KORONAVİRUS EPİDEMİYASI ZÜHUR ƏLAMƏTLƏRİNDƏNDİRMİ?

:

HƏZRƏT AYƏTULLAH NƏCMƏDDİN TƏBƏSİNİN MÜSAHİBƏSİ

Giriş

Ümumbəşər bir xilaskarın gəlişini gözləmək bütün dinlərin ümumi inancıdır. Asimani müqəddəs kitablarda - hansı ki, istər onların hamısı qorunub saxlanmış olsun və yaxud bir hissəsi qorunub saxlanıb, yaxud da onlardan bəzi sitatlar digər asimani kitablarda gəlmiş olsun – müjdə verilib ki, dünya həmişə zülm və fəsad zindanında qalmayacaq və saleh insanlar “vəd olunmuş” bir şəxsin rəhbərliyi ilə dünyaya hökmranlıq edəcəklər.

Mehdiyə və xilaskara olan dərin inanc müxtəlif dövrlərdə insanları onu qəbul etməyə, ona tabe olmağa hazırlamış və hazırlamaqdadır. Bu anlayış da öz növbəsində səbəb olub ki, tarix boyu saxta iddialarla özlərini Məhdi və ya yoldaşları kimi tanıtdıran fırıldaqçılar, bundan sui-istifadə edərək camaatın pak əqidələrininə zərbə endirsinlər. Təəssüflər olsun ki, bu fırıldaq iddiaçıların bir dəstəsi də öz çirkin planlarında uğurlar əldə edərək məqsədlərinə çatmışlar. İstər rəml və falçılıqla pul qazanmaq kimi kiçik iddiaçılar olsun və istərsə də böyük iddiaçılar olsun hansı ki, bu iddia ilə geniş və uzunmüddətli hökumətlər, yaxud mövcud olan yayılmış sapma məzhəbləri qurmağı bacarıblar.

Həmçinin kamil bir ədalətli hakimiyyətin qurulmasından qorxan insanlığın və İslamın düşmənləri bir tərəfdən şübhələr yaymaqla səy göstərirlər ki, son xilaskara olan inancı, insanların qəlblərində zəiflətsinlər və digər tərəfdən də aldadıcı media vasitəsilə müxtəlif filmlər çəkməklə həmin ilahi şəxsdən dəhşətli bir sima yaradaraq insanlarda ona qarşı nifrət oyatmışlar.

Yüzdən çox ölkədə yayılması ilə bu məsələ daha da ağırlaşaraq hal-hazırda gündəmin əsas mövzusu olan koronavirus epidemiyası haqqında çoxlu söz-söhbətlərin yaranması da səngimək bilmir. Bu söhbətlərin bir hissəsi də dindən yan keçməyərək hətta İmam Zamanın (əc) zühuru ilə də əlaqələndirildi. Məhz bu barədə olan şübhələrə qismən aydınlıq gətirmək məqsədi ilə həzrət Ayətullah Nəcməddin Təbəsi cənabları ilə adı çəkilən mövzu ilə əlaqədar olan müsahibəni siz dəyərli oxucuların nəzərinə çatdırırıq.

Gündəmin əsas hadisəsi və mövzusu olan koronavirus epidemiyasının yayılması ilə axır-zaman əlamətləri arasında bir əlaqə varmı?

- Son duruma aid olan hadisələrə işarə etməmişdən öncə bu nöqtəni qeyd edim ki, İmam Zamanın (əc) zühurundan öncə iki növ zühur əlaməti mövcuddur; biri mütləq, qəti və qaçılmaz əlamətlər, digəri isə qeyri-qəti və mütləq olmayan əlamətlər.

Qəti zühur əlamətlərinə Süfyaninin gəlişi, Yəmənlinin gəlişi, Nəfsi-Zəkiyyənin qətli və səmadan gələn yüksək bir səsi misal olaraq göstərmək olar. Elə ki, bu əlamətlər baş verdikdə artıq İmam Zamanın (əc) zühuru mütləq baş verəcək.

Qeyd olunan digər əlamətlər isə, mütləq olmayan əlamətlərdir. İmam Əlidən (ə) nəql olunan hədislərin birində təqribən 40 əlamət qeyd olunubdur. Adından da bəlli olduğu kimi mütləq olmayan əlamətlər elə bir əlamətlərdir ki, onlar baş verərsə mümkündür İmamın (əc) zühuru baş versin yaxud mümkündür baş verməsin. Yəni İmamın (əc) zühuru bu əlamətlərdən asılı deyil. Mümkündür ki, bu əlamətlər baş versin sonra İmam (əc) gəlsin, mümkündür bu əlamətlər baş verməsin İmam (əc) gəlsin. Elə buna görə də o əlamətlərə mütləq olmayan əlamətlər deyilir. Bəs deməli əgər mütləq olmayan əlamətlər baş verdikdən sonra İmam (əc) zühur etməzsə deməməliyik ağamız nə üçün gəlmədi? Çünki, bu əlamətlər mütləq olan əlamətlər sayılmır və zühur bunlara bağlı deyil.

Digər məsələ də budur ki, istər qəti, istərsə qəti olmayan zühur əlamətləri belə deyil ki, həmişə zühura bağlı olsun. Əlamət olmasına baxmayaraq zühura bağlı olmasının lüzumu yoxdur. Başqa sözlə desək mümkündür əlamətlər aşkar olsun amma yüz illər sonra zühur baş verəcək. Məsələn Abbasi hökumətinin süqutu zühur əlamətlərinən biridir və təqribən 800 il bundan öncə yəni hicri qəməri tarixi ilə 656-cı ildə bu hakimiyyət dağılıb, lakin İmamın (əc) zühuru hələ də baş verməyib.

Bəzi əlamətlər isə zühura bağlıdır, məsələn səmavi səsin gəlməsindən mümkündür üç ay sonra zühur baş vermiş olsun. Yaxud Süfyaninin zühuru ilə İmam Zamanın (əc) zühuru arasında doqquz ay fasilə vardır, yaxud da Yəmənlinin zühuru ilə Nəfsi Zəkiyyənin qətli ikisi də İmam Zamanın (əc) zühuruna bağlıdır.

Bu günlər şahid olduğumuz koronavirus xəstəliklər kimi çoxlu məsələlər vardır ki, onlar qəti əlamət sayılmır. Bu əlamətləri gördükdə deyə bilmərik bu əlamətdən sonra İmam (əc) zühur edəcək. Həmçinin bu məsələləri dini rəvayətlərdə gələn əlamətlərlə də tətbiq edə bilmərik. Bəli, ehtimal olaraq deyə bilərik lakin qətiyyətlə bunu demək olmaz.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, İmam Zamanın (əc) zühurundan öncə baş verən hadisələri sağlamlığın, əmin-amanlığın, iqtisadiyyatın, insanların din və inancının pozulması həmçinin hakimiyyətlərin zəifləməsi, qətllərin çoxalması və s. kimi hadisələri İmam Zamanın (əc) hakimiyyəti ilə əlaqəsi yoxdur. Yəni bu hadisələr İmamın (əc) hakimiyyətindən qabaq baş verən hadisələr üçündür və bunları zühurun boynuna atmaq olmaz. Bu hallar zalım hökumətlərə aiddir ki, onların cinayətlərinin və başqa işlər ucbatından bu problemlər sadə cəmiyyətlərdə baş verir.

Gündəmdə olan hazırkı vəziyyətlə bağlı iki nöqtəyə işarə edirəm. Siz baxın hər gün dünyanın bir küncündə, ələlxüsus müsəlmanlar qətlə yetirilir. Bir gün Hindistanda, bir gün İraqda və Əfqanıstanda və s məntəqələrdə baş verən bu müharibələr, ölüm-itimlər, təhlükələr dini rəvayətlərdə gəlibdir.

Həzrət Peyğəmbərdən (s) gələn hədislərin birində buyurulur ki, axır-zamanda dörd fitnə olacaqdır;

Birinci fitnə: qan mübah olacaq (insanlar rahatlıqla bir-birinin qanını axıdacaq və buna görü mühakimə olunmayacaqlar).

İkinci fitnə: bahaçılıq çoxalacaq.

Üçüncü fitnə: canlar, mallar və namuslar dəyərsiz olacaq (insanların canı, malı və namusu amanda olmayacaq).

Bütün fitnələrdən ən pisi olan dördüncü fitnə, kar və kordur, bütün dünyanı bürüyən və dənizdəki bir gəminin hərəkəti kimidir, Şamı, İraqı və s. əhatə edən dəhşətli bir dalğa və səs çıxarır.

Başqa bir misal isə İmam Hüseynin (Allahın salamı ona və ata-babasına olsun) şəhadətindən sonra, Yezid (Allahın lənəti ona və ata-babasına olsun) törətdiyi “Hərrə hadisəsi”dir. Bu hadisədə Yezid (lə) on min nəfərlə “Mədinə” şəhərində müsəlmanların namusuna təcavüz edərək müsəlmanların namusunu halal elan etdi. Bu böyüklükdə cinayətə baxmayaraq hədislərdə qeyd olunur ki, axır-zaman hadisələrinin müqabilində Hərrə hadisəsi bir şey deyildir.

Başqa bir rəvayətdə isə deyilir ki, insanların üçdə ikisi qətlə yetirilməyincə İmam Zamanın (əc) zühuru baş verməyəcək. Yaxud başqa rəvayətdə buyurulur ki, insanların on hissəsindən doqquzu öldürüləcək. Qeyd edim ki, bunlar qəti əlamət deyil və mümkündür baş verməsin.

Ümumi rəvayətlərdən belə anlamaq olur ki, çoxlu qətl olacaq və çox qanlar axıdılacaq, amma bu qətllər haradan başlayacaq?, pərdə arxasında kimlər durur?, harada bitəcək? sualları qaranlıqdır. Lakin hər halda öz mənafelərini düşünən və insanların canı onlar üçün mühüm olmayan cinayətkar insanlar dünyanı idarə edərsə məlum məsələdir ki, insanları qətlinə də əl atmaqdan çəkinməyəcəklər.

İşin başqa tərəfi budur ki, baxmayaraq müxtəlif rəvayətlərdə insanların ölüm səbəbi bəzən müharibələrlə əlaqələndirilir amma bəzən də ölümlərə səbəb müharibə deyil. Rəvayətlərdə “məvtu əbyəz - ağ ölüm” adı da gəlibdir. İmam Əlidən (ə) nəql olunan bir hədisdə ağ ölüm haqda soruşulur. İmam Əli (ə) belə cavab verir: zühurdan öncə iki növ ölüm olacaq; birinci növ “ağ ölüm” və ikinci növ “qırmızı ölüm” Sonra imam belə açıqlama verir: qırmızı ölüm müharibələrdə olan ölüm kimidir lakin ağ ölüm isə taun (xəstəliyi) kimidir.

Bəzi rəvayətlərdə imam Əli (ə) zühur hadisələri haqqında buyurub ki, dəhşətli qətllər yaxud başqa rəvayətdə isə sürətli və faciəvi ölümlər, ağrılı və əzablı ölümlər baş verərək çoxlu ölümlərə səbəb olacaq və şiddətli taun yayılacaq.

İmam Baqirdən (ə) də rəvayət olunur ki, qorxu və taun yayılmasa zühur baş verməyəcək. Başqa bir rəvayətdə də buyurulur ki, insanlar artıq məyus olduğu zaman İmam Zaman (əc) zühur edəcək. Təbii ki, biz ölkəmizin bu günki vəziyyətini rəvayətlərə tətbiq etmək istəmirəm, lakin siz baxın təhlükəsi zükam xəstəliyindən daha az olan bir xəstəlik qarşısında görün camaat necə qorxuya düşüb və bütün ölkəni öz ağuşuna alıb.

İmam Kazimdən (ə) rəvayət nəql olunur ki, həzrət Peyğəmbər (s) belə buyurub: gözlənilməz ölümlər, cüzam yəni yoluxucu xəstəliklər zühur və qiyamət əlamətlərindəndir. Başqa əlamətlər odur ki, insanlar ağrısız öləcəklər, fərz edin qısa bir qızdırma tutacaq və öləcək.

Başqa rəvayətlərdə axır-zaman ildırımlarına (saiqə) işarə olunub. “Saiqə” dəhşətli bir səsin, yaxud başqa səbəblər üzündən komaya düşüb heç bir şeyi hiss və dərk etməməyə deyilir.

İndi fikir verin koronavirusa görə bütün məscidlər hətta Məscidul-həram bağlanıb. Müsəlmanların izzəti sayılan Məscidul-hərama altı milyon insan yerləşir. İran İslam respublikası da bu virusa yoluxan yüz ölkədən biridir. Elmi hövzələr İranda, İraqda tətil elan olunub. Avropa ölkələrində ticarət mərkəzləri və insanlatın toplandığı yerlər hamısı tətil olunub. Bu mövzu rəvayətlərdə işarə olunan həmin işlərdən olması mümkündür.

Kəbə evinin bağlanması zühurun qəti olmayan əlamətlərindəndirmi?

- Rəvayətdə qeyd olunur ki, əgər həcc mərasimi tətil olarsa Allah onlara aman verməyəcək. Zühur günlərindən qabaq Həcc əməllərində qan tökmək və qətllərdən söz açılır. Bəziləri bunu ötən illərdə Minada baş vermiş faciə ilə əlaqələndirir və bu ehtimal da olması mümkündür. Cəmiyyət namazının tətil olmasının da zühur əlamətlərilə heç bir əlaqəsi yoxdur.

İmamların (ə) özləri belə bəzən vəba və taun xəstəlikləri kimi yoluxucu xəstəliklər yayılanda toplantıların ləğvini tələb edərdilər. Fərz edin həzrət Əlinin (ə) hərəmi, yaxud xanım Məsumənin (sə) və İmam Rizanın (ə) hərəmi bağlana. Bu onların və yaxud digər imamların şəfa mövqeyini itirmək anlamına gəlmir. Hər halda İmamların (ə) hərəmləri Məscidul-həram olan Kəbə evindən ki, daha üstün deyil. Allahın evini də bəzən sanitariya məsələlərinə riayət etmək üçün bağlayırlar.

İnsanlarda narahatlıq və qorxu yaratmaq, zühur məsələləri və axır-zamanın çatması ilə əlaqəsi varmı?

- Xeyr, bu düşmənlərin həmişəki rəftarıdır. Dünyanın o tərəfində oturub İsrail və yəhudilərdən bac alanlar insanlarla xoş rəftar etmək əvəzinə elə söhbətlər yayırlar ki, sanki koronavirus təkcə İranda yayılıb və dünyanın heç bir yerində bu virus yoxdur. Bəs deməli əgər İmamların (ə) hərəmləri bəzən bağlanarsa, yaxud toplantılar qadağan olarsa, bunun etiqad və məzhəbin zəif olmsdı ilə heç bir əlaqəsi yoxdur. Yaxud hərəmləri dezinfeksiya edirlərsə bu həmin yerin əmin-amanlıq yeri və müqəddəs yer olmamasına dəlalət etmir. Xülasə bu məsələlər imtahan və ənənəvi ilahi qanunlardır. Öncədən də olub, indi bəzən bunun səbəbi insanların günahlarına görədir, bəzən də xain və canilərin xəyanət və cinayətlərinə görədir.

Bu hadisələrin müqabilində biz dözümlü olmalı, səbr etməliyik ki, imtahanlardan başı uca çıxa bilək. Unutmayaq ki, Allah təbii hadisələr müqabilində bizim üçün çıxış yolu qoyubdur, dua təyin edibdir və bu mənəvi məsələlərə diqqət etsək Allah bəlanı uzaqlaşdıracaq və əgər bunlar hamısı zühurla nəticələncəksə bu da bizim ümid mənbəyimizdir və biz də elə bunu istəyirik.

Zühur əlamətlərindən biri olan “qəlblərin ülfəti” məsələsi bəyan olunur. Necə ki, İraqda son terror nəticəsində canını itirən şəhidlərin cənazəsinin dəfni zamanı həm regionda həm dünyada ümmətin qəlblərinin bir araya gəldiyinin şahidi olduq. Qəlblərin ülfətini və bir araya gəlməsini İmam Zamanın (əc) zühur əlamətlərindən biri kimi hesab etmək olarmı?

Olan hər şey imtahandır. Allah bəzən bəşəri imtahana salır ki, insan özü başa düşsün ki, harada qərar tutub və bunun özü ənənəvi ilahi qanunlardır, həzrət Nuhdan (ə) həzrət Əyyuba (ə) və İsrail övladlarına qədər, Firon hadisələri və s. tarix boyu bu imtahanlardan olub.

İndi “sağlamlıq neməti” təhdid olunur və “qohumlara baş çəkmək” bizlərdən alınıbdır. İndi dostları və qohumları yalnız virtual aləmdə görmək mümkündür. Toplantı olmaz və bu nemətlər müvəqqəti də olsa bizlərdən alınıbdır. Düşünək görək nə etdik ki, bu nemətləri itirdik? Nə etdik ki, səfərə çıxmaq, bir şəhərdən digər şəhərə getmək bizə qadağan olundu? Həmişə başqalarını müqəssir bilməyək. Özümüzün də günahkar olduğumuzu bilməliyik.

Bu günlərdə bir qədər Cəfəri Təyyar namazı qılaq və Quran oxuyaq. Allaha deyək ki, İlahi səhv elədik, bilmədik və nəticədə Allahın bizə verdiyi ətrafımızda çoxlu nemətlərin, o cümlədən şəhidlərin və İslam uğrunda çalışanların qədrini bilək, bu haqda düşünək tövbə edərək Allahdan bağışlanmağımızı diləyərək Onun nemətlərinə naşükür olduğumuz üçün bizi bağışlasın deyək.

Ümid edirəm bu bəla həm ölkəmizin üzərindən həm bütün Əhli-Beyt (ə) davamçılarının üzərindən və ümumiyyətlə həzrət Muhəmməd peyğəmbərin (s) ümmətinin üzərindən tezliklə götürülsün.

Mənbə: ABNA
Hazırladı və tərcümə etdi: Rəsul Mahmudzadə


Tags: ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!