HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-10

:

Cənab Həccac ibn Bədr əs-Sədi

Həccac Bəsrə əhalisindən olan Səd ibn Təmim qəbiləsinə məxsus idi. Həmçinin, İmam Hüseynin (ə) Kufə camatına yazdığı məktublar arasında şəxsən Məsud ibn Əmirə bir məktub göndərilir. Məsud İmam Hüseynin (ə) məktubuna cavab yazaraq, Həccacın vasitəsi ilə Həzrətə (ə) göndərir. Məktubda belə yazır: "Bəli, Ey Həzrət Peyğəmbərin (s) əziz qızının oğlu! Sizin məktubunuz bizə yetişmiş və məzmunu məlum olmuşdur. Biz sizə itaət edirik. Allah yer üzünü xeyirə hidayətindən və doğru yolun aydın olması üçün səbəbsiz qoymur. Siz, bu gün Onun yaratdıqlarına rəhbər və yer üzündə Allahın vəd etdiyi Höccət, eləcə də, Əhmədi (Həzrət Peyğəmbər) ağacının bir budağısınız. Bizim yanımıza gəlin ki, Təmim övladlarının sümükləri sizin əmrinizə boyun əyir və susuz dəvənin suya olan istəyi kimi sizə tabe olmaq istəyirik". Həccac bu məktubu çatdırdıqdan sonra, həmçinin Həcc ziyarətindən Kərbəlayadək bir an belə olsun İmam Hüseynin (ə) yanından ayrılmamış və nəhayət Aşura günü Həzrətin (ə) hüzurunda şərəfli şəhadət feyzinə nail olmuşdur.

Cənab Əsləm ibn Əmir
Əsləm, İmam Hüseynin (ə) satın aldıqdan sonra azad etdiyi qulamı idi və o, həmişə İmamın xidmətində olmuşdur. Hətta, onun oğlu İmam Hüseynin (ə) katibi olaraq Həzrətin yanında fəaliyyət göstərirdi. Əsləm əvvəl gündən İmam Hüseynlə (ə) birlikdə Mədinədən çıxır və zəmanəsinin İmamından bir an belə uzaq qalmırdı. Aşura günündə Əhli-Beytin (ə) düşmənləri ilə vuruşmaq üçün İmamdan (ə) icazə alır və bu şeiri oxuyur: "Rəhbərim Hüseyndir, (ə) mənim rəhbərim və öndərim Hüseyndir və nə qədər yaxşı, misli və tayı-bərabəri olmayan, qəlbləri fəth edən və müjdə verilmiş bir öndərdir". Əsləm, cəsarətlə döyüşərək cihad etdikdən sonra yerə yıxıldıqda, İmam Hüseyn (ə) onu qucaqlayır və mübarək üzünü onun üzünə qoyur. Bu mənzərəni görən Əsləm ibn Əmir gülümsəyərək deyir: "Kimdə belə bir iftixara layiq olmaq şərəfi var ki, Peyğəmbərin (s) övladı mübarək üzünü onun üzünə qoymuş ola?" bu sözləri söylədikdan sonra canını yaradanına təslim edir.

Hazırladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!