ŞƏRAB - I hissə

:

“Səndən şərab və qumar haqqında soruşurlar, de: “Onlarda böyük günah və ziyan və (maddi cəhətdən) insanlar üçün mənfəətlər vardır, (lakin) onların günah və zərəri mənfəətlərindən daha çoxdur...” (“Bəqərə” surəsi, ayə 219)

SPİRTLİ İÇKİLƏRİN ORQANİZMƏ GÖSTƏRDİYİ MƏNFİ TƏSİRLƏR:
1. Şərabın beyinə təsirləri:
Spirtli içkilər beyin hüceyrələrinə və nejponlara təsir edərək, onları fəaliyyətdən saxlayır. Bir çox hallarda beyindəki nazik damarların partlamasına, qanın laxtalanmasına səbəb olub normal qan dövranının qarşısını aldığına görə, infakta gətirib çıxarır. Bəzi hallarda isə beyində əzələlərin yığılmasına, şişlərə və qan təzyiqinin yaranmasına səbəb olur. Bu da bədən üzvlərinin iflic vəziyyətinə düşməsilə nəticələnir.
2. Spirtli içkilərin ürəyə təsiri:
Spirtli içkilər qan dövranını pozduğuna görə, tədricən orqanizmdə maddələr mübadiləsini və hüceyrələrin qidalanması prosesini ləngidir. Ürəyin ətrafında piylər əmələ gətirir, bu isə onun şişinin ağırlaşmasına səbəb olur. Ürəyin həcmi artaraq döyüntüləri zəifləyir. Odur ki, spirtli içkilərə aludə olanların nəbzi adətən yavaş vurur, bəzən isə anormal olur.
3. Mədəyə təsiri:
Spirtli içkilər dilin hissiyyatını və dadbilmə üzvünü təsirdən salıb ağız şirəsini azaldır və bu onu normal haldan çıxarır. Habelə, mədə vəzilərinə ziyan vurur, mədə şirəsinin turşuluğunu azaldır, həzm yollarının bağlanması ilə, çox hallarda bəlğəm yaxud qan laxtaları ilə qarışıq olan qusmaya səbəb olur. Eləcə də mədə və bağırsaqlarda müxtəlif xəstəliklər törədir. Mədənin həddən artıq genişlənməsinə, bağırsaqlarda qaşınmaya, həzm sistemində iltihabın yaranmasına səbəb olur. Həmçinin, yoğun bağırsağa xəsarət nəticəsində güclü ishal yaxud ifrazatın qarşısının alınması kimi xəstəliklər, spirtli içki aludəçilərinə ciddi xəbərdarlıqlar edir.
4. Ağıl qüvvəsinə təsiri:
Spirtli içkilər dəliliyin əsas amillərindəndir. Psixi xəstəxanalardakı faktlar göstərir ki, dəlilərin əksəriyyəti ömürlərinin çox hissəsini şərab içməklə keçirənlərdir. Fransada təbiblərin apardığı araşdırmalarda 200 min nəfərin spirtli içkilər nəticəsində dəli olduğu məlum olmuşdur.
5. İnsan nəslinə təsiri:
Almaniyalı həkimlərdən biri sübut etmişdir ki, spirtli içkilərin acınacaqlı təsiri, hətta onlardan istifadə etməyən üç nəslə qədər davam edir.
Spirtli içkilərə qurşanan şəxslərin nəsli azalaraq, kəsilmək təhlükəsi ilə qarşılaşır. Amerikalı alim, doktor Nalin deyir: “Bir sağlam kişidən 11 sağlam övlad törəyə bildiyi halda spirtli içkilərə qurşanan şəxsdən 1-3 nəfər belə, sağlam övlad törəmir. Doğulan övladlar da müxtəlif ruhi və fiziki xəstəliklərə, o cümlədən, infarkt, əsəbilik, dəlilik, ağıl qüvvəsinin qeyri-normal inkişafı, qan azlığı və digər xəstəliklərə düçar olurlar.
Spirtli içkilərin böyrəklərə, tənəffüs orqanlarına, qara ciyərə, əsəb sisteminə, qan dövranına və digər orqanlara da mənfi təsirləri vadır.

ŞƏRABIN QURANDA HARAM EDİLMƏSİ
Şərab İslam dinində birbaşa deyil, tədricən haram edilmişdir. İlk olaraq “Bəqərə” surəsinin 219-cu ayəsi nazil olmuş, şərabın böyük ziyanlara malik olmasını bəyan etmişdir: “(Ya Peyğəmbər!) Səndən içki-şərab və qumar barəsində sual edənlərə söylə: “Onlarda həm böyük günah, həmdə insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”.
Daha sonra isə “Maidə” surəsi 90-91-ci ayələr nazil olub, şərabı qəti şəkildə haram etmişdir:
“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də (yaxud qurbanlıq üçün qoyduğunuz daşlar), püşk atmaq (fal oxları) üçün nəzərdə tutduğunuz çubuqlar da Şeytan əməlindən olan murdar və çirkin şeylərdir (əməldir). Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumar vasitəsi ilə aranızda ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq, qafil etmək istər. Yenə də bu işə son qoymayacaqsınızmı?”.
Bu iki ayə şərabın qadağan edilməsini göstərən ən sonuncu ayələrdir.

ŞƏRAB ƏHLİ-BEYT RƏVAYƏTLƏRİNDƏ
Peyğəmbər (s) buyurur: “Şərab içən şəxs, Qiyamət günü üzüqara, ağzı əyilmiş, dili ağzından çölə çıxmış və susuzluqdan fəryad edən halda məhşərə gələcəkdir. Ona zinakarların çirki axıb tökülən quyudan su içirdəcəklər”.
Həmçinin, yenə buyurur: “And olsun Allaha! Namazı yüngül sayanlar və məstedici mayelər içənlər mənim şəfaətimə nail olmazlar”.
Həzrət Rəsul (s) başqa bir hədisdə buyurur: “Allah şərab ilə əlaqədar 10 dəstə adamı lənətləmişdir: (Şərab çəkmək məqsədi ilə) üzüm kolu əkəni, onu qoruyanı, üzümü sıxıb suyunu çıxardanı, onu içəni, şərabı camlara süzəni, onu daşıyanı, daşıyanlardan təhvil alanı, pulla alanı, satanı və pulunu əldə edən şəxsləri”.

Ardı var ...

 

Tags: SUALLARA CAVAB, FİQH

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!