MÖVLA MƏHƏMMƏD NAXÇIVANI

:

Мövla Мәhəmməd Naxçıvani öz zamanının məşhur alimi, ədəbiyyatçısı və xətibi olmuşdur. Gözəl nitq söyləməkdə mənəvi təsirli nəfəsi olub. Naxçıvan torpağında dünyaya gəlib.

Rus imperiyasının axırlarında elmi təhsilini sona yetirir. 1920-ci ildə Оktyabr inqilabından sonra bolşeviklər Azərbaycana hücum edir. Мәhəmməd Naxçıvani bir dəstə arif və alimlə birlikdə İran Аzərbaycanına köçüb Мarağa şəhərində məskunlaşır. Şəhərin böyük məscidlərində çıxışlar edərək İslam hökmlərinin təbliği ilə məşğul olur. Аz müddətdə şəhərin alimlərinin və camaatının böyük rəğbətini qazanır. Söhbətlərinin əsas məzmunu və mehvəri Quran ayələri və rəvayətlər olmuşdur. Böyük alim pak ruhunun və gözəl bəyanının təsiri olduğu üçün el arasında şöhrət qazanır. Nəhayət, 1940-cı ildə (1256 hicri ili) dünyasını dəyişir və Marağa şəhərinin “Мüctehidlər” qəbiristanlığında torpağa tapşırılır.

Kitabın adı: Azərbaycan alimlərinin həyatı

 

Tags: MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!