HÜSEYNQULU CƏDİDUL-İSLAM DAĞISTANİ

:

Şeyx Hüseynqulu Dağıstani (Bağdadi) öz zəmanəsinin din yolunda canla-başla xidmət edən alimlərdən biri olub. О, alimlər arasında “Cədidul-İslam” ləqəbi ilə tanınmışdır. Әvvəlcə məsihi dinində olub.

Bağdada səfəri zamanı İslam dini haqda dərin təhqiqat aparır, sonra könüllü şəkildə İslam dinini qəbul edir. Bu dini qəbul etdkdən sonra islami elmləri öyrənir.
Аlimin ustadları barədə dəqiq məlumat yoxdur. Amma məlumdur ki, yüksək dərəcədə elmi biliyə malik olub, öz həyatında təvazökar, dərin məlumatlı, haqq axtaran olub. Ruhani libasında olmamasına baxmayaraq İslam dininə xeyli xidmətlər etmişdir. İslamı qəbul etdikdən sonra “Cədidül-İslam” ləqəbi ilə məşhur olub. Öz dini (İslam) yolunda başqa firqələrlə xüsusiylə “Babiyyət” firqəsi ilə çox mübarizə edir. О, bu barədə iki mühüm elmi əsər yazmış və hər ikisi Nəcəfi-Əşrəf alimvə fəqihlərinin köməyi ilə çap olunmuşdur. Аlim bu yolla “Babiyyət” məzhəbində olanların çoxunu düzgün İslama qaytarır. Ömrünün axırlarında Kərbəlada sakin olur.
Nəhayət, 1915-ci ildə (1333-cü hicri-qəməri ili) dünyadan köçür. Әsərlərindən aşağıdakıları qeyd etmək olar:
1-”Kəşfuz-zülməti ən mötəqidatil-babiyyə”, (ərəb dilində, 1324-cü hicri- qəməri ilində Babiyyə firqəsinin rədd olunması haqqında yazılıb).
2-”Мinhacut-taliban”, (fars dilində, Babiyyə firqəsini rədd etmək üçün yazılıb.)
1320-ci ildə Nəcəfi-Əşrəf alimlərinin köməyi ilə çap olunur. (Nüqəbaul-bəşər, c.2, səh.165)

Kitabın adı: Azərbaycan alimlərinin həyatı

 

Tags: MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!