ، اَوْ تُصِمُّ اَسْماعاً تَلَذَّذَتْ بِسَماعِ ذِكْرِكَ في اِرادَتِكَ، اَوْ تَغُلُّ اَكُفَّاً رَفَعَتْهَا الاْمالُ اِلَيْكَ رَجاءَ رَأفَتِكَ، اَوْ تُعاقِبُ اَبْداناً عَمِلَتْ بِطاعَتِكَ حَتّى نَحِلَتْ في مُجاهَدَتِكَ، اَوْ تُعَذِّبُ اَرْجُلاً سَعَتْ في عِبادَتِكَ، اِلـهي لا تُغْلِقْ عَلى مُوَحِّديكَ اَبْوابَ رَحْمَتِكَ، وَلا تَحْجُبْ مُشْتاقيكَ عَنِ النَّظَرِ اِلى جَميلِ رُؤْيَتِكَ، اِلـهي نَفْسٌ اَعْزَزْتَها بِتَوْحيدِكَ كَيْفَ تُذِلُّها بِمَهانَةِ هِجْرانِكَ، وَضَميرٌ انْعَقَدَ عَلى مَوَدَّتِكَ كَيْفَ تُحْرِقُهُ بِحَرارَةِ نيرانِكَ، اِلـهي اَجِرْني مِنْ أليمِ غَضَبِكَ وَعَظيمِ سَخَطِكَ يا حَنّانُ يا مَنّانُ، يا رَحيمُ يا رَحْمنُ، يا جَبّارُ يا قَهّارُ، يا غَفّارُ يا سَتّارُ، نَجِّني بِرَحْمَتِكَ مَنْ عَذابِ النّارِ وَفَضيحَةِ الْعارِ، اِذَا امْتازَ الاْخْيارُ مِنَ الاْشْرارِ، وَحالَتِ الاْحْوالُ وَهالَتِ الاْهْوالُ، وَقَرُبَ الْمحْسِنُونَ وَبَعُدَ الْمُسيـئُونَ، وَوُفّيَتْ كُلُّ نَفْس ما كَسَبَتْ وَهُمْ لا يُظْلَمُونَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!