ALLAHI SEVƏNLƏRIN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi. Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

Doqquzuncu münacat:
ALLAHI SEVƏNLƏRIN MÜNACATININ OXUNUŞU

Bismillahir-Rəhmanir-Rəhim

İlahi mən zəlləzi zaqə həlavətə məhəbbətikə fəramə minkə bədələn, və mən zəlləzi ənisə biqurbikə fəbtəği ənkə hivəla,
İlahi fəc'əlna min-mənistəfəytəhu liqurbikə və vilayətikə, və əxləstəhu livuddikə və məhəbbətikə, və şəvvəqtəhu ila liqaik, və rəzəytəhu biqəzaikə, və mənəhtəhu binnəzəri ila vəchikə, və həbəvtəhu birizakə, və əəztəhu min hicrikə və qilakə, və bəvvə'təhu məq'ədəs-sidqi fi civarikə, və xəssəstəhu bimərifətikə, və əhhiltəhu liibadətikə, və həyyimtə qəlbəhu liiradətikə, vəctəbəytəhu limuşahidətikə, və əxləytə vəchəhu ləkə, və fərrəğtə fuadəhu lihubbikə, və rəğğəbtəhu fima indəkə, və əlhəmtəhu zikrəkə, və əvzə'təhu şukrəkə, və şəğğəltəhu bitaətikə, və səyyətəhu min salihi bəriyyətikə, vəxtərtəhu limunacatikə, və qətətə ənhu kullə şəyin yəqtəuhu ənkə,
Əllahumməcəlna minmən dəbuhumul-irtiyahu iləykə vəl-həninu, və dəhruhumuz-zəfrətu vəl-əninu, cibahuhum sacidətun liəzəmətikə, və uyunuhum sahirətun fi xidmətikə, və dumuuhum sailətun min xəşyətikə, və qulubuhum mutəəlliqətun biməhəbbətikə, və əfidətuhum munxəliətun min məhabətikə,
Ya mən ənvaru qudsihi liəbsari muhibbihi raiqətun, və subuhatu vəchihi liqulubi arifihi şaiqətun,
Ya muna qulubil-muştaqin, və ya ğayətə amalil-muhibbin, əsəlukə hubbəkə və hubbə mən yuhibbukə və hubbə kulli əməlin yusəluni ila qurbikə, və ən təcələkə əhəbbə iləyyə minma sivakə, və ən təcələ hubbi iyyakə qaidən ila rizvanikə, və şəvqi iləykə zaidən ək isyanikə, vəmnun binnəzəri iləykə ələyyə, vənzur biəynil-vuddi vəl-ətfi iləyyə, və la təsrif ənni vəchəkə, vəcəlni min əhlil-isadi vəl-həzvəti indəkə, YA MUCİBU, YA ƏRHƏMƏR-RAHİMİN.

ALLAHI SEVƏNLƏRIN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, Sənin məhəbbətinin şirinliyini daddıqdan sonra, kim Səndən başqasını (Sənin yerinə) istəyər?! Kim Sənə yaxın olmaq məqamına üns bağladıqdan sonra, bir an belə Səndən üz çevirər?! İlahi, bizi Özünə dost və Sənə yaxınlıq məqamına seçdiyin, məhəbbətin üçün saflaşdırdığın, görüşünə müştaq, qəza-qədərinə razı, Sənin camalını görmək nemətini əta etdiyin, razılıq məqamına seçdiyin, ayrılıq və hicranından pənah verdiyin, Öz qonşuluğun və həqiqət məkanında yerləşdirib mərifət məqamına təyin etdiyin, Sənə pərəstiş və ibadətə ləyaqət verdiyin, qəlbini məhəbbətinlə əla alaraq Səni “şühud” elmi ilə müşahidə etməyə seçdiyin, diqqətini birbaşa Özünə yönəltdiyin, qəlbini sevdiklərindən (razı olduqlarından) başqa şeylərdən təmizlədiyin, nemətlərinə rəğbətləndirdiyin, zikrini ilham edərək şükrünü öyrətdiyin, Sənə itaətlə məşğul və məxluqatının salehlərindən etdiyin, Səninlə münacat üçün seçdiyin, onu Səndən ayıran hər bir şeydən məhəbbətini azaltdığın kəslərdən et! İlahi, bizi fitrətən Səninlə şad olan və qəlbləri Sənə şövqdən aşiqcəsinə ah-nalə edənlərdən, alınları böyüklüyündən səcdədə, gözləri Sənə xidmət üçün ayıq, göz yaşları qorxundan cari, qəlbləri Sənə məhəbbət üzündən aləmdəki digər şeylərdən uzaq olan kəslərdən et! Ey nurunun müqəddəsliyi dostlarının nəzərində tamamilə aydın, zatının təcəllisi ariflərin qəlbinə şadlıq və sevinc bəxş edən! Ey həsrətində olanların arzusu və ey (Onu) sevənlərin arzularının sonu! Səndən Sənin və dostlarının məhəbbətini və mənə dərgahına yaxınlaşdıran hər bir gözəl əməli sevməyi diləyir və Özünü mənə başqa şeylərdən daha sevimli və məhəbbətimi razılığına səbəb və vasitə, Sənə olan şövqümü günah və üsyankarlıqlara meyildən daha artıq etməyini istəyirəm! Camalına tamaşa etməyi nəcib etməklə mənə minnət qoy və mənə mehribanlıqla nəzər sal! Məndən heç zaman üz çevirmə və məni Sənə məhəbbət sayəsində xoşbəxt və səadət əhli olanlardan et, ey duaları qəbul edən, ey mehribanların ən mehribanı!

ALLAHI SEVƏNLƏRIN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة المحبین
بسم الله الرحمن الرحیم

اِلـهي مَنْ ذَا الَّذي ذاقَ حَلاوَةَ مَحَبَّتِكَ فَرامَ مِنْكَ بَدَلاً، وَمَنْ ذَا الَّذي اَنـِسَ بِقُرْبِكَ فَابْتَغى عَنْكَ حِوَلاً، اِلـهي فَاجْعَلْنا مِمَّنِ اصْطَفَيْتَهُ لِقُرْبِكَ وَوِلايَتِكَ، وَاَخْلَصْتَهُ لِوُدِّكَ وَمَحَبَّتِكَ، وَشَوَّقْتَهُ اِلى لِقائِكَ، وَرَضَّيْتَهُ بِقَضائِكَ، وَمَنَحْتَهُ بِالنَّظَرِ اِلى وَجْهِكَ، وَحَبَوْتَهُ بِرِضاكَ، وَاَعَذْتَهُ مِنْ هَجْرِكَ وَقِلاكَ، وَبَوَّأتَهُ مَقْعَدَ الصِّدْقِ في جِوارِكَ، وَخَصَصْتَهُ بِمَعْرِفَتِكَ، وَاَهَّلْتَهُ لِعِبادَتِكَ، وَهَيَّمْتَ قَلْبَهُ لاِِرادَتِكَ، وَاجْتَبَيْتَهُ لِمُشاهَدَتِكَ، وَاَخْلَيْتَ وَجْهَهُ لَكَ، وَفَرَّغْتَ فُؤادَهُ لِحُبِّكَ، وَرَغَّبْتَهُ فيـما عِنْدَكَ، وَاَلْهَمْتَهُ ذِكْرَكَ، وَاَوْزَعْتَهُ شُكْرَكَ، وَشَغَلْتَهُ بِطاعَتِكَ، وَصَيَّرْتَهُ مِنْ صالِحي بَرِيَّتِكَ، وَاخْتَرْتَهُ لِمُناجاتِكَ، وَقَطَعْتَ عَنْهُ كُلَّ شَيْء يَقْطَعُهُ عَنْكَ، اَلّلهُمَّ اجْعَلْنا مِمَّنْ دَأْبُـهـُمُ الاِْرْتِياحُ اِلَيْكَ وَالْحَنينُ، وَدَهْرُهُمُ الزَّفْرَةُ وَالاْنينُ، جِباهُهُمْ ساجِدَةٌ لِعَظَمَتِكَ، وَعُيُونُهُمْ ساهِرَةٌ في خِدْمَتِكَ، وَدُمُوعُهُمْ سائِلَةٌ مِنْ خَشْيَتِكَ، وَقُلُوبُهُمْ مُتَعَلِّقَةٌ بِمَحَبَّتِكَ، وَاَفْئِدَتُهُمْ مُنْخَلِعَةٌ مِنْ مَهابَتِكَ، يا مَنْ اَنْوارُ قُدْسِهِ لاَِبْصارِ مُحِبّيهِ رائِقَةٌ، وَسُبُحاتُ وَجْهِهِ لِقُلُوبِ عارِفيهِ شائِقَةٌ، يا مُنى قُلُوبِ الْمُشْتاقينَ، وَيا غايَةَ آمالِ الْمحِبّينَ، اَسْاَلُكَ حُبَّكَ وَحُبَّ مَنْ يُحِبُّكَ وَحُبَّ كُلِّ عَمَل يُوصِلُني اِلى قُرْبِكَ، وَاَنْ تَجْعَلَكَ اَحَبَّ اِلَيَّ مِمّا سِواكَ، وَاَنْ تَجْعَلَ حُبّي اِيّاكَ قائِداً اِلى رِضْوانِكَ، وَشَوْقي اِلَيْكَ ذائِداً عَنْ عِصْيانِكَ، وَامْنُنْ بِالنَّظَرِ اِلَيْكَ عَلَيَّ، وَانْظُرْ بِعَيْنِ الْوُدِّ وَالْعَطْفِ اِلَىّ، وَلا تَصْرِفْ عَنّي وَجْهَكَ، وَاجْعَلْني مِنْ اَهْلِ الاْسْعادِ وَالْحَظْوَةِ عِنْدَكَ، يا مُجيبُ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!