MƏHƏRRƏM AYININ DÖRDÜNCÜ GÜNÜ

:

ÜBEYDULLAH İBN ZİYAD ÖZ MƏKRLİ SÖZLƏRİ İLƏ CAMAATI ALDADIR
Məhərrəm ayının bu günündə Übeydullah camaatı Küfə məscidinə toplayaraq özü minbərə çıxıb dedi: “Ey camaat! ...

Siz Süfyan ailəsini imtahan etdiniz və onları istədiyiniz kimi gördünüz. Yezidin də gözəl ənənəsi və davranış tərzini tanıyırsınız! Əlinin altında olanlara ehsan və yaxşılıq edər! Onun bəxşişləri yerində və münasibdir! Atası da, belə idi! İndi Yezid göstəriş verib ki, sizə bəxşişləri çoxaldım və mənə bir miqdar pul göndərib ki, aranızda bölməli, sizi onun düşməni olan Hüseynlə döyüşə göndərməliyəm! Bu sözü cani-dildən eşidin və itaət edin”.

Sonra Übeydullah minbərdən enib Şam əhalisi üçün də bəxşişlər hazırladı və göstəriş verdi bütün Küfə şəhərinə car çəksinlər ki, camaat hərəkət etməyə hazırlaşsın.
Ömər Sədin Kərbəlaya ezam olmasından sonra Şimr ibn Zil-Cövşən ilk şəxs idi ki, dörd min təlim görmüş qoşunla birgə İmam Hüseynlə (ə) döyüşməyə hazır olduğunu bildirdi. Sonra Yezid ibn Rikab Kəlbi iki min nəfərlə və Hissin ibn Nimir dörd min nəfərlə, Məzahir ibn Rəhinə Mazəni üç min nəfərlə, Nəsr ibn Hərşə iki min nəfərlə döyüşə hazırlıqlarını elan etdilər. Küfə və ətrafdan Kərbəlada İmam Hüseyn (ə) və ailə-uşağından ibarət karvanı ilə qarşılaşmaq üçün üst-üstə on beş min nəfərdən artıq insan ən qısa zamanda hazırlıqlarını bildirdilər.
Kitabın adı: "Qessehaye Kərbəla"
Tərcümə edən: Rəsul Mahmudzadə

Ardı var...

BEŞİNCİ HİSSƏNİ BURADAN OXUYA BİLƏRSİNİZ

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!