HƏZRƏT ƏMİRƏL-MÖMİNİN ƏLİNİN (ə) ŞÜCAƏTİ

:

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Ramazan ayının 21-i möminlərin əmiri mövlamız İmam Əlinin (ə) şəhid olduğu gündür. Belə hüzünlü gün münasbəti ilə başda sahibimiz İmam Zaman (əc) olmaqla dünyanın hər bir yeində olan haqq və ədalət sevənlərə təsliyət deyib, həzrət Əmirəl Möminin Əlinin (ə) fəzilətlərindən olan şücaəti barəsində söz açacağıq.

ŞÜCAƏT NƏDİR?
Şücaət, bəyənilmiş əxlaqi xüsusiyyətlərdən və əxlaqi fəzilətlərin dörd prinsipindən biridir. Əxlaq alimləri şücaət və cəsarət haqqında geniş danışmış, onun amillərini, nəticələrini və təsirlərini təhlil etmişlər. Başqa sözlə desək, cəsarət və şücaət təhlükəli və qorxulu anlarda nəfsin tərəddüd etməməsi nəzərdə tutulan əxlaqi fəzilətdir və bunun tam təzahürü və həqiqi nümunəsi İmam Əlinin (ə) varlığı idi.

HƏZRƏT ƏMİRƏL-MÖMİNİN ƏLİNİN (ə) ŞÜCAƏTİ
Həzrət Əmirəl-Möminin Əli (ə) eləbir müharibədə cihad etməmişdir ki, oradan qalib ayrılmasın.1

.ضرت اميرالمومنين علی علیه السلام در هیچ جنگ و جهادی شرکت نکرد مگر این که پیروز برگشت

Allahın Rəsulu (s) buyurur:

«عَلی اَشْجَعُ النّاسِ قَلْباعلی»

"Əli insanların ən cəsuru və ən güclüsüdür."2

İmam Əli (ə) rəqibini yalnız bir zərbə ilə öldürər və hədisdə belə deyilir: "Qılıncı həmişə tək zərbəli idi"3

«انت ضرباتة وترا»

Əziz İslam Peyğəmbəri (s) buyurur:

«علی سیفُ اللّه عَلی اَعْدائِهِ»

“Əli Allah düşmənlərinin üzərinə çəkilən Allahın qılıncıdır”4

حضرت زرهش تنها سینه اش را می پوشاند و هرگز پشت نداشت از او پرسیدند که چرا زرهش پشت ندارد؛ آیا نمی ترسد که کسی از پشت 

پشت به او ضربتی بزند؟

در پاسخ فرمود : من هرگز به دشمن پشت نمی کنم و از میدان نمی گریزم و خدا هرگز آن روز را نخواهد آورد..

Həzrət Əmirəl-Möminin Əlinin (ə) döyüş zirehi, onun yalnız sinəsini əhatə edirdi və heç vaxt kürəyində zireh olmazdı. Həzrətdən niyə kürək tərəfində qoruyucu zirehin olmadığını və birinin arxadan onu vuracağından qorxmadığını? soruşduqda, belə cavab verərdi: “Mən heç vaxt düşmənin qarşısında arxa çevirib döyüş meydanından qaçmayacağam və Allah-taala heç vaxt belə bir günü mənə görsətməsin”.5

شجاعت و استواری حضرت علی علیه السلام در جنگ ها چنان بود که هرگاه مشرکان و کافران او را در جنگ می دیدند به همدیگر وصیت می کردند مثل این که مرگ را با چشم خود دیده باشند.

Müharibələrdə İmam Əlinin (ə) elə bir cəsarəti, dayanaqlığı və möhkəmliyi var idi ki, müşriklər və kafirlər onun döyüşdə olduğunu biləndə, ölümü öz gözləri ilə görmüş kimi bir-birlərinə vəsiyyət edirdilər.6

هرگاه که دو صف برای جنگ مقابل هم صف می کشیدند،مردم به یکدیگر می گفتند: ملک الموت در همان صفی باید باشد که علی با آن صف است و صف مقابل خواهی نخواهی باید خود را برای مرگ آماده کنند

Hər zaman müharibədə döyüşmək üçün iki cərgə qarşı qarşıya dayanardılarsa, düşmən cərgəsində olanlar bir-birlərinə deyirdilər: Ölüm padişahı Əlinin cərgədə olduğu yerə tərəf getmək istəyənlər, özlərini ölümə hazır etməlidirlər.7

حضرت اميرالمومنين علی علیه السلام از نان دنیا به نان جو بسنده کرده بود و از نان گندم نمی خورد تا آنجا که مردم از تعجّب می پرسیدند: پسر ابوطالب با این غذا و خوراک اندک چگونه در کشتن هم آوردان و پهلوانان ناتوان نمی شود؟

!مولا علی علیه السلام در پاسخ فرمود: بدانید آن درختی را که در بیابان خشک می روید،شاخه اش سخت تر باشد. ولی سبزه ها و گیاهان خوش نما را پوست نازک تر باشد.

آری خارها و بوته های صحرایی را آتشی افروخته تر باشد و خاموشی آنها دیرتر رخ دهد،ولی گیاهی که در ناز و نعمت روییده باشد،چون بیدی به هر بادی بلرزد.

Həzrət Əmirəl-möminin Əli (ə) dünya çorəklərindən arpa çörəyi ilə kifayətlənmiş və insanlar heyrət içində soruşana qədər buğda çörəyini yeməmişdir: Ey Əbu Talibin oğlu! Belə az və tutumu olmayan qidalardan yeməklə, pəhləvan kimi tanınan düşmənlərini öldürməkdə necə aciz olmayırsan?!
Mövla Əli (ə) cavab verərdi: “Bilin ki, quru səhralarda, dağ və qayalarda bitən ağacların budağı möhkəm və dözümlü olar, lakin sulu olan yerlərdə bitən xoşagəlimli bitki və ağacların budaqları isə nazik və davamsız olarlar.
Bəli, səhra və qayalıqda bitən ağaclar, bitkilər tufan və küləklər müqabilində dözümlü olar və çox gec quruyub solarlar, lakin su kənarında və naz-nemət içində böyüyən bitki və ağacların suyu kəsildikdə və hətta yavaş əsən külək qarşısında daha tez solub məhv olarlar”.8

Bu cümlə İmam Əli (ə)-ın özünün buyurduğu sözlərdəndir:

«وَ اللّه لَو تَظاهَرَتِ الْعَرَبُ عَلی قِتالی لَمّا وَلَّیتُ عَنها... »

"Allaha and olsun ki, əgər bütün ərəblər bir-birlərinə arxalanıb, mənimlə vuruşmağa gələrlərsə, mən heç vaxt onlardan üz döndərməyəcəyəm və fürsət yarandığı təqdirdə, onlarla döyüşüməyə tələsəcəyəm…"9

Tərcümə edib hazırladı: Elçin Səfaquliyev


1.Təbərani, Mucəmul-Əsvət, 3/87 (2176); Müsnəd Əhməd: 1/199 (1720).
2.İbn Məğazuli, Mənaqib Əli İbni Əbi Talib, 143 (188).
3.İbn Əbil-Hədid, Şərh Nəhcul-Bəlağə, 1/20.
4.Şeyx Saduq, Əl-Əmali / 61.
5.İbn Bəkar, Əl-Əxbarul-Muvəffəqiyyat / 343 (194); İbn Əbil-Hədid, Şərh Nəhcul-Bəlağə 20/280.
6.İbn Məğazuli, Mənaqib Əli İbn Əbi Talib / 140 (109); Zəməxşəri, Rəbi əl-Əbrar, 3/319.
7.Rəğib İsfahani, Əl-Muhazirat, 3/138.
8.Nəhcul-Bəlağə, məktub 45.
9.Nəhcul-Bəlağə, məktub 45.

Tags: İMAM ƏLİ (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!