BÜTÜN QÖVMLƏR ÜÇÜN QİYAMƏT GÜNÜ EYNİ GÜNDÜR?

:

İzah: Bəşər tarixinin əsrlərlə yaşa malik olduğunu bilirik? Yer üzündə bir çox mədəniyyətlər gəlib-getmişdir. Qiyamət günü bütün millətlər üçün eyni bir gündür, yoxsa hər bir millət üçün ayrıca bir qiyamət günü var?

CAVAB

Qurani-Kərimdəki bəzi ayələr şəhadət verir ki, bütün qövmlər üçün “yəvmul-qiyamə” adlı bir qiyamət günü var. Nümunə üçün, bəzi ayələri nəzərdən keçirək: “Göylərdə və yerdə olan bütün məxluqlardan elə biri yoxdur ki, Rəhmanın hüzuruna qul kimi gəlməsin; And olsun ki, Allah onları hesablamış və təkrar-təkrar saymışdır; Onların hamısı qiyamət günü Onun hüzuruna tək-tənha gələcəklər.” (Məryəm surəsi, ayə: 93-95)

Digər bir ayədə belə buyurulur: “O gün biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər kimi cəm edərik; günahkarları isə cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.” (Məryəm surəsi, ayə:85-86)

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr

Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni

Tәrcümә еdәn: А. Turаn 

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!