HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-8

:

Cənab Əmir ibn Qərəza Ənsari

Qərəza Ənsari Uhud döyüşündə vuruşaraq hələ yenicə yaranan İslam məktəbini bütün hər şeyi ilə müdafiə edən Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) səhabəsi olmuşdur. O, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) vəfatından sonra Küfədə məskunlaşır və əmirəl- möminin Əli (ə) ilə birlikdə Cəməl, Siffeyn və Nehrəvan müharibələrində döyüşərək Allah yolunda cihad etmişdir. Əmir ibn Qərəza Ənsari İmam Hüseyn (əleyhis-salam)-in yanında Kərbəla hadisəsində iştirak edir və Həzrətin (əleyhi-salam) həyatını qorumaq məsuliyyətini öz öhdəsinə götürərək İmam Hüseynə (ə) tərəf atılan hər bir ox və qılıncın qarşısında öz canını sipər edir. Ömər Sədin qoşunu üzərinə hücum etdiyi zaman, onlara meydan oxuyaraq deyir: "Ənsar ordusu mənim hərəm əhlini müdafiə etdiyimə inanır. Mənim zərbəm qoşunun öncül və başı uca cavanlığın zərbəsi, canım və malım Hüseynin (ə) fədasıdır!" Nəql olunur ki, döyüş zamanı Əmir aldığı zərbələrə görə bədənində çoxlu yaralar var idi. Son dəqiqələrdə birdən gözlərini açıb İmam Hüseynə (ə) dedi: "Ey Allah Rəsulunun övladı, fədakarlıq və vəfadarlıq şərtini yerinə yetirə bildimmi? Həzrət (ə) buyurdu: "Əlbətdə, Allah Rəsuluna (s) bizim salamlarımızı çatdırarsan...".

Cənab Bəkir ibn Hürr ibn Yəzid Riahi
Hürr ibn Yezid Riahi biləndə ki, Ömər Sədi Rey hakimliyi həvəsi məst edib və İmam Hüseynlə (ə) döyüşmək və şəhid etmək istəyir, oğlu Bəkirə dedi: "Oğlum! Atanın bədəninin cəhənnəm atəşinə dözməyə taqəti yoxdur. Əgər mənimlə razısansa, Hüseyn ibn Əlinin (ə) yanına gedəcəyik". Bəkir atası ilə razılaşdı və münasib bir vaxt əldə edən kimi, Ömər Sədin ordusundan ayrılaraq özlərini İmam Hüseynin (ə) düşərgəsinə çatdırdılar. İmam (ə) onları qəbul etdiyi zaman, Hürr oğluna dedi: " Allaha həmd olsun ki, bizi bu zülümkar qövmlə birlikdə olmaqdan qorudu. İndi isə bu zalımlara hücum edib, Allah Rəsulunun (s) oğlunu müdafiəsinə qalx". Bəkir atasının təklifindən sonra İmam Hüseyndən (ə) icazə alaraq, Ömər Sədin ordusu ilə şəhid olanadək döyüşdü. Hürr oğlunun başı üzərinə gələrək dedi: "Allaha şükür olsun ki, mövlamız İmam Hüseyinin (ə) ordusunda döyüşüb, şəhid olmağı sənə nəsib etdi".

Cənab Cəvn ibn Xuvəyy
Cəvn əziz İslam Peyğəmbərinin (s) səhabəsi və İmam Əlinin (ə) tərəfdarı, habelə Əbuzər Qəffarinin xidmətçisi olmuşdu. Əbuzər vəfat etdikdən sonra o, Rəbəzədən Mədinəyə qayıdır və Əmirəl-möminin (ə) -in xidmətində olur. Silah anlayışı olan və döyüş təhcizatlarının təmiri sahəsində tanınmış biri idi. İmam Əlinin (ə) şəhadətindən sonra İmam Həsənin (ə) xidmətinə yetişmiş və İmam Hüseyn (ə) Mədinədən Məkkəyə getmək məsələsi qarşıya çıxdıqda, o Həzrətlə (ə) birlikdə Məkkəyə, oradan da Kərbəlaya gəlir və bir an belə Həzrətin (əleyhi-salam) yanından ayrılmır. Aşura günü İmam Hüseynin (ə) yanına gələrək cihad icazəsini istəyir. İmam (ə) ona xitab edərək buyurur: "Ey Cəvn, həqiqətən sən həmişə bizimlə birlikdə olmusan, indi isə sənin getmək və bizi təhdid edən təhlükədən xilas olmağına icazə verirəm". Cəvn dedi: "Ey Peyğəmbərin övladı, əmin-amanlıq və firavan günlərdə sizin yanınızda olmuşam. Çətinliklərlə üzləşdiyim zaman sizdən necə əl çəkim?" deyə soruşur. Beləliklə, Cəvn şəhadət meydanına çıxaraq, Allah yolunda canını fəda etdi.

Hazırladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!