ALLAHA YƏQİNLİYİN DƏRƏCƏLƏRİ

:

Sual: Kamil iman və yəqinlik dərəcələri nədir? Müasir dövrdə bu məqamlara nail olanlar varmı?
KAMİL İMAN VƏ YƏQİNİN (SEYRİ–SÜLUK) MƏRHƏLƏLƏRİ
Verilən sualın cavabının aydın olması üçün bir neçə nöqtəyə diqqət yetirmək lazımdır:

1. Bəndənin Allah dərgahına yüksəlişi (seyr-süluku) üfüqi yox, şaquli bir seyrdir. Şaquli dedikdə, təbii müstəvidə yox, ilahi müstəvidəki məna (üstün məkana yox, üstün məqama nail olmaq) nəzərdə tutulur.
2. Batində Allaha çatma yolları müxtəlif dərəcələrə bölünür. Bu yolu keçənlər öz səfərnamələrini “Seyr-süluk risaləsi” adlandırırlar.
3. Bu yolu ilk dəfə keçənlər ona heç bir ad və əlamət qoymur. Onun əlamətlərini özlərində görür, əldə etdiklərini başqaları üçün əlamət kimi qeyd edirlər. Peyğəmbərlər, imamlar və övliyalar bəşər təlimi görmədən bu yolda qabaqcıllardır. Onlar həmin yolu çətinliklə keçir, bağlı yolları açaraq onlara əlamət qoyurlar. Ariflər onların şagirdləri sayılır.
4. Yəqinin ən yüksək dərəcəsi ayələr, rəvayətlər və əqli dəlillərə, həmçinin ariflərin seyr etdikləri mərhələlərə əsasən, sonuncu yox, həmin mərhələlərdən biridir.
Qeyd edilənlərə diqqət yetirdikdə, yəqin və ondan yüksək mərhələyə nail olanların sayının az olduğunu görür və onların kimliyi vəfat etdikdən sonra bəlli olur. Çünki sirri gizli saxlamaq təkamül yolunun şərtlərindəndir. Müasir dövrün arifləri sırasında Seyid Əli Qazi, Ənsari Həmədani, Əllamə Təbatəbai, İlahi (Əllamə Təbatəbainin qardaşı), İmam Xomeyni, Şeyx Cavad Məliki Təbrizi, Ayətullah Bəhcətin adını çəkmək olar. Onlar yəqin, bəlkə də, daha yüksək dərəcəyə nail olmuşlar.
Cavabın sonunda bu hədisi qeyd edib sizi onun barəsində düşünməyə dəvət edirik. İmam Sadiq (ə) buyurmuşdur: “Allah-Taala imanı yeddi əsas üzərində qurdu: 1. ehsan və yaxşılıq; 2. düz danışmaq; 3. yəqin; 4. razılıq; 5. vəfalı olmaq; 6. elm; 7. səbir. Sonra onları camaat arasında böldü. Bu yeddi qismin hamısına malik olan insan kamil iman mərhələsinə çatmışdır. Böyük Allah bəzilərinə (yeddi qisimdən) bir, bəzilərinə iki, bəzilərinə üç pay və beləcə, bəzilərinə imanın bütün (yeddi) qismini əta etdi. İmanın yalnız bir payına malik olandan iki payın, iki payına malik olandan isə üç payın vəzifəsini istəməyin... Bu tələblə onların yükünü ağırlaşdırırsınız. Həqiqətən, (insanlar) imanın yeddi qismini (kamil imanı) tədricən əldə etməlidirlər.”1
 
Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Üsuli-Kafi”, 3-cü cild, səh. 83-85.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!