TÖVBƏ EDƏNLƏRIN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi.
Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

Birinci münacat:
TÖVBƏ EDƏNLƏRİN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

İlahi, əlbəsətnil xatayə səubə məzəlləti, və cəllələnit təbaudu minkə libasə məskənəti, və əmatə qalbi əzimu cinayəti, fə əhyihi bitəvbəti minkə ya əməli və buğyəti və ya suli və munyəti, fəvəizzətikə ma əcidu lizunubi sivakə ğafirən, və la əra likəsri ğayrəkə cabirən, və qəd xasatu bil inabəti iləyk, və ənəvtu bil istikanəti lədəykə, fə in taradtəni min babikə fə bimən əluzu, və in əradədtəni ən cənabikə fə bimən əuzu, fəva əsəfahu min xacləti vəftizahi, vəvaləhfahu min sui əməli vəctirahi, əsəlukə ya ğafirəl zənbil kəbir, və ya cabirəl əzmil kəsir, ən təhəbə lii mubiqatil cərair, və təsturə ələyyə fazihatis sərair, vəla tuxlini, vil məşhədil qiyaməti min bərdi əfvəkə vəla tu`rini min cəmili safhikə və sətrikə, İlahi zəllil əla zunubi ğəmamə rahmətikə, və ərsil əla uyubi səhabə rə`fətikə, İlahi həl yərciuu əbdul əbiqu illa ila məvlahu, əm həl yəciruhu min səxatihi əhədun sivahu, İlahi in kanən nədəmu ələz zəmbi təvbətən fəinni və izzaətik minən nadimin, və in kanəl istiğfaru minəl xatiəti hittətən fə inni ləkə minəl mustəğfirin, ləkəl utbi hətta tərza, İlahi biğudratikə ələyyə, tub ələyyə və bihilmikə ənni, i`fu ənni və bi ilmikə bii, ərfiq bii İlahi əntəl ləzi fətəhtə li ibadikə babən ila əfvikə səməytuhut təvbətə, fəqultə tubuu iləl-lahi təvbətən nəsuha, fəma uzru min əğfələ duxuləl babi bədə fəthihi, İlahi in kanə qəbuhəz zənbu min əbdikə fəlyəhsunil əfvu min indik, İlahi ma ənə bi əvvəli min əsakə fətubtə ələyhi və təərrəzə limə`rufikə fəcudtə ələyhi, ya mucibəl muztərr, ya kaşifəz zurri ya əziməl birri, ya əliməm bima fis sirri, ya cəmiləs sitri, istəşfə`tu bicudikə və kərəmikə iləykə, təvəssəltu bicinabikə və tərəhhumikə lədəykə, fəstəcib duaii vəla tuxayyib fikə rəcai, vətəqabbəl təvbəti və kəffir xatiəti bimənnikə və rahmətikə ya ərhəmər rahimin.

TÖVBƏ EDƏNLƏRİN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, xətalarım mənə zillət və xarlıq paltarı geyindirmiş, Səndən uzaqlıq məni zəlil etmiş və böyük cinayətlərim (nəfsə itaət) qəlbimi öldürmüşdür. Öz tərəfindən (qəbul olunan) bir tövbə ilə onu dirilt, ey mənim ümid və istəyim! And olsun Sənin izzətinə, Səndən başqa günahlarımı bağışlayacaq, işlərimin dolaşıqlığını açıb aradan qaldıracaq bir kəsi tanımıram. Həqiqətən, kamil bir təvazökarlıq və ah-nalə ilə Sənin dərgahına üz tutmuşam. Əgər məni öz qapından uzaqlaşdırsan, kimə üz tutaram?! Əgər Öz dərgahından qovsan, kimə sığınaram?! Təəssüflər olsun xəcalət və rüsvayçılığımdan! Günah və pis işlərin qəm-kədəri və xoşagəlməz əməllərimdən vay mənim halıma! Ey böyük günahları bağışlayan, ey sınmış sümükləri birləşdirən. Səndən həlakətə yetirən xəta və günahlarımı bağışlamaq və gizli rüsvayçılığımı örtməyini diləyirəm. (İlahi,) Qiyamət səhnəsində məni Öz əfv və məğfirətinin sərinliyi, bağışlamağın və günahları örtməyindən məhrum etmə! İlahi, yandırıcı günahlarımın üzərinə rəhmətinlə kölgə sal və eyiblərimin üzərinə Öz rəhmət yağışını yağdır! İlahi, ağasının yanından fərar edən bir qulun yalnız öz ağacının yanına qayıtmaqdan başqa çarəsi varmı? Yaxud ağasının ona qəzəbi tutsa, qula ağasından başqa, kimsə nicat verə bilərmi? İlahi, əgər günah əməllərdən peşman olmaq tövbədirsə, onda izzətinə and olsun ki, mən peşman olanlardanam. Əgər xətaları bağışlamağını diləmək günahların məhv olmasına səbəbdirsə, onda, mən həqiqətən də (məndən) razı olana qədər Səndən bağışlanmaq diləyənlərdənəm. İlahi, Səni and verirəm mənim üzərimdəki qüdrətinə (mənə cəza verməyə qadir olmağına), tövbəmi qəbul et! Səni and verirəm günahlarım müqabilindəki helminə, məni əfv et və Səni and verirəm mənim barəmdəki elminə, mənə mərhəmətlə nəzər sal! İlahi, Bəndələrin üçün bağışlanmaq qapısı açan, onu “tövbə” adlandıran və sonra “Xalis bir tövbə ilə Allaha tərəf qayıdın!” – deyə buyuran Sənsən. Belə isə, bu qapı açıldıqdan sonra bağışlanmaq üçün içəri daxil olmaqdan qafil olanın üzr və bəhanəsi nədir?! İlahi, Sənin bəndəndən baş verən günah qəbahətli olsa da, Sənin tərəfindən olan əfv daha bəyəniləndir! İlahi, mən Sənə qarşı üsyan edən və Sənin bağışladığın və təyin etdiyin hədlərini aşmasam da, ona ehsan etdiyin birinci şəxs deyiləm. Ey çarəsizlərin duasını qəbul edən, ey qəm-kədər, çətinlik və zərərləri aradan qaldıran, ey ehsanı böyük olan, ey gizlində olanlara alim, ey eyib və günahları gözəl şəkildə örtən! Sənin tükənməz ehsan və rəhmətini (dərgahında) şəfaətçi tutaraq Sənə və rəhminə təvəssül etmişəm. Belə isə, mənim duamı qəbul et və rəhmətinə olan ümidimi boşa çıxarma! Tövbəmi qəbul et, xəta və günahlarımı rəhmət və mərhəmətinlə bağışla, ey mehribanların ən mehribanı!

TÖVBƏ EDƏNLƏRİN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة التائبین

بسم الله الرحمن الرحیم

اِلـهي اَلْبَسَتْنِى الْخَطايا ثَوْبَ مَذَلَّتي، وَجَلَّلَنِى التَّباعُدُ مِنْكَ لِباسَ مَسْكَنَتي، وَاَماتَ قَلْبي عَظيمُ جِنايَتي، فَاَحْيِهِ بِتَوْبَة مِنْكَ يا اَمَلي وَبُغْيَتي وَيا سُؤْلي وَمُنْيَتي، فَوَ عِزَّتِكَ ما اَجِدُ لِذُنوُبي سِواكَ غافِراً، وَلا اَرى لِكَسْري غَيْرَكَ جابِراً، وَقَدْ خَصَعْتُ بِالاِْنابَةِ اِلَيْكَ، وَعَنَوْتُ بِالاِْسْتِكانَةِ لَدَيْكَ، فَاِنْ طَرَدْتَني مِنْ بابِكَ فَبِمَنْ اَلُوذُ، وَاِنْ رَدَدْتَني عَنْ جَنابِكَ فَبِمَنْ اَعُوذُ، فَوا اَسَفاهُ مِنْ خَجْلَتي وَافْتِضاحي، وَوا لَهْفاهُ مِنْ سُوءِ عَمَلي وَاجْتِراحي، اَسْاَلُكَ يا غافِرَ الذَّنْبِ الْكَبيرِ، وَيا جابِرَ الْعَظْمِ الْكَسيرِ، اَنْ تَهَبَ لي مُوبِقاتِ الْجَرائِرِ، وَتَسْتُرَ عَلَيَّ فاضِحاتِ السَّرائِرِ، وَلا تُخْلِني في مَشْهَدِ الْقِيامَةِ مِنْ بَرْدِ عَفْوِكَ، وَغَفْرِكَ وَلا تُعْرِني مِنْ جَميلِ صَفْحِكَ وَسَتْرِكَ، اِلـهي ظَلِّلْ عَلى ذُنُوبي غَمامَ رَحْمَتِكَ، وَاَرْسِلْ عَلى عُيُوبي سَحابَ رَأفَتِكَ اِلـهي هَلْ يَرْجِعُ الْعَبْدُ الاْبِقُ اِلاّ اِلى مَوْلاهُ، اَمْ هَلْ يُجيرُهُ مِنْ سَخَطِهِ اَحَدٌ سِواهُ، اِلـهي اِنْ كانَ النَّدَمُ عَلَى الذَّنْبِ تَوْبَةً فَاِنّي وَعِزَّتِكَ مِنَ النّادِمينَ، وَاِنْ كانَ الاِْسْتِغْفارُ مِنَ الْخَطيـئَةِ حِطَّةً فَاِنّي لَكَ مِنَ الْمُسْتَغْفِرينَ، لَكَ الْعُتْبى حَتّى تَرْضى، اِلـهي بِقُدْرَتِكَ عَلَيَّ، تُبْ عَلَيَّ وَبِحِلْمِكَ عَنّىِ، اعْفُ عَنّي وَبِعِلْمِكَ بي، اَرْفِقْ بي اِلـهي اَنْتَ الَّذي فَتَحْتَ لِعِبادِكَ باباً اِلى عَفْوِكَ سَمَّيْتَهُ التَّوْبَةَ، فَقُلْتَ «تُوبُوا اِلَى اللهِ تَوْبَةً نَصُوحاً»، فَما عُذْرُ مَنْ اَغْفَلَ دُخُولَ الْبابِ بَعْدَ فَتْحِهِ، اِلـهي اِنْ كانَ قَبُحَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ، اِلـهي ما اَنَا بِاَوَّلِ مَنْ عَصاكَ فَتُبْتَ عَلَيْهِ، وَتَعَرَّضَ لِمَعْرُوفِكَ فَجُدْتَ عَلَيْهِ، يا مُجيبَ الْمُضْطَرِّ، يا كاشِفَ، الضُّرِّ يا عَظيمَ الْبِرِّ، يا عَليماً بِما فِي السِّرِّ، يا جَميلَ السِّتْرِ، اِسْتَشْفَعْتُ بِجُودِكَ وَكَرَمِكَ اِلَيْكَ، وَتَوَسَّلْتُ بِجَنابِكَ وَتَرَحُّمِكَ لَدَيْكَ، فَاسْتَجِبْ دُعائي وَلا تُخَيِّبْ فيكَ رَجائي، وَتَقَبَّلْ تَوْبَتي وَكَفِّرْ خَطيـئَتي بِمَنِّكَ وَرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!