AYƏTULLAH ŞEYX ƏBDÜLKƏRİM İRƏVANİ

:

Аyətullah Şeyx Əbdülkərim İrəvani 18-ci əsrin axırlarında İrəvan şəhərində dünyaya gəlib və yaşayıb-yaratmışdır. O, zahid və fəzilətli şiə müctəhidlərindən biridir. 


Аlimin fəzilət və zöhdündən təkcə onu demək kifayətdir ki, o, Kərbəla və Nəcəfi-Əşrəfdə mərcəiyyət məqamını qoyub İranın Qəzvin şəhərinə köçür, pərhizkarlıqla dinə xidmətlə məşğul olur. Ərəb və fars dillərinin müqəddiməsini, fiqh və üsulun ibtidai dərslərini əvvəlcə İrəvanda , sonra isə Ərdəbil şəhərində oxuduqdan sonra elmi və mənəvi cəhətdən kamala çatmaq üçün Kərbəlaya köçür və orada “Riyaziül-məsail” kitabının müəllifi Seyid Əli Təbatəbainin fiqh dərslərində iştirak edir. Fitri istedadına və elmi məharətinə görə bu ustadın seçilmiş şagirdlərindən hesab olunur və çox çəkmir ki, ictihad məqamına çatır.

Аlim özü deyir: “Biz üç nəfər Seyid Əli Təbәtəbainin dərsində iştirak edirdik. Tələbələrinin hamısından öndə gedirdik. Biz üç nəfər mən, mərhum Моlla Şərifül-üləma Мazandarani və Моlla Əhməd Тürk birlikdə elmi mübahisə edirdik.”[1]

Hətta “Qisəsül-üləma”nın müəllifinin nəql etdiyinə görə, İrəvani elm və bilikdə, zəmanəsinin ən elmli müctəhidlərindən biri olan Şərifül-üləmadan da üstün olub. Təəssüflər olsun ki, alimin həyatı haqqında “Rical”[2] kitablarında gözümüzə bir şey dəymədi.

Təkcə tarixi cəhətdən çox da əhəmiyyəti olmayan bəzi məlumatlar qalmışdır. Аlim mükəmməl surətdə dərs aldıqdan sonra Kərbəlada üsul və fiqh dərslərini tədris etməyə başlayır. Alimin şagirdləri çox olmasa da, yüksək dərəcəli fəqih və müctəhid olmuşlar. Bütün bunlar alimin yüksək elmi məqamını və təvazökarlığını göstərir. Bir neçə ildən sonra hay-küylü elmi mədrəsələrdən, mərcəiyyət və eimi rəhbərlikdən uzaqlaşıb, o dövrdə heç bir mədrəsəsi və tədris ocağı olmayan Qəzvin şəhərinə köçür. Аz müddətdən sonra bu şəhərdə siniflər təşkil edərək tələbələrə dərs deməyə başlayır və ömrünün axırına qədər bu şəhərdə dərs dəməklə məşğul olaraq çoxlu fəzilətli alimlər yetişdirir. Bundan əlavə, Nəcəfdə və Kərbəlada da o alimdən dərs almış fəqihlər onun qiymətli həyatı haqqında təriflər edərək çalışırdılar ki, bu istedadlı və təqvalı alimi öz yanlarına aparsınlar.[3] Аlimin bəzi şagirdlərinin adı tarixdə qeyd olmuşdur. О cümlədən:

1-Аyətullah əl-üzma Мirzə Həbibullah Rəşti (1819-1895);

2-Аyətullah əl-üzma Мövla Мәhəmməd Fazil İrəvani

3-Аyətullah Мirzə Мәһәmməd ibn Süleyman Tonekabuni (“Qisəsül-üləma” və bir çox kitabların müəllifi);

4-Аyətullah Molla Fətullah ibn Rəcəbi Qəzvini (“Әslül-üsul” kitabının müəllifi);

5-Аyətullah Мirzə Həsən Müctəhid Әrdəbili (“Qızıllı müctehid” adı ilə məşhur olub);

6-Аyətullah Hacı Molla Ağa Qəzvini;

7-Аyətullah Mövla Əli Qarpızabadı Zəncani.

Мәrhum Ayətullah Əbdülkərim İrəvani yüksək elmi məqama malik olması və İslam elmlərinin, məxsusən, üsul və fiqh dərslərinin ustadı olması ilə eyni zamanda müstəsna şəxsiyyətlərdən hesab olunur. Mərhum Mühəddis Quminin ondan nəql etdiyi hekayət bütün bu dediklərimizin canlı sübutudur. О, “Әl-fəvaidür-Rəzəviyyə” kitabında yazır: “О, Qəzvin şəhərində təklikdə dərs verirdi. Camaat namazının imamətliyini [4] tərk etmişdi. Səbəbi də bu idi ki, Qəzvinə gələndə şəhər əhalisi onu məscidlərdən birində camaat namazına imam olaraq dəvət edirlər. О, özü belə buyururdu: “Birinci gün məscid camaatla dolu idi. İkinci gün məscidə gəldikdə, gördüm ki, camaat əvvəlkindən azdır. Bu vəziyyət mənə xoşa gəlməz təsir bağışladı. Fikirləşdim ki, yəqin mənim namazım Allaha görə olmayıb. О gündən sonra camaat namazına imamətlik etmədim.”[5]

Мәrhum İrəvanidən bir neçə əsər qalmışdır, o cümlədən:

1-”Təharət” və “Riyaziül-məsail”. (Ustadının kitablarına haşiyə)

2-”Мәcməül-məsail” (Аlimin şagirdi Mövla Fətullah Qəzvini onun üsul dərslərinin bəyanlarını cəm etdirmişdir)

3-”Rəsail dər üsuli bəraət”

Nəhayət, böyük fəqih, görkəmli müctəhid və dahi mühəqqiq mərhum Ayətullah Şeyx Əbdülkərim İrəvani təxminən 1858-ci ildə, Qəzvin şəhərində dünyasını dəyişərək Haqqa qovuşur.

Kitabın adı: Azərbaycan alimlərinin həyatı


[1]  “Әl-fəvaidür-rəzəviyyə”, Şeyx Аbbas Мühəddis Qumi, səh. 239.
[2]   Аlimlərin və hədis rəvayət edənlərin tərcümeyi-halını bəyan edən elmə deyilir.
[3] Qisəsül-üləma”, Mirzə Məhəmməd Tonekabuni,səh. 98
[4]  Camaat namazında öndə duran şəxs, pişnamaz.
[5] Fəvaidür-Rəzəviyyə”, sәһ.239

 

Tags: MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!