MƏHƏRRƏM AYININ YEDDİNCİ GÜNÜ

:

FƏRATIN SUYUNU PEYĞƏMBƏR (S) ƏHLİ-BEYTİNƏ (Ə) ÇOX GÖRÜRLƏR
Məhərrəm ayının yeddinci günü, Übeydullah ibn Ziyad Ömər Sədə bir məktub göndərib ona göstəriş verdi ki, qoşununu Fərat çayının sahilində saxlayaraq İmam Hüseynin (ə) və səhabələrinin üzünə suyu bağlasın.
Hətta bir damla su belə İmama verməsin. Ömər Səd dərhal Ömər ibn Həccacı beş yüz atlı ilə Fərat çayının kənarında yerləşdirib İmam Hüseynin (ə) və karvan əhlinin sudan istifadə etməsinə mane oldu. İnsanlığa sığmayan bu rəftar İmam Hüseynin (ə) şəhadətindən üç gün öncə baş verdi.
Abdullah ibn Hissin Əzdi adında bir məlun bağıraraq dedi: “Ey Hüseyn (ə)! Bu suyu bundan sonra səmanın rəngi kimi görməyəcəksən! Allaha and olsun ki, susuzluqdan can verənə qədər o sudan bir damcı belə içməyəcəksən!”
İmam Hüseyn (ə) nifrin etdi:
İlahi! Onu susuzluqdan öldür və heç vaxt Öz rəhmətini ona şamil etmə!
Həmid ibn Müslim deyir: Hadisədən sonra onun görüşünə getdim. O, xəstələnmişdi. And olsun o Allaha ki, ondan başqa heç bir Allah yoxdur, gördüm ki, Abdullah ibn Hissin qarnı şişənə qədər su içir və onu qusurdı! “Əl-ətəş”, susuzam! – deyə bağırırdı. Təkrar su içirdi, qarnı şişirdi lakin doymurdu! Beləcə də can verib öldü.

Kitabın adı: "Qessehaye Kərbəla"
Tərcümə edən: Rəsul Mahmudzadə

Ardı var...

SƏKKİZİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!