FƏLSƏFİ BAXIMDAN ALLAHIN VARLIĞININ SÜBUTU (1) - Beşinci hissə

:

1. İSTİQRA METODU VƏ ONUN MƏRHƏLƏLƏRİ
Ehtimal əsasında olan istiqarai (eksperimental) dəlil metodunu, aydın və sadəliyə riayət etmək şərti ilə beş mərhələyə bölmək olar:

Birinci mərhələ: Bu mərhələdə biz hiss və təcrübə yolu ilə müxtəlif varlıqları görürük.
İkinci mərhələ: əvvəlki mərhələdəki məlumatlarımızı bir yerə toplayıb mülahizə etdikdən sonra bu mərhələdə onları təhlil və izah etməyə başlayırıq. Məqsəd budur ki, bu mərhələdə elə güclü bir fərziyyə irəli sürək ki, onun vasitəsilə həmin varlıqları izah edib məqbul dərəcədə bəyan edə bilək. Dəyərli fərziyyə dedikdə məqsəd budur ki, əgər fərziyyəmiz düz olsa, bütün varlıqlara şamil olsun və onların vücudunun həqiqəti ilə müvafiq olsun.
Üçüncü mərhələ: Bu mərhələdə nəzərə almalıyıq ki, əgər bu fərziyyə düzgün və reallıqla uyğun olmasa, onda həmin varlıqların hamısının yaranması ehtimalı çox zəifdir. Belə ki, o fərziyyənin düzgün olmadığı halda, bu varlıqların hamısının vücuda gəlməsi ehtimalının, onların hamısının və ya heç olmazsa birinin olmamasının ehtimalına nisbəti çox az – 0,01, bəlkə də 0,001-dən də az olacaqdır.
Dördüncü mərhələ: Bu mərhələdə belə nəticə alırıq ki, əvvəldəki fərziyyə düzdür. Onun doğruluğuna olan dəlilimiz birinci mərhələdə varlığını hiss və duyğu üzvləri vasitəsi ilə, real şəkildə dərk etdiyimiz ünsürlərin varlığıdır.
Beşinci mərhələ: İkinci mərhələdə irəli çəkilən fərziyyəni isbat edən bu hadisələrin dərəcəsi, onların mövcud olması ehtimalı ilə düz mütənasib, yoxluqları ehtimalı ilə tərs mütənasib olacaq.
Yəni fərziyyənin düzgün olmamasına aparıb çıxaran bu ehtimal nə qədər zəif olsa, o hadisələrin isbat olunması ehtimalının sübuta yetmə dərəcəsi də bir o qədər çox olacaqdır. Hətta bir çox adi və normal hallarda fərziyyənin doğruluğunun sübuta yetmə dərəcəsi tam yəqin səviyyəsinə çatır. (Üsəsül-məntiqiyyə, səh.355-410)
Həqiqətdə bu ehtimalların dəyərini qiymətləndirmək və onları mülahizə etmək üçün ehtimal nəzəriyyəsinə əsaslanan dəqiq miqyas və meyarlar vardır. Amma bəzən adi hallarda belə, insan özünün fitri əqlinə uyğun olaraq o miqyas və meyarları həqiqətə çox yaxın olan bir şəkildə işlədir. Buna görə də məntiqi riyaziyyatda mövcud olan çox mürəkkəb və çətin şərhi bir kənara qoyub ehtimalın dəyərini ölçmək üçün fitri metodla kifayətlənəcəyik.  (Üsəsül-məntiqiyyə, səh.146-247)
Qeyd olunanlar adətən ehtimallara əsaslanan hər bir istiqrai metodun mərhələləri idi. Biz adi həyatımızda və yaxud elmi tədqiqat və araşdırmalarda, eləcə də Allahı isbat edərkən həmin mərhələlərdən eyni səviyyədən bəhrələnəcəyik.
Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR, MÜNAZİRƏ, ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!