HZ. AYƏTULLAH XAMENEININ TƏRCÜMEYI-HALI (4)

:

1350-1553-cü illərdə Ayətullah Xameneinin təfsir və ideologiya sahəsində keçdiyi dərslər Məşhədin üç məscidində: “Kəramət”, “İmam Həsən”, “Mirzə Cəfər” məscidlərində təşkil olunurdu. Minlərlə insan, xüsusilə açıqfikirli gənclər və tələbələr İslami elmə yiyələnmək üçün bu məscidlərə axışırdılar.

Onların Nəhcül-bəlağə dərsləri “Nəhcül-bəlağədən seçmələr” başlığı altında çap olunmuş broşüralardan keçilirdi.

Cavan və inqilab ruhlu bu tələbələr sonradan İranın müxtəlif şəhərlərinə gedib həqiqəti camaata çatdırır, onların zehinlərində İslam inqilabı fikirlərini oyadırdılar. Bu cür fəaliyyət nəticəsində 1353-cü ilin dey ayında SAVAK Ayətullah Xameneinin Məşhəddəki evinə hücum edərək, onun bir sıra əlyazma və qeydlərini ələ keçirib, özünü isə həbs etdi. Bu həbs altıncı və ən ağır həbs idi. Ayətullah Xamenei 1354-cü ilin payızına qədər polis idarəsində, özü də birnəfərlik kamerada ən ağır şəraitdə saxlanıldı. O, bu müddət ərzində dözdüyü çətinlikləri belə izah edir: “Yalnız o əziyyəti görənlər mənim nələr çəkdiyimi dərk edə bilərlər”.
Ayətullah Xamenei azadlığa buraxıldıqdan sonra Məşhəd şəhərinə qayıdaraq yenidən həmin şövq və həvəslə əvvəlki fəaliyyətini davam etdirir, lakin ona sinif təşkil edib dərs deməyə imkan vermirdilər.

1356-cı ildə Ayətullah Xamenei cinayətkar Pəhləvi rejimi tərəfindən üç il müddətinə İranşəhrə sürgün edilir. 1357-ci ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır və yenidən qaniçən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır.
On beşillik gərgin mübarizə və mücadilədən sonra nəhayət, bir gün bütün bu əziyyətlər sona çatır və zülmkar Pəhləvi dövləti devrilərək İranda böyük İslam inqilabı qələbə çalır.

Qələbə ərəfəsində

İslam inqilabı ərəfəsində İmam Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Şəhid Mütəhhəri, Şəhid Behişti, Haşimi Rəfsəncani və başqa böyük şəxsiyyətlərin iştirakı ilə “İslam İnqilabı Şurası” təşkil olunur. Ayətullah Xamenei də İmamın göstərişi ilə bu şuraya üzv seçilir. İmamın müraciəti Şəhid Mütəhhəri vasitəsilə Ayətullah Xameneiyə çatdırıldıqdan sonra o, Məşhəddən Tehrana yola düşür.

Qələbədən sonra

İslam inqilabının qələbəsindən sonra bu inqilabın binasını daha da möhkəmlətmək üçün Ayətullah Xamenei İslam yolundakı çalışmalarını səngitmir, zamanın tələbinə uyğun müxtəlif fəaliyyətlər göstərirdi, o cümlədən:
• 1357-ci ilin isfənd ayında Şəhid Behişti, Şəhid Bahunər, Haşimi Rəfsəncani kimi böyük alimlərlə birlikdə “İslam Cümhuriyyəti Partiyası”nın bünövrəsini qoymuşdur.
• 1358-ci ildə Müdafiə Nazirliyində müavin vəzifəsində işləmişdir.
• 1358-ci ildə “İslam İnqilabı Mühafizəçiləri Dəstəsi”nin baş komandanı olmuşdur.
• 1358-ci ildə Tehranın İmam-cüməsi olmuşdur.
• 1359-cu ildə Ali Müdafiə Şurasında İmam Xomeyninin nümayəndəsi olmuşdur.
• 1358-ci ildə Milli Məclisdə Tehran camaatı tərəfindən Millət vəkili seçilmişdi.
• 1359-cu ildə Amerikanın və keçmiş Sovet İttifaqının İraqa dəstəyilə başlanan İran-İraq müharibəsində fəal iştirak etmişdir.
• 1360-cı ilin tir ayının 6-da Tehranın “Əbuzər” məscidində münafiqlər tərəfindən törədilmiş uğursuz terror nəticəsində yaralanmışdır.
• İranın ikinci prezidenti Məhəmməd Əli Rəcainin şəhadətindən sonra 1360-cı ilin mehr ayında on altı milyondan artıq səs toplamaqla İran İslam Respublikasının prezidenti seçilmişdir. İlk prezidentlik müddəti qurtardıqdan sonra 1364-cü ildə yenidən prezident seçilərək 1368-ci ilə qədər öz vəzifəsini davam etdirmişdir.
• 1360-cı ildə “Mədəniyyət İnqilabı Şurası”nın başçısı olmuşdur.
• 1366-cı ildə “Qurum Mənafeyini Müəyyənləşdirən Təşkilat”ın rəhbəri olmuşdur.
• 1368-ci ildə “İran İslam Respublikasının Konstitusiyaya əlavələr şurası”na başçılıq etmişdir.
• İran inqilabının lideri İmam Xomeyninin vəfatından sonra 1368-ci ilin xordad ayının 14-də Xubriqan məclisi tərəfindən ümmətin “vilayəti-fəqih” və rəhbərlik vəzifəsinə seçilmişdir. Bununla da təkcə İran xalqı tərəfindən deyil, dünya müsəlmanları tərəfindən "rəhbər" kimi qəbul edilmişdir.

 

Tags: MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!