HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-15

:

Cənab Cabir ibn Həcac Təmimi
Cabir Amir ibn Nehşəlin xidmətçisi olmuş və onu tarixdə cəsur və şücaətli bir şəxs kimi yad etmişlər. O, İmam Hüseynin (ə) karvanına qoşulmağı bacarır və həmçinin Həcc ziyarəti zamanı Həzrətin (ə) xidmətinə yetişir. Nəhayət, şəhidlər sərvəri, İmam Hüseynin (ə) müdafiəsi qalxaraq son damla qanına qədər döyüşərək şəhadətə çatır. O, eyni zamanda Aşura günü günortadan qabaq şəhid olanlardan biridir.

Cəbələ ibn Əli Şibani
O, Kufənin cəsurlarından biri hesab olunurdu. Əvvəlcə Müslim ibn Əqilə beyət edir. Kufəlilərin öz əhdlərinə vəfa etmədikləri andan və Müslim ibn Əqilin şəhadətindən sonra, İmam Hüseynə (ə) tərəf gedir və yolda İmama (ə) qoşulur. Düşmənlərin ilk hücumu zamanı Aşura günündə şəhid olana qədər İmam (ə) ilə birlikdə olur və nəhayət şəhadətə yetişir. ''Müqəddəs Kərbəla Şəhidləri ziyarətnaməsi'' ndə İmam Cavad (ə) tərəfindən salamlanır.

Hazırladı: Elçin Səfaquliyev.

Tags: İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!