HƏKİM MİRZƏ NƏSİR QARABAĞİ

:

Qarabağ bölgəsinin alim və ədiblərindən olan Həkim Mirzə Nəsir Qarabaği Qarabağ torpağında dünyaya gəlib. İbtidai təhsilini öz vətənində aldıqdan sonra 1889-ci ildə (1380-cı hicri-qəməri ili) Nəcəfi-Əşrəf şəhərinə mühacirət edir.

Orada adlı-sanlı ustad və alimlərdən fiqh, üsul və hikmət (fəlsəfə) elmlərindən bəhrələnmişdir. 1910-cu ildə öz vətəninə qayıtmaq üçün Təbriz şəhərinə gəlir. Təbrizin alim və tələbələri onun gəlişinə xeyli sevinir və ona hörmət edirlər. Ondan xahiş edirlər ki, bir müddət onların şəhərində qalsın. Мirzə onların xahişini yerə salmayıb bir il müddətində bu şəhərdə qalır və fiqh, fəlsəfə elmlərini tədris edir. Bu müddətdə Təbrizdən və Qafqazdan çoxlu tələbələr onun dərslərində iştirak edərək ondan istifadə edirlər. Səfut Təbrizinin söylədiyinə görə, Мirzə Nəsir Qarabaği həftədə bir dəfə öz mənzilində ədəbi məclis təşkil edər, yazdığı şeirlərini oxuyardı. Çox təəssüflər olsun ki, alimin əsərləri “Təbriz inqilabı” zamanında aradan getmişdir. Мirzə Təbrizdə tədris etdikdən sonra öz vətəninə Qarabağa yola düşür. Аlimin vəfat tarixi barədə əldə heç bir məlumat yoxdur.

Kitabın adı: Azərbaycan alimlərinin həyatı 

 

Tags: MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!