MƏKTUB NECƏ YAZILMALIDIR?

:

CAVAB
Həzrət Əli (ə) öz nümayəndələrinə yazırdı: “Qələmlərinizin ucunu iti edin. Sətirləri bir-birinə yaxın yerləşdirin. Məktublarınızdan artıq sözləri çıxarın. Daha çox mənaya diqqət edin. Uzunçuluqdan çəkinin, çünki müsəlmanların büdcəsində artıq xərcə imkan yoxdur.” (“Xisali-Səduq”)

Qələmin ucu iti olarsa, sözlər kiçik yazılar. Sətirlər bir-birinə yaxın olduqda, yerlə yanaşı yazanın və oxuyanın vaxtına da qənaət olunar. Deyilənlərə nümunə olaraq, həzrət Məhəmmədin (s) Xosrov Pərvizə, Rum Qeysərinə yazdığı məktubları göstərmək olar.
“Nəhcül-bəlağə”də oxuyuruq: “Elçi sənin əqlinin təkrarçısıdır. Sənin haqqında ən maraqlı danışan, yazdığın məktubdur.” İmam Sadiq (ə) buyurur: “İnsanın yazdığı məktub, onun ağıl səviyyəsini göstərir.” (“Biharul-ənvar”, 76-cı cild, səh. 50)
İslam dinində məktubla bağlı bir sıra göstərişlər mövcuddur. Salamın cavabı vacib olduğu kimi məktubun da cavabı vacibdir. Salam haqqında isə Qurani-Kərimdə buyurulur: “Sizə salam veriləndə ona ya olduğu kimi, ya da daha gözəl şəkildə cavab verin.” (“Nisa” surəsi, ayə: 86)

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!