ZƏHRA (s) KİMİ XANIM, XANIM KİMİ ANA.

:

Ana, yəni xatircəmlik,
Ana, yəni mehribanlıq.
Ana, yəni asudəlik,
Ana, yəni xoşbəxtlik, eşq
Mələkdir ki, göz yaşlarıva həmdəm olur,
Mələkdir ki, təbəssümüvə şərik olur.
Mələləkdir ki, sənə dikmiş gözlərini,
Qəlbindəki döyüntüylə nəfəs alır.

Bir çox hallarda əqidə ilə tərzi həyat arasında dərin və qorxunc aşırım görünür. İnsanlar inanclarına münasib həyat seçimi etmirlər. Bu vəziyyət inanc və pisixoloji durumun fasiləsinə gətirib çıxarır. Buna misal olaraq hər kəsin öz ağlından razı qalıb, mala-dövlətə gəlincə, dərin sarsıntı ilə ahu-nalə çəkməsini şahid qismində qeyd etmək olar. Hər bir kəs bilməlidir ki, başqasına naməlum obyekt və hətta fəth olunmaz olsa da özündən gizli qala bilməz. Əlbəttə ki, bu məhz ağıla deyil, bütün milli-mənəvi dəyərlərə nisbəttə belədir. Elmi tədqiqatlar və gündəlik müşahidələr göstərir ki, insanlar fikir və təhlil gücünə nisbəttə biri digərindən fərqlənir. Lakin psixoloji anlamda buna qol qoymur və nəticədə hər kəs ağlından məmnundur. Öz təkliyimizdə ağlımıza və hətta milli-mənəvi dəyərlərə nisbətdə münasibətimizə agahlığa rəğmən, həyat müstəvisində bunlara tam olaraq sahib olduğumuzu düşünürük. Bu tərzi baxış maddi və mülki məsələrə nisbəttə tam əksinədir. Nə qədər çox olsa belə yoxmuş kimi yaşıyır və mütəmadi olaraq yığmaqdan yorulmur və bu azmış kimi başqalarına da mülkiyyət iddiasından gəlirik.

Fəlsəfə və psixologiyanı, fikir və tərzi həyatı fərqləndirən dəyərlərdən biri də “Ana” və “Xanım” anlayışlarıdır. Dəyər və mənəvi ad , mahiyyət xarakterli olduğu ucbatından ilk olaraq kəsb xarakterlidir, daha sonra fikir və tərzi həyat arasında böyük fasiləni göstərə biləcək əsas nümunədir. Həyat tərzini bu dəyərlərə uyğun etmədən “xanımam”, “anayam” deməklə bu dəyərlər həyata keçmir. Belə bir deyim var ki, halva-halva deməklə ağız şirin olmur. Deməli, xanım və ana olmaq da müəyyən meyar və ölçülərə bağlanır.
Ailə dəyər sistemi xanım və ana dəyərələrini həyata keçirən dini, milli və sosial institutdur. Ailə kəlməsi, cox sadə və bəsit görünsə də eyni halda mürəkkəb və həssasdır. Bu konsepsiya sıradan səda nəfərlər toplusu deyil, fikir və hissin bir yerə toplanıb əqidə, əxlaq və tərzi rəftarı bir araya gətirə biləcək fərdlərin biri digərinə həyat yoldaşı olmasıdır. Şübhəsiz hər növ toplantıdan tərkib hissələrindən əlavə nələrsə peyda olur, lakin bu yeni mövludun inci və mirvari olması üçün iki dənizin qovuşması labüddür, nəinki iki çirkabın. Buna görə Quran Ər-Rəhman surəsində buyurur:
Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı. O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır.
Bu şəraitdə toplanan fərdlərə ailə deyilir və onun üzvlərinə, xanım-ana, bəy-ata deyilir, hasil olan məhsula isə övlad deyilir. Ata təməldirsə, ana bu təməlin zinəti və işığıdır. Buna görə İmam Sadiqdən (ə) Fatimeyi Zəhranın nə üçün Zəhra adlanmasıni soruşduqda buyurur: Çünki günün başlanğıcında şərqdən doğan gün misalında Əmirəl-möminin Əlini (ə) işıqlandırırdı. Atasının anası idi. İsra surəsində şəfaət məqamının (məqamən məhmud) sahibi olan Allahın Rəsulu qızı Fatiməyə xitabən buyurur: Səni, Allah yanında şəfaətçi (məqamən məhmud) olduğun üçün müjdələyirəm. Istədiklərini və şiələrini şəfaət edərsənsə şəfaətin qəbul olunacaq. (Biharül-ənvar, c. 29, səh.346)
Ailədə “xanım” olan “ana” insanlığa töhfəsindən bəlli olur. Bu töhfə isti ailə ocağında insanlığı qidalandıra biləcək həddə cəmiyyət süfrəsi üçün hazırlanan doğru əqidə, gözəl əxlaq və düzgün rəftardan ibarətdir. Buna görə Peyğəmbər (s) buyurur: Yaxşılıqlar və gözəlliklər insan şəklinə düşərsə Fatimə olacaq. Fatimə ondan da üstündür. Həqiqətən qızım Fatimə yer üzünün şərafətdə və böyüklükdə ən alisidir. (Fəraidus-səmtəyn, c.2, səh.68)
Mən də ilk biliyimi anamdan aldım:
 Soruşdum ki, nədir varlıq, dedi, mütləq,
 Soruşdum ki, nədir mövcud, dedi adəm,
 soruşdum ki, nədir səbəb
 dedi nədə?
 bağışlanma səbəbində
 dedi Pənctən.
Sonralar Seyyidin qərəz mətləli qəzəlində bu beytini görəndə cavabları anladım:

 Pənctənlər adını zikr et ki, Seyyid bilmişəm
 Adəmə təlimi əsmadan bu mənadır qərəz

Müəllif: Fəlsəfə elmləri doktoru,professor Vaqif Quliyev
Xanım Zəhra (əs)nın mövludu ,ANA-lar günü münasibətilə
Hazırladı: Rəsul Mahmudzadə

 

Tags: HƏZRƏT ZƏHRA (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!